Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
10-11-2025, 15:37
Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB


Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2026-cı ildə Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalının böyük olduğunu vurğulayıb.
Nazir bu barədə İTV-yə müsahibəsində deyib.
"Əlbəttə ki, heç kim 100% zəmanət verə bilməz, amma mən bu ehtimala nikbin yanaşıram", - deyə Ceyhun Bayramov bildirib.
"Azərbaycanla sülh prosesinin başa çatması Ermənistanın özünün maraqlarına uyğundur, ona görə də inanıram ki, belə bir ehtimal çox yüksəkdir", - nazir əlavə edib.
C.Bayramovun sözlərinə görə, bunun asan olacağını düşünmür. Onun fikrincə, əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq.
Nazir hesab edir ki, iki ölkə arasındakı münasibətlərin tarixi nəzərə alınmaqla, sülh müqaviləsinin imzalanmasının qısa müddət sonra Azərbaycan və Ermənistan arasında sıx dostluq və tamhüquqlu mehriban qonşuluq münasibətlərinə gətirib çıxarması ehtimalı azdır.
"Və bu, anlayışla qəbul edilməlidir", - deyə o vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, son iki ildir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir.
"Belə qısa müddət ərzində inanıram ki, qalib ölkə ilə məğlub ölkə arasında normallaşdırma prosesi çox sürətlə gedir", - deyə o qeyd edib.
C.Bayramov həmçinin “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinin Azərbaycan və Ermənistan arasında ortaq iqtisadi maraqların yaranmasına səbəb olacağı fikrini ifadə edib.
Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar bir sıra razılıq əldə olunub, sülh sazişi layihəsi paraflanıb. Bu razılıqlara uyğun olaraq 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib.
Rəsmi Bakının tələbinə görə, yekun sülh süzişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, onun preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiası çıxarılmalıdır.
10-11-2025, 15:06
Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO


Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO

Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Bildirilib ki relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.
Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.
Qurumdan qeyd edilib ki, əlavə məlumat veriləcək.

10-11-2025, 15:00
Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var


Toy karvanı qəzaya düşdü: ölən və yaralanan var

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Toy karvanında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Artıq ölən və yaralananların kimliyi də məlum olub.
Belə ki, qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.
10-11-2025, 14:28
Sumqayıtdan Bakıya yeni marşrut AÇILDI


Sumqayıtdan Bakıya yeni marşrut AÇILDI

Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.
Noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyən edilib.
Marşrut üzrə 20 ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.
Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.
500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 AZN müəyyən edilib.
10-11-2025, 14:06
Nurlan ailəmizi Azərbaycana tanıtdı - Şəhid atası


