“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
11-03-2026, 15:57
Pekin Tokionu "sarsıdıcı zərbə" endirəcəyi ilə hədələyib


Pekin Tokionu "sarsıdıcı zərbə" endirəcəyi ilə hədələyib

Çin Yaponiyanın zərbə silahlarını yerləşdirəcəyi təqdirdə Tokioya "sarsıdıcı zərbə" endirəcəyi ilə hədələyib.
Qeyd olunub ki, Yaponiyanın mart ayının sonuna qədər Çin ərazisinə çata biləcək təxminən 1000 km mənzilli uzun mənzilli raketlər döyüş mövqeyinə yerləşdirməyi planlaşdırdığı bildirilir.
11-03-2026, 15:46
İrandan Azərbaycana təxliyə olunanların sayı artıb


İrandan Azərbaycana təxliyə olunanların sayı artıb

Fevralın 28-i saat 08:00-dan martın 11-i saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2225 nəfər təxliyə edilib.
Təxliyə olunanların 394-ü Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 674 Çin, 293 Rusiya, 174 Tacikistan, 140 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 25 Əlcəzair, 29 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 12 Macarıstan, 12 Polşa, 11 Meksika, 10 Nigeriya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Böyük Britaniya, 9 Kanada, 8 Braziliya, 8 Qazaxıstan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya, 5 Serbiya, 5 İsveçrə, 5 Çexiya, 5 Əfqanıstan, 5 Avstriya, 5 Hindistan, 4 İordaniya, 4 Banqladeş, 4 Türkiyə, 4 Ukrayna, 4 Şri-Lanka, 4 Küveyt, 4 Bəhreyn, 4 ABŞ, 4 Finlandiya, 4 Niderland, 3 Qətər, 3 Filippin, 3 Xorvatiya, 3 Danimarka, Avstraliya 3, Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sloveniya, 2 İsveç, 2 Sudan, 2 Kipr vətəndaşı, 2 Sloveniya, eyni zamanda, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və Belizdən hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.
11-03-2026, 15:42
İranda öldürülən generallarla vida mərasimi keçirilir


İranda öldürülən generallarla vida mərasimi keçirilir

ABŞ və İsrailin hava hücumlarında həlak olan İran generalları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi ilə vida mərasimi keçirilir.
Bu barədə SEPAH-ın Böyük Tehran İdarəsi məlumat yayıb.
Vida mərasimi Tehranın İnqilab meydanında keçirilir.
11-03-2026, 15:35
Ölkə üzrə pensiyalar tam ödənildi


Ölkə üzrə pensiyalar tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları da qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödəniləcək.
11-03-2026, 15:28
İcra başçısı tanınmış meyxanaçını görüşə dəvət etdi


İcra başçısı tanınmış meyxanaçını görüşə dəvət etdi

Tanınmış meyxanaçı Rüfət Kərimovu (Nasosnu) İTV telekanalında yayımlanan “Milyonçu şou”da çıxışından sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görüşə dəvət edib.
Bu barədə meyxanaçının özü sosial şəbəkə hesabında məlumat verib.
"Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, cənab Zakir Fərəcov 600 min vətəndaşın olduğu şəhərdə məni də diqqətdən kənarda saxlamayıbsa, bu incəsənətə və sözə verilən qiymətdir. Hər şeyə görə təşəkkür edirəm"-deyə meyxanaçı bildirib.

