Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
9-12-2024, 11:48
“Moskva dostlarına xəyanət etmir” - Rusiyadan Əsədlə bağlı açıqlama


“Moskva dostlarına xəyanət etmir” - Rusiyadan Əsədlə bağlı açıqlama

Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Mixail Ulyanov Suriyanın devirilən prezidenti Bəşər Əsəd və ailəsinin Moskvaya gəlişini şərh edib.
M.Ulyanov bildirib ki, Rusiya çətin vəziyyətdə olan dostlarına xəyanət etmir və bununla da ABŞ-dan fərqlənir.
“Bəşər Əsəd və ailəsi Moskvadadır, Rusiya çətin vəziyyətdə olan dostlarına xəyanət etmir”, - deyə Ulyanov öz Telegram kanalında yazıb.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Bəşər Əsədlə birgə onun yüksək rütbəli heyəti də ölkədə qaçıb. Müdafiə naziri Əli Mahmud Abbas, daxili işlər naziri Məhəmməd Rəhmun, xarici işlər naziri Bessam Sabbağ və hakim Bəss partiyasının bir sıra yüksək rütbəli rəhbərlərinin də Rusiyaya sığındığı barə məlumatlar yayılıb.
9-12-2024, 10:52
Polisə tabesizlik göstərən sürücü həbs edildi


Polisə tabesizlik göstərən sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Rəvan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıq cihazları nasaz olduğu üçün saxlanılıb.
Sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, R.Əhmədov məsuliyyətdən yayınmaq məqsədilə sərnişini Tayfun Nəcəfovla birgə polisə tabesizlik göstərib, özünə xəsarət yetirməklə süni gərginlik yaratmağa calışıb.
Tibbi müayinə zamanı hər iki şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Ərazi polis orqanına təhvil verilən R.Əhmədov barəsində müvafiq inzibati tənbeh tədbiri görülüb, üzərindən narkotik vasitə götürülən T.Nəcəfov isə məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

9-12-2024, 10:34
Bakı-Sumqayıt ekspres avtobusu istifadəyə verildi


Bakı-Sumqayıt ekspres avtobusu istifadəyə verildi

Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.
"Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır. Gedişhaqqı 0,80 qəpik müəyyən olunub",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar fəaliyyət göstərir.
9-12-2024, 10:16
ABŞ Suriyaya zərbələr endirdi


ABŞ Suriyaya zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) döyüş təyyarələri Suriyada İŞİD terror təşkilatının mövqelərinə yüksək dəqiqlikli zərbələr endirib.
Bildirilib ki, hava zərbələri nəticəsində 75-ə yaxın hədəf vurulub.
Amerikanın “The New York Times” qəzeti isə yazıb ki, Suriyada hakimiyyətə gələn silahlı müxalifət Ağ Ev administrasiyasını İŞİD-in fəaliyyətlərinə icazə verməyəcəyinə inandırıb.
9-12-2024, 10:14
Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyuldu


Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyuldu

Cənubi Koreyanın korrupsiya araşdırması agentliyi ölkə prezidenti Yoon Seok-yeola səyahət qadağası barədə göstəriş verib.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib. Eyni zamanda jurnalistlər dövlət başçısının hərəkətlərini onun siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.
9-12-2024, 10:05
Pezeşkian Suriyadakı vəziyyətdən danışdı


Pezeşkian Suriyadakı vəziyyətdən danışdı

İran prezidenti Məsud Pezeşkian razılığa gəlmək üçün Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında dialoqun zəruriliyini vurğulayaraq, hərbi qarşıdurma və zorakılığın tez bir zamanda sona çatacağına ümid etdiyini bildirib.
İran prezidenti Məsud Pezeşkian Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanmasının zəruriliyini vurğulayıb.
Pezeşkian bəyan edib ki, Suriya xalqı bu ölkənin gələcəyini, siyasi və hökumət sistemini həll etməlidir.
Razılığa gəlmək üçün Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında dialoqun aparılmalı olduğunu vurğulayan Pezeşkiyan, hərbi qarşıdurma və zorakılığın ən qısa zamanda sona çatacağına və Suriya xalqının öz müqəddəratını təyin etmək üçün qərar verəcəyinə ümid etdiyini bildirib.
O, Suriyada hər cür şiddət, narahatlıq və dağıdıcı xarici müdaxilələrdən uzaq, sakit bir mühitin bərqərar olmasının vaciblitini vurğulayıb.
Prezident Pezeşkian deyib ki, İran vəziyyətin sabitləşməsinə, regionun sabitliyi və təhlükəsizliyinə kömək etmək üçün müvafiq tərəflər və BMT ilə diplomatik məsləhətləşmələrini davam etdirir.
Pezeşkian İsrailin Suriya ərazisinə hücumunu qətiyyətlə pisləyərək, region ölkələrini qeyri-qanuni ambisiyaların inkişafına qarşı ayıq olmağa çağırıb.
8-12-2024, 15:37
Dəməşqdə iki güclü partlayış


Dəməşqdə iki güclü partlayış

Suriya paytaxtının qərbindəki Mezze bölgəsində iki güclü partlayış baş verib.
Bu barədə Misirin “Əl-Qahirə Əl-İxbariya” telekanalı məlumat yayıb.
Digər təfərrüatlar hələlik verilməyib. Suriyanın “Əl Vətən” nəşri daha əvvəl Mezzedə partlayış səslərinin eşidildiyini bildirsə də, baş verənlərlə bağlı təfərrüatları da açıqlamayıb.
8-12-2024, 15:10
ABŞ Suriyanın şərqində hərbi varlığını saxlayacaq


ABŞ Suriyanın şərqində hərbi varlığını saxlayacaq

ABŞ İŞİD-ə qarşı mübarizə çərçivəsində Suriyanın şərqində hərbi mövcudluğunu saxlayacaq.
Bunu Bəhreynin paytaxtında Manama Dialoqu forumunda çıxışı zamanı ABŞ müdafiə nazirinin köməkçisinin müavini Daniel Şapiro deyib.
"Suriyadakı vəziyyət sürətlə inkişaf etdikcə, Birləşmiş Ştatlar böhrandan zərər görən regiondakı tərəfdaşlarının təhlükəsizliklərini təmin etmək niyyətindədir. Buna görə, onlarla sıx məsləhətləşmələr aparmağa davam edəcəyik. Bizim onlara sadiqliyimiz həmişəkindən daha güclüdür. Biz Suriyanın şərqində də mövcudluğumuzu davam etdirəcəyik - yalnız İŞİD üzərində yekun qələbə üçün, bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur” - deyə o bildirib.
8-12-2024, 14:52
Mənbic əməliyyatı başladı - Suriya müxalifəti irəliləyir


Mənbic əməliyyatı başladı - Suriya müxalifəti irəliləyir

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Hələb mühafəzəsində PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
“Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad etdiyini açıqlayıb”, – telekanal qeyd edib.
Məlumata görə, SMO Mənbicin 80 %-ni nəzarətə alıb.
“Mənbicdə PKK/YPG-nin nəzarətindən alınması üçün həm havadan, həm də qurudan müdaxilələr davam etdirilir. Bütün təşkilat ünsürləri bölgədən təmizlənir”, – telekanal vurğulayıb.
8-12-2024, 14:39
Paşinyan Qərbdən dəstək axtarışında: Parisdə Makron və Trampla görüş


Paşinyan Qərbdən dəstək axtarışında: Parisdə Makron və Trampla görüş

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makron və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla söhbətləşib.
Ermənistanın hökümət başçısı bununla bağlı “Facebook” hesabında paylaşım edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!