Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
25-01-2025, 11:42
İran səfiri XİN-ə çağırıldı: Etiraz edildi


İran səfiri XİN-ə çağırıldı: Etiraz edildi

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkəmizin rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.
Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.
Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.
İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
25-01-2025, 10:47
Ağsuda əməliyyat: silahlı narkokuryer tutuldu


Ağsuda əməliyyat: silahlı narkokuryer tutuldu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb. Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
25-01-2025, 10:09
Qazinin meyiti dağda tapıldı


Qazinin meyiti dağda tapıldı

32 yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə, məşhur Şamil yaylağında ölü tapılıb.
Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub. Hadisə ilə bağlı bir sıra detallar məlum olub.
Rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.
Fakt araşdırılır.
Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.
25-01-2025, 10:04
Şəmkirdə dəhşətli qəza: 5 nəfər öldü


Şəmkirdə dəhşətli qəza: 5 nəfər öldü

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb. Hərəkətdə olan “Niva” ilə VAZ 2106 markalı minik maşınları toqquşub. Qəza zamanı 5 nəfər ölüb.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks zolağa daxil olub. Qarşıdan gələn Şəmkir rayon sakini, 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşma nəticəsində "VAZ-2106"nın sürücüsü və həmin avtomobildə olan sərnişin - Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini, Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev, eləcə də hələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölüb.
"VAZ-2106"da olan digər sərnişin - 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
25-01-2025, 09:55
İsmail Kartalın yeni klubu məlum oldu


İsmail Kartalın yeni klubu məlum oldu

Türkiyənin “Fənərbağça” komandasının sabiq baş məşqçisi İsmail Kartalın yeni iş yeri bəlli olub.
63 yaşlı mütəxəssis İran təmsilçisi “Persepolis” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 18 aylıq müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, “Persepolis” hazırda İran çempionatında 30 xalla dördüncü pillədə qərarlaşıb.
24-01-2025, 22:43
Türkiyədə bina çökdü: dağıntılar altında qalan var


Türkiyədə bina çökdü: dağıntılar altında qalan var

Türkiyənin Konya şəhərinin Səlcuqlu rayonunda 4 mərtəbəli bina çöküb.
Dağıntılar altında insanlar qalıb. Onlardan 2 nəfər yaralı halda xilas edilib.
Hadisə yerinə çoxlu sayda xilasedici qruplar göndərilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
24-01-2025, 21:48
78 nəfərin öldüyü hotelin sahibi HƏBS EDİLDİ


78 nəfərin öldüyü hotelin sahibi HƏBS EDİLDİ

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin öldüyü “Grand Kartal” hotelinin sahibi və meneceri məhkəmə qərarı ilə həbs edilib.
Bildirilir ki, otel sahibi Halit Ergül və menecer Emir Aras cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib.
Türkiyənin dağ-xizək kurortunda baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb.
24-01-2025, 20:39
HƏMAS azad edəcəyi qadın əsgərlərin adlarını açıqladı


HƏMAS azad edəcəyi qadın əsgərlərin adlarını açıqladı

HƏMAS hərəkatının hərbi qanadı olan Qəssam Briqadaları şənbə günü daha dörd israilli girovu azad edəcəklərini bəyan edib.
Əl-Qəssam Briqadaları şənbə günü Karina Ariyev, Daniel Gilboa, Naama Levi və Liri Elbaq adlı qadın əsgərləri azad ediləcəklər.
Fələstinin Qəzza zolağında münaqişə tərəfləri - İsrail və HƏMAS hərəkatı Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə yanvarın 19-dan 42 gün müddətinə atəşkəs haqqında razılığa gəliblər və münaqişənin yekun olaraq sona çatması istəklərini bəyan ediblər. 46 min fələstinlinin və 1500 israillinin həyatına son qoyan hərbi əməliyyatlar Livan və Yəmənə də yayılıb.
Bu, ikinci atəşkəsdir. Birinci atəşkəs 2023-cü ilin noyabrında bağlanıb və cəmi altı gün davam edib.
24-01-2025, 19:44
Təyyarəmizi vurmağı əmr edənlərin adları və rütbələri məlumdur