11-03-2026, 15:24
Avropa İttifaqı İrana qarşı sanksiyaları TƏSDİQLƏDİ


Avropa İttifaqı İrana qarşı sanksiyaları TƏSDİQLƏDİ

Aİ İrana qarşı yeni sanksiyaları təsdiqləyib.
Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Aİ İranı məsuliyyətə cəlb etməyə davam edir. Bu gün Aİ üzv dövlətlərinin səfirləri ciddi insan haqları pozuntularında məsul olan 19 rejim rəsmisi və qurumunu hədəf alan yeni sanksiyaları təsdiqlədilər. İran müharibəsi davam etdikcə, Aİ öz maraqlarını qoruyacaq və daxili repressiyalara görə məsul olanları təqib edəcək. Bu, həmçinin Tehrana İranın gələcəyinin repressiya üzərində qurulmaması mesajını göndərir”, - Kallas qeyd edib.
11-03-2026, 00:54
Azərbaycanla bağlı proqnoz dəyişmədi


Azərbaycanla bağlı proqnoz dəyişmədi

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2026-2027-ci illər üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı ilə bağlı proqnozunu yeniləyib.
EIA-nın aylıq hesabatına görə, 2027-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı 540 min barel olacaq (proqnoz dəyişməyib).
EIA-nın hesablamalarına görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogen hasilatı da 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).
Hesabata görə, 2025-ci ildə Azərbaycanda bu rəqəm gündə 570 min barel, 2024-cü ildə isə gündə 600 min barel olacaq.
11-03-2026, 00:30
ABŞ İranın 10 gəmisini məhv etdi


ABŞ İranın 10 gəmisini məhv etdi

ABŞ prezidenti Donald Tramp İranın dəniz imkanlarına qarşı yeni zərbələr endirildiyini açıqlayıb.
Bu barədə Tramp sosial media hesabında paylaşım edib
O bildirib ki, ABŞ hərbi qüvvələri mina yerləşdirmək üçün istifadə oluna bilən 10 ədəd fəaliyyətsiz gəmini vuraraq tamamilə məhv edib.
Tramp eyni zamanda xəbərdarlıq edib ki, bu cür hədəflərə qarşı əməliyyatlar davam edə bilər və lazım gələrsə daha çox gəmi məhv ediləcək.
ABŞ prezidenti İranı Hörmüz boğazında yerləşdirilmiş ola biləcək dəniz minalarını dərhal çıxarmağa çağırıb. Onun sözlərinə görə, əks halda ABŞ bu təhlükəni aradan qaldırmaq üçün əlavə tədbirlər görəcək.
11-03-2026, 00:21
Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar


Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar

Rusiyanın İrandakı konsulluğunun bir neçə əməkdaşı bomba partlayışı nəticəsində yaralanıb.
Bbu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, 8 martda Rusiyanın İsfahandakı konsulluq binasına hücum olub. Konsulluq binasına hücum zamanı baş vermiş partlayış dalğası bir neçə nəfərin xəsarət almasına səbəb olub. Hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.
10-03-2026, 23:52
İranda müharibə nə vaxt başa çatacaq?


İranda müharibə nə vaxt başa çatacaq?

İranla bağlı hərbi əməliyyatlar yalnız Tehran qeyd-şərtsiz təslim olduqda və ABŞ prezidenti Donald Tramp hərbi məqsədlərin tam yerinə yetirildiyini hesab etdikdə başa çatacaq.
Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
Levittin sözlərinə görə, Tramp İranın artıq ABŞ və onun müttəfiqləri üçün birbaşa təhlükə yaratmadığı qənaətinə gəldiyi zaman müharibənin bitdiyini elan edəcək.
Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ ordusu hazırda İranın raket istehsalı infrastrukturunu sıradan çıxarmağa çalışır. Onun sözlərinə görə, əməliyyatın başlanmasından 10 gün sonra kampaniya uğurlu şəkildə davam edir və ABŞ qüvvələri gözləniləndən daha sürətlə irəliləyir.
Levitt əlavə edib ki, indiyədək ABŞ qüvvələri İranın 50-dən çox hərbi gəmisini, o cümlədən iri pilotsuz uçuş aparatları daşıyan gəmini məhv edib. O bildirib ki, əməliyyatın məqsədləri dəyişməz olaraq qalır və Tramp hədəflərə qısa müddətdə nail olunacağına inanır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!