“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
15-04-2025, 13:18
“Müharibə olmayacaq!” - Paşinyan orduya göstəriş verdiyini deyir


“Müharibə olmayacaq!” - Paşinyan orduya göstəriş verdiyini deyir

Ermənistanın baş nazirinin sözlərinə görə, eskalasiya və yeni hərbi əməliyyatlar üçün heç bir əsas yoxdur.
Baş naziri Nikol Paşinyan parlamentdəki bugünkü çıxışı zamanı Ermənistan və Azərbaycandakı bütün siyasi qüvvələri mümkün müharibə ilə bağlı bəyanatlar verməkdən çəkinməyə çağırıb.
Paşinyan vurğulayıb ki, atəşkəs rejiminə ciddi riayət olunması barədə Ermənistan Silahlı Qüvvələrinə göstəriş verib. Baş nazirin sözlərinə görə, İrəvan müvafiq mexanizm yaratmaqla sərhəd insidentlərinin Azərbaycanla birgə araşdırılmasına hazırdır.
Paşinyan mümkün yeni eskalasiya ilə bağlı şayiələrə də toxunub. Onun sözlərinə görə, bunun üçün heç bir əsas yoxdur - Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyıb, həmçinin güc tətbiqindən imtina ediblər.
"Mən Ermənistan və Azərbaycanda bütün siyasi və ictimai qüvvələri maksimum məsuliyyət nümayiş etdirməyə və sülh gündəminə xələl gətirən bəyanatlar verməməyə çağırıram. Ölkələrimizin xalqları sülhə layiqdir. Müharibə olmayacaq - sülh olacaq", - baş nazir bildirib.
15-04-2025, 13:06
Evdən oğurluq edən şəxs saxlanıldı


Evdən oğurluq edən şəxs saxlanıldı

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş dəyəri 4 min manat olan məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Vələd Əhmədli saxlanılıb.
O, oğurladığı əşyaları Qəbələ rayonunda satdığını bildirib.
"Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Əhmədli barəsində həbs qətimkan tədbiri seçilib",- deyə məlumatda qeyd edilib.
15-04-2025, 12:47
Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət etdi


Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət etdi

TÜRKPA çərçivəsində həyata keçirilən tədbirlər təkcə ölkələrimiz arasında daxili deyil, həm də regional sabitlik və təhlükəsizliklə bağlı da mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.
“Təhlükəsizlik minimal təhdidlər deyil, transsərhəd, təbbi fəlakətlər, qeyri - qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşəməyimizi zəruri edib” - o deyib.
Yasemi Öztürk vurğulayıb ki, bu baxımdan, sahib olduğumuz tarix, mədəniyyət və dil təhlükəsizlik sahəsində daha yaxşı əməkdaşlıq etməyimiz üçün üstünlük yaradır:
"Bu gün türk dünyasının bir hissəsi olan Şimali Kipr Türk Cümhuriyyətinin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərməyimizi daha zəruri edir. Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyası arasında oynadığı rol mühüm bir elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu konteksdə ölkələrimizin parıamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir".
15-04-2025, 12:41
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirildi


Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirildi

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib.
Bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev özünün “Facebook” səhifəsində yazıb.
O bildirib ki, qonaqları Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə və Səfirliyin əməkdaşları qarşılayıb.
Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiyadan keçəcək, Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar.
Eyni zamanda, azyaşlı qonaqlar Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzini ziyarət edəcək və paytaxtda gəzintiyə çıxacaqlar.
Diplomatik nümayəndəlikdən o da qeyd edilib ki, bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.
Səfir Yuri Husyev səfərin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın rəhbərliyinə və xalqına, eləcə də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə təşəkkür edib.
Onun sözlərinə görə, bu dəstək təkcə xalqlarımızın dostluğunun əsl təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm töhfədir.
15-04-2025, 12:28
Sabahın havası: Şimşək çaxacaq, leysan yağacaq


Sabahın havası: Şimşək çaxacaq, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
15-04-2025, 12:11
Paşinyandan Minsk Qrupu ilə bağlı YENİ TƏKLİF


Paşinyandan Minsk Qrupu ilə bağlı YENİ TƏKLİF

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana yeni təklif irəli sürüb.
Bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
O, sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatın eyni vaxtda imzalanmasını təklif edib.
“Yəni sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanatı masaya qoymaq, həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq”, - Paşinyan qeyd edib.
15-04-2025, 12:00
Sərhədi qanunsuz keçmək istəyənlər saxlanıldı


Sərhədi qanunsuz keçmək istəyənlər saxlanıldı

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 12-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 1 nəfər (1996-cı il təvəllüdlü Shahroz Muhammad Pakistani), “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Rusiya Federasiyası istiqamətində isə 4 nəfər (2006-cı il təvəllüdlü Haider İrfan Ali Vahab, 1994-cü il təvəllüdlü Rehman Zaid Jamil Abdul, 2002-ci il təvəllüdlü Hüssain Rahid Hüssain Hamid, 2003-cü il təvəllüdlü Asif Muhammed Noor) Pakistan İslam Respublikası vətəndaşı, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində 1 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1990-cı il təvəllüdlü El Haouati Mohammad) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
15-04-2025, 11:47
Tələbə qız özünü 15-ci mərtəbədən atdı


Tələbə qız özünü 15-ci mərtəbədən atdı

Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Şövqiyar Abdullayev küçəsi, 23 ünvanında (Göy Məscidin arxası) yaşayan l kurs tələbəsi özünü 15 mərtəbədən atıb.
O, hadisə yerində ölüb.
Qeyd edək ki, tələbə qız həmin binada 3 qızla bərabər kirayədə qalırmış.
15-04-2025, 11:41
Binədə marketləri qarət edənlər SAXLANILDI


Binədə marketləri qarət edənlər SAXLANILDI

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində talama cinayəti qeydə alınıb.
Qabaqcadan əlbir olan naməlum şəxslər gecə saatlarında iki marketin anbarının qapısını qıraraq içəri daxil olub və oradan 54 min manat dəyərində naqil oğurlayıblar.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və əməliyyat-axtarış fəaliyyətinə başlanılıb. Nəticədə oğurluq cinayətini törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov və 23 yaşlı İbrahim Nuriyev, 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
15-04-2025, 00:21
İsrail müvəqqəti atəşkəs təklif edir


İsrail müvəqqəti atəşkəs təklif edir

İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb.
Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Misir artıq İsrailin təşəbbüsü ilə bağlı hərəkatı məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!