Təyyarəmizi vurmağı əmr edənlərin adları və rütbələri məlumdur

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada aparılan araşdırma hava gəmisinin “Pantsir S-1” hava hücumundan müdafiə vasitəsi tərəfindən vurulmasını təsdiq edib.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Caliber” yayıb.
Bildirilib ki, sözügedən hava hücumundan müdafiə vasitəsi Rusiyaya Suriyadan gətirilib.
Həmçinin qeyd olunub ki, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə sistemlərinin tətbiqini təsdiqləyib. Sözügedən sistemlərin tətbiqi təyyarənin idarəetmə sisteminin sıradan çıxması ilə nəticələnib.
“Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də bu əmri verəni müəyyənləşdirib. Üstəlik, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri bəllidir, biz bu məlumatı lazım olan vaxtda mütləq oxucularla paylaşacağıq.
Hələ ki biz Kreml rəsmilərinə müraciət edirik: “Əmin olun, faciəyə birbaşa cavabdeh olan şəxslərin adları və rütbələrini artıq bilirik. Əlbəttə ki, siz faktiki olaraq cinayətin ortaqlarına çevrilərək həqiqəti gizlətmək xəttini davam etdirə bilərsiniz. Yaxud da prosesi gecikdirmədən şərəfli iş görüb faciəyə görə məsuliyyəti öz üzərinizə götürə bilərsiniz.
Çünki siz hazırda özünüzü ədalətsiz, açıq-aydın biabırçı aparırsınız. Sizin başqalarını günahlandırmaq, Malayziyanın “Boinq” və yaxud Cənubi Koreya təyyarəsi ilə olduğu kimi onlarla alternativ versiya yaratmaq istəyinizi anlayırıq. Lakin Azərbaycan Rusiya ilə münasibətlərdə heç vaxt bu cür davranmayıb. Hətta 2020-ci ilin noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan hərbi helikopterinizlə bağlı vəziyyətdə... Xatırladaq ki, həmin helikopter aşağı hündürlükdə, söndürülmüş transponderlərlə sərhədin Naxçıvan hissəsinə doğru irəliləyən erməni kolonunu müşayiət edirdi. Prezident İlham Əliyev o zaman bunun qanuni hərbi hədəf olduğunu deyə bilərdi və o, bunda tamamilə haqlı olardı, lakin o, kişi kimi davrandı: O üzr istədi, helikopterin dəyəri ödənildi, həlak olanların ailələrinə təzminat ödənildi.
Eyni zamanda, Qarabağda öldürülən rusiyalı sülhməramlılarla bağlı mifi dağıdaq, onların fotoları internetə məhz sizin xüsusi xidmət orqanlarınız tərəfindən sızdırılmışdı.
Rusiyanın sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilmişdi ki, 2023-cü il sentyabrın 23-də antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq və burunlarını çölə çıxarmamaqdır. Kontingentin əksər hissəsi isə bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. Burada istisnanı xəbərdarlığa məhəl qoymayaraq və öz fəaliyyətlərini Azərbaycan tərəfi ilə razılaşdırmadan bazadan çıxmağa qərar verən bir neçə zabit təşkil edib. Döyüş fəaliyyətləri zamanı istənilən razılaşdırılmamış avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, bu zabitlər atəşə tutulub. Məhz buna görə çölə çıxmamaqla bağlı dəqiqliklə xəbərdarlıq edilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və məsul şəxsləri məsuliyyətə cəlb etdi.
İndi belə bir sual yaranır: Azərbaycan-Rusiya münasibətlərində bundan sonra nələr olacaq? Məlumatlı mənbələrin bildirdiyinə görə, əgər Rusiya işi ört-basdır etməyə çalışsa və araşdırmanın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi instansiyalara müraciət edəcək. Bundan əlavə, məsuliyyəti bütün nəticələri ilə öz üzərinə götürməkdən imtina Azərbaycan-Rusiya münasibətlərində qırılma nöqtəsinə çevriləcək. Rusiyanın onsuz da az sayda dost dövləti qalıb və tezliklə başqa bir dövləti – Azərbaycanı itirmək riski ilə üz-üzədir. Üstəlik, Azərbaycan əhalisi arasında Rusiyanın onsuz da aşağı olan nüfuzu son hadisələr fonunda əhəmiyyətli dərəcədə pisləşib”, - deyə portalın məlumatında qeyd olunub.
24-01-2025, 19:30
Cahit Bağçıdan vida paylaşımı


Cahit Bağçıdan vida paylaşımı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyətinin başa çatması münasibətilə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.
Bu barədə Cahit Bağcı “X” hesabında yazıb.
“Cənab Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca ən sıx ziyarət etdiyim 602 nömrəli otaqda uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Hər zaman səmimi və açıq yanaşma, yaxın iş birliyi və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm”, - o bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!