Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
15-03-2026, 10:51
Zelenski razılığa gəlsin, Putin buna hazırdır - Tramp


Zelenski razılığa gəlsin, Putin buna hazırdır - Tramp

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna münaqişəsinin həlli üçün razılaşma əldə etməkdən çəkinməsinə təəccübləndiyini bildirib.
Tramp bu barədə “NBC News”a müsahibəsi zamanı məlumat verib.
"Zelenskinin razılaşma əldə etmək istəməməsinə təəccüblənirəm. Zelenskiyə deyin ki, razılaşma əldə etsin. Çünki Putin razılaşma əldə etməyə hazırdır. Zelenskiyə danışıqlar aparmaq daha çətindir", - Tramp deyib.
15-03-2026, 10:32
Tehran böyük güzəştlərə hazır idi - Əraqçi


Tehran böyük güzəştlərə hazır idi - Əraqçi

"Tehran ABŞ-nin hücumundan əvvəl nüvə proqramında böyük güzəştlərə getməyə hazır idi".
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi MS NOW-a verdiyi müsahibədə deyib.
O, Tehran və Vaşinqtonun 26 fevralda Cenevrədə baş tutan danışıqlarda irəliləyiş əldə etdiyini qeyd edib.
Nazir əlavə edib ki, bu danışıqlar zamanı o, 60%-ə qədər zənginləşdirilmiş 440 kq material elan edib ki, bu da daha da zənginləşdirilərsə, on bomba üçün kifayət edə bilər. Lakin Əraqçinin sözlərinə görə, İran bundan imtina etməyə və onu daha aşağı səviyyəyə endirməyə hazır idi.
“Bunu deməklə göstərmək istəyirdim ki, etdiyimiz güzəşt həqiqətən də əladır, amma bunu necə şərh etdiklərini bilmirəm...” - deyə nazir bildirib.
15-03-2026, 10:23
Türkiyənin məqsədi münaqişəyə qatılmamaqdır - Hakan Fidan


Türkiyənin məqsədi münaqişəyə qatılmamaqdır - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin mövcud regional gərginlik fonunda əsas prioritetinin münaqişədən kənarda qalmaq olduğunu bildirib.
Nazirin sözlərinə görə, Ankara müxtəlif təxribatlarla üzləşə bilər, lakin buna baxmayaraq Türkiyənin strateji məqsədi müharibənin tərəfi olmamaqdır.
Ankaranın əsas məqsədi münaqişədən kənarda qalmaqdır. Təxribatlara məruz qalacağımızı və bunun davam edəcəyini bilirəm, lakin məqsədimiz budur. Biz bu müharibənin kənarında qalmaq istəyirik”, - Hakan Fidan qeyd edib.
Nazir vurğulayıb ki, Türkiyə regionda sabitliyin qorunmasını və gərginliyin daha da artmamasını prioritet hesab edir.
15-03-2026, 10:15
Bakıda yanğın - 8 nəfər təxliyə olundu


Bakıda yanğın - 8 nəfər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 71 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb. Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə edilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

15-03-2026, 10:11
Ukrayna Rusiyanın neft anbarını BOMBALADI


Ukrayna Rusiyanın neft anbarını BOMBALADI

Ukrayna Ordusu Rusiyada neft bazasına zərbə endirib.
Bu barədə Krasnodar diyarının Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilib ki, Tixoretsk şəhəri ətrafında neft bazasına pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində yanğın başlayıb.
15-03-2026, 10:06
İranın "Gerçək vəd" əməliyyatının növbəti dalğası başladı


İranın "Gerçək vəd" əməliyyatının növbəti dalğası başladı

İran ordusu İsrailin regional komandanlıq və nəzarət mərkəzlərinə qarşı hücumun 53-cü dalğasını həyata keçirib.
Bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
Bildirilib ki, "Gerçək vəd 4" əməliyyatının 53-cü dalğası çərçivəsində ABŞ-nin hərbi bazası da hədəf alınıb. "Hücumlarda 10 ədəd "Fəttah" və "Qədr" hipersəs raketləri, həmçinin pilotsuz uçuş aparatlarından istifadə olunub",- məlumatda qeyd olunub.
SEPAH açıqlayıb ki, ABŞ və İsrail təslim olana qədər hücumlar davam etdiriləcək.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələri endirib. Bundan sonra SEPAH ABŞ-nin regiondakı hərbi bazaları və İsrail ərazisini hədəf alıb.
15-03-2026, 09:49
Küveyt aeroportu yenə vuruldu


