Səngərdə doğulan əbədilik .....                        İstanbulda nələr müzakirə olundu.. - DETALLAR .....                        Avropada daha 3 medal .....                        Yaratdığımız qol fürsətlərindən lazımınca istifadə edə bilmədik .....                        İstanbulda sülh danışıqları başa çatdı - YENiLƏNİB .....                        Türkiyədə faciə - Meşə yanğınlarında 10 nəfər öldü .....                        "Zirə" "Hayduk"la ilk oyunda heç-heçə edib .....                        Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ .....                        Bakı–Qazax yolunda ağır qəza - 10 nəfər yaralandı .....                       
12-07-2024, 22:14
Sahibə Qafarova Rusiyada görüşlər keçirdi


Sahibə Qafarova Rusiyada görüşlər keçirdi

VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda bir sıra görüşlər keçirib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, BRİCS ölkələrinin Parlament Forumu və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova tədbirlər çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Leji Jao, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.
Görüşlərdə parlamentlərarası əlaqələr və beynəlxalq əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
12-07-2024, 21:38
Sahibə Qafarova MDB-nin iclasında


Sahibə Qafarova MDB-nin iclasında

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 12-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, iclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində MDB PA müşahidəçilərinin iştirakı haqqında məsələnin müzakirəsi zamanı çıxış edən spiker Sahibə Qafarova deyib ki, seçkilərdə aidiyyəti dövlət orqanları tərəfindən prosesin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, seçki prosesinin tam şəffaflığı təmin edilib ki, seçicilər öz iradələrini sərbəst və maneəsiz ifadə edə bilsinlər. Bunu beynəlxalq müşahidəçilər də ifadə ediblər.
Seçkilərin monitorinqində 89 ölkəni və 72 beynəlxalq təşkilatı, o cümlədən 22 parlamenti və 12 parlamentlərarası təşkilatı təmsil edən 790 beynəlxalq müşahidəçinin iştirak etdiyini xatırladan Milli Məclisin sədri seçkilərlə bağlı əsas məsələ olaraq, onu qeyd edib ki, bu seçkilərdə xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın gələcək inkişafına səs verib.
Qeyd olunub ki, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92 faizdən çoxunun səsini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Çıxışında Sahibə Qafarova deyib ki, seçki proseslərinin müşahidəsi MDB PA çərçivəsində əməkdaşlığın mühüm sahəsidir. Bu, seçki prosesinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi kimi üzv dövlətlərin ərazisində demokratiyanın və qanunun aliliyinin inkişafına töhfə verir. Bu baxımdan MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ), o cümlədən onun Bakı filialının seçkilərin müşahidəsi prosesində fəaliyyəti və verdiyi töhfə də xüsusi diqqətə layiqdir.
Spiker Sahibə Qafarova çıxışında seçki proseslərinin monitorinqi sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumat verib.
12-07-2024, 18:10
Şəhidimiz 32 ildən sonra dəfn edildi


Şəhidimiz 32 ildən sonra dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əliyev İmaməddin Əliağa oğlunun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib. O, Birinci Fəxri xiyabanda naməlum şəhid kimi dəfn olunmuşdu.
Şəhidin nəşi bu gün rayonun Pirəzə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında, atasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, Əliyev İmaməddin Əliağa oğlu 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
12-07-2024, 17:55
Bakıda hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərə hökum oxundu


Bakıda hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərə hökum oxundu

Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılova hökm oxunub.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən Dəyanət Qüdrətov ömürlük, Azər Məmmədov 19 il, İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Babək İsgəndərov 3 il 5 ay 28 gün və Rövşən İsmayılov 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Babək İsgəndərov və Rövşən İsmayılov barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxslər - Azər Məmmədovun 20 il, Dəyanət Qüdrətovun ömürlük, İbrahim İbrahimovun 20 il, Səbuhi Qurbanovun 20 il, Babək İsgəndərovun 6 il və Rövşən İsmayılovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb. Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.
12-07-2024, 17:38
Sumqayıtda marşrut avtobusu TIR-la toqquşdu - 11 nəfər yaralandı


