"Qarabağ" 5 qol vurdu .....                        FHN əhaliyə müraciət etdi .....                        Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi .....                        Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi .....                        14 yaşlı qızı avtomobil vurdu .....                        Lazaya gedən yol buz bağladı .....                        Pənah Hüseyn partiya sədrliyindən İSTEFA VERDİ .....                        Yol polisindən sürücülərə XƏBƏRDARLIQ .....                        Qusarda ağır qəza - 2 ölü, 4 yaralı .....                       
9-11-2025, 15:07
Xəzər sahilində daha 71 ölü suiti tapıldı


Xəzər sahilində daha 71 ölü suiti tapıldı

Kulalı adasının sahillərində 70-dən çox ölü suiti aşkar edildikdən sonra ekoloqlar Xəzər dənizində su nümunələri toplayır.
Bu barədə Qazaxıstanın Manqistau vilayətinin Ekologiya İdarəsi məlumat yayıb.
"Manqistau vilayətinin Ekologiya Departamentinin Laboratoriya və İstintaq Nəzarəti Departamentinin mütəxəssisləri Balıq Təsərrüfatı Müfəttişliyi İdarəsinin və Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Kulalı adasının sahilində ətraf mühitin monitorinqini aparıblar. Monitorinq zamanı 71 ölü suiti aşkar edildikdən sonra su nümunələri götürülüb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın əvvəlində Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər sahilində 112 Xəzər suitisinin cəsədi aşkar edilib.
9-11-2025, 14:52
Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq - Ərdoğan


Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq - Ərdoğan

Azərbaycanla koordinasiyalı formada Ermənistanla normallaşma prosesini davam etdiririk.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
"Bu proses həyata keçirilərkən Azərbaycanın hüquqlarının pozulmasına yol verməyəcəyik. Hazırda qardaşım İlham Əliyevin rəhbərliyi altında Qarabağda böyük bir inkişaf həyata keçirilir. Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və mənzillər tikintisi həyata keçirilir. Biz də bu prosesdə Azərbaycana lazımi töhfələri veririk", - o bildirib.
Sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirən Ərdoğan Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb. Onun sözlərinə görə, sülh prosesinin qısa zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün memarı kimi də önə çıxaracaq.
9-11-2025, 13:57
Almaniya 3 milyard avroluq silah alır


Almaniya 3 milyard avroluq silah alır

Almaniya hökuməti hərbi qüvvələrinin genişmiqyaslı artırılması çərçivəsində yeni avadanlıqlar alacaq.
“Almaniya “Airbus SE”dən üç milyard avroluq silah və texnika, xüsusən də 20 yüngül döyüş helikopteri almağı planlaşdırır. Siyahıya təxminən bir milyard avro dəyərində “Hensoldt AG” və “Theon International” şirkətlərindən 100.000 gecə görmə cihazı da daxildir.
Müdafiə Nazirliyi həmçinin “Diehl” şirkəti tərəfindən istehsal edilən əlavə 1,2 milyard avro dəyərində İRİS-T SLM hava hücumundan müdafiə raketlərinin alınması üçün təsdiq tələb edir”, - məlumatda bildirilib.
9-11-2025, 13:45
Qarabağdakı inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir - Ərdoğan


Qarabağdakı inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir - Ərdoğan

"İndi Qarabağda böyük inkişaf var və bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyinin göstəricisidir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir: "Biz "Türkiyə sona qədər Azərbaycanın yanındadır" dedik və sözümüzün üstündə durduq".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm".
9-11-2025, 13:38
Göyçayda ənənəvi "Nar Festivalı"


Göyçayda ənənəvi "Nar Festivalı"

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilir.
Festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.
65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil edilib.
Festival konsert proqramı ilə yekunlaşacaq.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.
2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.


9-11-2025, 12:52
Portuqaliyada kütləvi etirazlar


Portuqaliyada kütləvi etirazlar

Portuqaliyanın paytaxtı Lissabonda minlərlə insan Baş nazir Luis Monteneqronun hökumətinin təklif etdiyi yeni əmək qanunlarına etiraz edib.
Bu barədə Portuqaliya mediası məlumat yayıb.
Məlumata görə, ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatı olan CGTP-nin təşkil etdiyi aksiya “Hamı Lissabona” şüarı altında keçirilib. Etirazçılar həm dövlət, həm də özəl sektor işçilərindən ibarət olub.
Etirazların səbəbi hökumətin 2025-ci ilin sentyabrında təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklərdir.
Aksiya iştirakçıları hesab edir ki, yeni qaydalar işçi hüquqlarını pozur və istismarı artırır. Dəyişikliklər işçilərin işdən çıxarılmasını asanlaşdırmağı, autsorsinq məhdudiyyətlərinin yumşaldılmasını və “fərdi vaxt bankları”nın yaradılmasını nəzərdə tutur. Bu sistem işçilərə gündə iki əlavə saat işləməyə imkan verir.
9-11-2025, 12:38
Əfqanıstandan çıxmaq böyük məğlubiyyət idi - Stoltenberq


Əfqanıstandan çıxmaq böyük məğlubiyyət idi - Stoltenberq

2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxarması NATO-nun ən böyük məğlubiyyəti oldu.
Bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
“Bu, NATO-nun ən böyük məğlubiyyəti idi. Amma mən hesab edirəm ki, bir çox insanın bütün ağrı və əzablarına baxmayaraq, Əfqanıstanı tərk etmək düzgün qərar idi”, - Stoltenberq bildirib.
9-11-2025, 12:27
Sabah hava yağmursuz keçəcək


Sabah hava yağmursuz keçəcək

Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.
9-11-2025, 11:55
Azərbaycan əsilli polis Ukraynada öldürüldü


Azərbaycan əsilli polis Ukraynada öldürüldü

Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan əsilli Qurbanov Çingiz Sahib oğlu Donetsk vilayətində həlak olub.
42 yaşlı Çingiz Qurbanov Donetsk vilayətində xidməti məzuniyyət zamanı dron hücumuna məruz qalıb və hadisə yerində həlak olub.
S. Qurbanov Ukraynanın Dnepropetrovsk vilayətinin Kirovoy-Roq şəhərində doğulub, böyüyüb.
9-11-2025, 10:35
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir


Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir

Müstəqil Azərbaycan dövlətinin rəmzlərindən biri də üçrəngli bayrağımızdır. Bu gün ən yüksək zirvələrdə dalğalanan bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Bayrağını dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi kimi dəyərləndirərək demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair demişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmış və 2010-cu il noyabrın 9-da onun açılışı olmuşdur. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib.
Meydan 2024-cü ilin noyabrın 8-də yenidən açılmış və Prezident İlham Əliyev Azərbaycan bayrağını qaldırmışdır. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı bu Meydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”
Bu gün Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımız zirvələrə ucalır. 44 günlük müharibə ərzində Azərbaycanın igid övladları Müqəddəs Azərbaycan Bayrağını uca tutaraq öz canları, qanları ilə düşməndən təmizlədikləri ərazilərdə ucaltdılar. Artıq beş ildir ki, işğaldan azad edilən Şuşada, Laçında, Xankəndidə, Xocalıda və digər ərazilərimizdə bayrağımız qürurla dalğalanır. Əsgərlərimiz Azərbaycan bayrağını öpüb gözləri üstünə qoyaraq vətənimizi qəhrəmancasına qoruyurlar.

Qəzənfər Ağayev
Vətən Müharibəsi Qəhrəmanı, Xırdalan şəhər sakini
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!