Küveyt aeroportu yenə vuruldu

Küveyt Beynəlxalq Hava Limanına PUA-larla hücum edilib.
Bu barədə Küveytin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, bir neçə pilotsuz uçuş aparatının hücumu nəticəsində radar sistemi zədələnib.
14-03-2026, 21:25
“Qarabağ” qələbə qazandı


“Qarabağ” qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçirilib.
“Sabah” səfərdə “İmişli”ni 5 cavabsız qolla darmadağın edib. “Qarabağ” isə “Zirə” üzərində 3:1 hesablı qələbə qazanıb.
Bu nəticələrdən sonra “Sabah” 59 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 7 xal geri qalan “Qarabağ” 2-ci sırada qərarlaşıb. Ağdam klubunun ehtiyatda daha bir oyunu var. “Zirə” 39 xalla 4-cü, “İmişli” isə 22 xalla 9-cu yerdədir.
Qeyd edək ki, XXIV turun ötən gün baş tutan matçlarında “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı 2:1, “Şamaxı” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 15-də yekun vurulacaq.
14-03-2026, 21:16
Tramp məni oğlu kimi görür - Zelenski


Tramp məni oğlu kimi görür - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski “Inter France” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp ilə münasibətləri barədə zarafatla danışıb.
Zelenski bildirib ki, yaş fərqi səbəbindən Tramp onların münasibətini ata və oğul münasibəti kimi görə bilər.
“Biz Tramp ilə eyni yaşda deyilik. Bəlkə də buna görə o, münasibətlərimizi ata və oğul münasibəti kimi görür”, – deyə Ukrayna lideri bildirib.
Jurnalistin “Sizcə, o sizi öz oğlu kimi görür?” sualına Zelenski gülümsəyərək cavab verib: “Bilmirəm. Bəlkə də ən sevdiyi oğlu kimi yox. Amma niyə də olmasın?”
14-03-2026, 20:55
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı


Bakıdan dünyaya təhlükəsizlik

və əməkdaşlıq mesajı


İlham Əliyev martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərinin əhəmiyyətinə toxunub. Dövlət başçısı bildirib ki, hazırkı geosiyasi şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində əsas prioritetə çevrilməlidir. Onun sözlərinə görə, bu amillər olmadan digər inkişaf istiqamətləri əhəmiyyətini itirir, çünki son illərdə uzun müddət sabit inkişaf yolu keçmiş dövlətlər belə ciddi risklərlə üzləşirlər.
Prezident qeyd edib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman əsas məsələ olub. İşğal dövründə ölkənin əsas məqsədi sülhün təmin edilməsi və suverenliyin bərpası idi. Bu proses uzun illər davam etsə də, nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa edib və hazırda regionda yeni mərhələ başlayıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq yeddi aydır sülh şəraitində yaşayır və bu, güclü siyasi iradə, cəsarət və ardıcıl siyasətin nəticəsidir. Prezident xatırladıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququ çərçivəsində təmin edilib.
Dövlət başçısı bildirib ki, Azərbaycan işğal altında qalmış ərazilərini güc yolu ilə azad edib, lakin sülhə siyasi yollarla nail olub. Onun sözlərinə görə, bu, müasir tarixdə nadir nümunələrdən biridir. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizi işğal altında qalıb, milyonlarla insan etnik təmizləməyə məruz qalıb. Bu müddətdə beynəlxalq ictimaiyyət tərəfindən münaqişəyə lazımi səviyyədə diqqət yetirilməyib və bəzi beynəlxalq aktorların selektiv yanaşması problemin uzun illər həll olunmadan qalmasına səbəb olub. Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri illərlə icra olunmayıb.
Prezident İlham Əliyev çıxışında 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsinin nəticələrinə də toxunaraq bildirib ki, sülh yolu ilə həll üçün bütün imkanlar tükəndikdə və beynəlxalq hüquq Azərbaycanın tərəfində olduqda gücdən istifadə qaçılmaz idi. Azərbaycan əvvəlcə hərbi yolla öz torpaqlarını azad edib, daha sonra siyasi dialoq vasitəsilə sülh prosesinə nail olub. Prezident bunu müasir tarixdə nadir təcrübə kimi qiymətləndirib və qeyd edib ki, bu proses suverenliyin bərpası ilə yanaşı regionda yeni siyasi reallıqlar yaradıb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması da mühüm tarixi mərhələdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında baş vermiş son hərbi toqquşmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanmasına qədər iki ildən də az vaxt keçib və bu, normallaşma prosesinin olduqca sürətli getdiyini göstərir. Prezident bildirib ki, hazırda sərhəddə sabitlik hökm sürür, atəşkəs pozuntuları və insan itkiləri müşahidə olunmur. Azərbaycanın məqsədi isə uzunmüddətli deyil, davamlı və möhkəm sülhün təmin edilməsidir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülhün yalnız kağız üzərində deyil, real həyatda möhkəmlənməsi üçün konkret addımlar atır. Bu çərçivədə Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb və ölkə üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanılıb. Dövlət başçısı vurğulayıb ki, bu addımlar Azərbaycanın sülhə sadiqliyinin göstəricisidir və ölkə regionda sabitliyin möhkəmlənməsinə töhfə vermək niyyətindədir.
Prezident çıxışında vasitəçilik institutunun fəaliyyətinə də toxunaraq bildirib ki, uzun illər münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticə verməyib. Onun sözlərinə görə, vasitəçilərin əsas məqsədi münaqişəni həll etməkdən daha çox onu dondurmaq və uzun müddət davam etdirmək olub.
Dövlət başçısı müasir dünyada enerji təhlükəsizliyinin də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini bildirib. Onun sözlərinə görə, enerji bazarında baş verən dəyişikliklər qlobal iqtisadiyyat üçün ciddi təsir yaradır və tarazlı enerji siyasəti böyük əhəmiyyət daşıyır. Prezident qeyd edib ki, Azərbaycan bütün enerji seqmentlərində – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi sahəsində istehsal və ixrac imkanlarına malikdir. Son bir ildə Azərbaycan qazını alan ölkələrin sayı 12-dən 16-ya yüksəlib və onların hamısı qazı boru kəmərləri vasitəsilə əldə edir. Bu göstəriciyə görə Azərbaycan coğrafi əhatə baxımından dünyada ən geniş qaz təchizat şəbəkəsinə malik ölkələrdən biridir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika sahəsində Azərbaycanın artan roluna da diqqət çəkib. O bildirib ki, münaqişələr və geosiyasi gərginliklər bir çox ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, qlobal tədarük zəncirləri üçün ciddi problemlər yaradır. Azərbaycan isə enerji sektorundan əldə olunan gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldərək regionun əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkə həm Şərq–Qərb nəqliyyat dəhlizi, həm də Şimal–Cənub nəqliyyat dəhlizi üzrə mühüm tərəfdaş kimi çıxış edir və hər iki marşrut üzrə infrastruktur layihələri artıq tam şəkildə tamamlanıb.
Prezident bildirib ki, Ermənistanla sülh əldə edildikdən sonra regionda yeni nəqliyyat imkanları yaranır. Bu çərçivədə Orta Dəhlizin yeni istiqaməti üzərində iş aparılır və bu marşrut Ermənistan ərazisindən keçəcək. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında davamlı nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yaradılmasına imkan verəcək. Prezident vurğulayıb ki, bu təşəbbüs yalnız Azərbaycan üçün deyil, region ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək.

Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin dirketoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!