Marşrut avtobusu TIR-la toqquşdu - 11 nəfər yaralandı

Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.
Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. 3 nömrəli marşrut avtobusu "TIR" la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
12-07-2024, 17:04
Azərbaycanda 736 nəfər İİV-ə yoluxub


Azərbaycanda 736 nəfər İİV-ə yoluxub

Ötən altı ay ərzində Azərbaycanda 736 nəfər İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxub.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Belə ki, ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxub. Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
12-07-2024, 16:57
"Ermənistanın öz ərazisindən kənarda heç bir iddiası yoxdur” - Rubinyan


"Ermənistanın öz ərazisindən kənarda heç bir iddiası yoxdur” - Rubinyan

Ermənistan qısa müddət ərzində Azərbaycanla sərhədin demarkasiyası prosesini davam etdirməyə və sülh müqaviləsi imzalamağa hazırdır.
Bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan BRİKS Parlament Forumunda deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi artıq demarkasiya olunub və sərhədin müvafiq hissələrində hər iki tərəfin sərhədçiləri yerləşdirilib.
"Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir iddiası yoxdur və sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi, qısa müddətdə sülh müqaviləsinin bağlanması və imzalanması istiqamətində konstruktiv və intensiv iş görməyə hazırdır", - Rubinyan bildirib.
O, Ermənistanın həm də regional infrastrukturların blokunu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlı olduğunu vurğulayıb.
Rubinyanın sözlərinə görə, şübhəsiz ki, Cənubi Qafqazda iri infrastruktur layihələri təkcə region ölkələri üçün deyil, həm də birləşdirici amilə çevrilə bilər.
"Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi münasibətlər sisteminin davamlı regional modelinin formalaşmasına gətirib çıxarmalıdır", - Rubinyan bildirib.
12-07-2024, 16:30
Deputatlığa namizədliyi irəli sürülənlərin sayı açıqlandı


Deputatlığa namizədliyi irəli sürülənlərin sayı açıqlandı

Ölkə üzrə 125 seçki dairəsindən artıq 104-də 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, deputatlığa namzidliyi irəli sürülən 307 nəfərdən 150-nin namizədliyi təsdiqlənib, onlardan 114 nəfərə imza vərəqi verilib.
12-07-2024, 16:25
İndiyədək 20 partiyanın nümayəndəsi qeydə alınıb - MSK sədri


İndiyədək 20 partiyanın nümayəndəsi qeydə alınıb - MSK sədri

“İndiyə kimi 20 siyasi partiyanın 519 səlahiyyətli nümayəndəsi qeydə alınıb".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.
“Bununla bərabər qalan partiyaları da seçki prosesində aktiv iştirak etməyə çağırırıq”, - deyə o bildirib.
12-07-2024, 16:09
"Bolt" şirkəti Azərbaycandakı avtomobil parkını yeniləyir


"Bolt" şirkəti Azərbaycandakı avtomobil parkını yeniləyir

"Bolt" şirkətinin Azərbaycandakı bazasında 300-ə yaxın sıfır emissiya səviyyəli avtomobil təqdim ediləcəyi bildirilib. Bu, ölkədə taksilərin fəaliyyətinə necə təsir edə bilər? Azərbaycanda yaradılan elektron taksi parkı gələcəkdə uğur əldə edə biləcəkmi?
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, gətiriləcək avtomobillərin sayı başlanğıc üçün yaxşı göstərici ola bilər, amma say etibarilə azdır:
“Gələcəkdə bu sayın daha da artırılmasının nəzərdə tutulacağını düşünürəm. Ölkəyə gətirilən avtomobillərin ilk növbədə kateqoriyasının, gələcək perspektivlərin öyrənilib gətirilməsi uğrunda atılan addımlar daha təqdirəlayiq olardı”.
Onun sözlərinə görə, bu gün gündəlik istifadə, eləcə də taksi fəaliyyətində tələb olunan avtomobillər sinfinə ilk növbədə elektromobillərdən əlavə ekonom avtomobillər də daxildir:
“Bu tələbatlar ölkə iqtisadiyyatına təsir edir. Bütün texnikaların işləmə əmsalı istifadə etdiyi yanacaq əmsalı ilə düz mütənasib olmalıdır. İstənilən zaman kəsiyində texnikaların işlək olması əhəmiyyət daşıyır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!