Nurlan ailəmizi Azərbaycana tanıtdı - Şəhid atası

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününün beşinci ildönümünü qeyd edir. 2020-ci ilin bu günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda Qələbə qazandı, 30 ilə yaxın işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Böyük fəxarət hissi ilə söyləyə bilərik ki, beş il öncə başlayan bu Zəfər tariximiz bu gün artıq dirçəliş və quruculuq mərhələsinə çevrilib. Elə bu məqamda unutmaq olmaz ki, hər birimizin qəlbində dərin iz buraxan bu günün arxasında igidlərimizin fədakarlığı dayanır.
Zəfərin 5-ci ildönümündə şəhid Nurlan Ağakişiyevin atası Etibar Ağakişiyev danışıb :
“Sözün düzü, Nurlan üçün çox darıxıram… Lakin deyə bilərəm ki, bu gün həm qürurluyuq, həm sevincliyik, həm də bir qədər kədərliyik. Kədərliyik, çünki canımdan bir can gedib. Amma əsas odur ki, 1990-cı illərdən etibarən xalqımıza yaşadılan əzab-əziyyətlərə son qoyulub”.
E.Ağakişiyev birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb və ayağını itirib. O söyləyib ki, qazi olsa da, çox insan əvvəllər onu tanımayıb:
“Qazi olsam da, bir o qədər insan məni tanımırdı. Amma Nurlan şəhidlik zirvəsinə ucaldıqdan sonra daha çox insan məni tanıdı. O, sanki bizim ailənin fəxrini tamamladı. Mənim qazi olmam, onun isə şəhidliyi - bu, ailəmiz üçün böyük qürur idi”.
Şəhid atası bildirib ki, Nurlanla son dəfə avqustun 15-i Ağdamda görüşüb:
"Son telefon danışığımız isə müharibənin başlandığı gün - 27 sentyabr səhər saat 7:30 radələrində baş tutdu. Nurlan özü mənə zəng elədi, müharibənin başladığını söyləsi. Dedim ki, Nurlan, ölümün gözümün qabağına gəldi. O isə mərd dayanıb soruşdu ki, “Ata, xeyir ola, mənim ölümüm gözünün qabağına gəlir?” Bu, bizim oğlumla son danışığımız idi. Mən dedim, özündən muğayat ol, özünü gözlə!”
Ertəsi gün, sentyabrın 28-də şəhid olmuşdu”.
E.Ağakişiyevin sözlərinə görə, oğlu ilə münasibəti hər zaman müəyyən pərdə çərçivəsində olub:
“Nurlanla çox açıq münasibətimiz yox idi, aramızda müəyyən pərdə vardı. Mən istəyirdim ki, kişi kimi, mərd böyüsün. Elə də oldu. Uşaq vaxtı aşpaz olmaq istəyirdi, icazə vermədim. Bununla yanaşı, Nurlan həm də sərbəst güləşlə məşğul idi, eyni zamanda, bələdiyyəlik təhsili alırdı. Mən ona deyirdim ki, “bələdiyyənin gələcəyi var”.
O, eyni zamanda deyib ki, Nurlan həm ailəsinin dayağı, həm də atasının qulluğunda duran övlad idi:
“O çox gözəl övlad idi, elə bil ki, qol-qanadım getdi. Mənim üçün həm dayaq, həm kömək idi. Yaralı ayağımı ovxalayır, qulluğumda dayanırdı. Mən istəyirdim ki, xalqına, millətinə dəyən bir övlad olsun. Arzum idi ki, onun üçün elçi gedim, evimizə gəlin gəlsin. Amma qismət belə imiş.
Allah xalqımızı, millətimizi qorusun. Zəfərimiz əbədi olsun”,- deyə şəhid atası fikrini tamamlayıb.
Nurlan Etibar oğlu Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində dünyaya göz açıb.
2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. O, Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. Nurlan II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Nurlan Ağakişiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
10-11-2025, 13:55
Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb


Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb

Avstraliya Federal Parlamentində Avstraliya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb.
Bu barədə Azərbaycanın Avstraliyadakı Səfirliyinin "X" hesabında bildirilib.
Qeyd edilib ki, qrupun yaradılması iki ölkə arasında parlamentar və diplomatik əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək və qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.
10-11-2025, 13:25
Dələduz tutuldu - 37 min manat mənimsəyib


Dələduz tutuldu - 37 min manat mənimsəyib

Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışovu saxlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
10-11-2025, 12:36
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 11-də gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacaq.
10-11-2025, 11:38
İmişlidə hamilə qadın ölüb - TƏBİB


İmişlidə hamilə qadın ölüb - TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İmişli rayonunda hamilə qadının ölümünün səbəbini açıqlayıb.
TƏBİB-in məlumatına görə, hadisə ötən gün saat baş verib. 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Zəruri tibbi yardım göstərildikdən sonra onu Ginekologiya və doğum şöbəsinə köçürüblər.
Lakin doğuş prosesi başlamazdan əvvəl hamilə qadında arterial təzyiqin anidən yüksəlməsi baş verib. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 9 noyabr saat 17:40 radələrində hamilə qadının və dölün bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, həyatını itirən şəxs İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızıdır.
10-11-2025, 11:14
Taekvondoçularımız Afinanı silkələdilər


Taekvondoçularımız Afinanı silkələdilər

Noyabrın 9-da Yunanıstanın Afina şəhərində kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.
Taekvondoçularımız uğurla çıxış edərək ümumilikdə 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər.
Ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb.

İdmançılarımızın nəticələrini təqdim edirik:

Qızıl medal

Əhməd Mürvətov (27 kq)
Əsma Abdullazadə (27 kq)
Fidan Qafarova (30 kq) Rizvan Abdullayev (30 kq)
Cahid İsmayılzadə (52 kq)

Gümüş medal

Ayşən Abuzərova (27 kq)
Ümid Şahbazov (36 kq) Sübhan Rzayev (40 kq)
Fateh Sultanlı (44 kq)
Hüseyn İsmayılov (52 kq, “Atlet” TK)

Bürünc medal

Vidadi Məmmədli (27 kq, “Altay” TK)
Rüqəyya Əliyeva ( 27 kq, “Nərimanov” İK)
Aydan Hüseyinova (30 kq, “İrəvan” TK)
Aysu Qəribli (44 kq)
Günəş Əzimzadə (52 kq)

Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal “Atlet” TK, “Altay” TK, “Nərimanov” İK və “İrəvan” taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!