Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                        Laçında ağır qəza - 3 nəfər öldü .....                        Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP .....                        Kenan Piriç rəsmən “Neftçi”də .....                        Dövlət qurumunun əməkdaşı iş başında öldü .....                        Ağdam və Füzulidə yanğınlar TAM SÖNDÜRÜLDÜ .....                        Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq .....                        Metsamor AES ciddi nüvə təhlükəsi mənbəyidir - Türkiyədən XƏBƏRDARLIQ .....                        "Sağlığında yox, indi Aydınla fəxr edirəm" .....                       
8-07-2024, 19:07
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası - FOTO


COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası - FOTO

İyulun 8-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib.”
Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Təşkilat Komitəsinin sədri əlavə edib ki, Şuşa Zirvə görüşündə qəbul olunmuş “Qarabağ Bəyannaməsi”ndə qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın ardıcıl səylərini dəstəkləyiblər.
Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının sayının artdığını bildirib. O, Sammitə böyük marağın ölkəmizə hörmətin, Azərbaycanın nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək qabiliyyətinə inamın və yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə etimadın göstəricisi olduğunu vurğulayıb.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq.
Təşkilat Komitəsinin sədri 2024-cü il iyunun 3-13-də keçirilmiş Bonn iqlim konfransından sonra Azərbaycanın COP29 sədrliyinin aktiv mərhələsinə qədəm qoyduğunu qeyd edib.
Azərbaycanın COP29 prioritetləri barədə danışan Samir Nuriyev müxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində 14 təşəbbüsdən ibarət ilkin təkliflər siyahısının hazırlandığını bildirib.
Samir Nuriyev qeyd edib ki, artıq BMT ilə razılaşdırmaqla COP29-un tematik günlərinin bölgüsü aparılıb.
Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatları, beyin mərkəzləri ilə də əməkdaşlığa açıq olmasına toxunan Samir Nuriyev vurğulayıb ki, bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər yekunlaşmaqdadır.
Sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, COP29-la bağlı ümumi gedişat, Bonn iqlim konfransının nəticələri, COP29 komandasının xarici səfərləri barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov COP29-a hazırlıq çərçivəsində təşkilati-logistika sahəsində aparılan fəaliyyət, o cümlədən Bakı Olimpiya Stadionunda infrastrukturun qurulması üzrə başlanmış işlər barədə məlumat verib.
Xarici işlər naziri Ceyhun Bayramov ümumi substantiv məsələlər, Bonn iqlim konfransında yeni iqlim maliyyəsi hədəfi üzrə aparılmış danışıqlar, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, təşəbbüslər barədə çıxış edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kommunikasiya məsələləri, o cümlədən xarici media ilə aparılan işlər barədə danışıb.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva COP29 üzrə həyata keçirilmiş fəaliyyət və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın və texniki təhlükəsizlik sahəsində görülən tədbirlər barədə çıxış edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın COP29-a hazırlığı barədə danışıb.
Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva ictimai iaşə xidmətlərinin təşkili və bu istiqamətdə həyata keçirilən nəzarət tədbirləri barədə çıxış edib.
“DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nigar Məmmədova DOST İnklüziv xətti ilə COP29-la bağlı görülən işlər barədə danışıb.
İclasın sonunda COP29 Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.








8-07-2024, 18:27
Ərdoğan Pezeşkianla regionu müzakirə etdi


Ərdoğan Pezeşkianla regionu müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Türkiyə ilə İran arasındakı əlaqələrin yeni dövrdə də hər sahədə inkişaf etməyə davam edəcəyinə inandığını bildirib.
Ərdoğan Pezeşkianı qələbə münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.
8-07-2024, 18:20
Yeni icra başçısı kollektivə təqdim olundu


Yeni icra başçısı kollektivə təqdim olundu

Qusarın yeni icra başçısı kollektivə təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Polad oğlu Məmmədxanov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Sahir Məmmədxanov ona göstərilən etimada görə minnətdarlıq edib.
8-07-2024, 17:59
Polis Bilgəhdə çətənə kolları yetişdirənləri saxladı - VİDEO


Polis Bilgəhdə çətənə kolları yetişdirənləri saxladı - VİDEO

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiya ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
DİN-dən bildirilib ki, nəticədə Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Arşadırmalar davam etdirilir.

8-07-2024, 17:51
Putin Şoyqunun köməkçilərini işdən çıxardı


Putin Şoyqunun köməkçilərini işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun köməkçiləri - Yevgeni Anoşin və Nail Muxitovu işdən azad edib.
Bu barədə rus KİV-ləri məlumat yayıb.
Məlumata görə, Anoşin və Muxitovun tutduqları vəzifələrdən uzaqlaşdırılmasının səbəbi açıqlanmır.
Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifələrini kimin tutacağı hələlik məlum deyil.
8-07-2024, 17:47
Sabir Rüstəmxanlının partiyasından 3 nəfər imzatoplama kampaniyasına başladı


Sabir Rüstəmxanlının partiyasından 3 nəfər imzatoplama kampaniyasına başladı

VI çağırış Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi Dairə Seçki Kommisyası (DSK) tərəfindən təsdiq edilib.
Bu barədə partiyadan bildirilib.
Belə ki, partiyanın Biləsuvar rayon təşkilatının sədri Meharet Agayevin 69 saylı Biləsuvar seçki dairəsindən, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Azər Hüseynovun 9 saylı Binəqədi ikinci seçki dairəsindən, partiyanın Lerik rayon təşkilatının sədr müavini Etibar Yusubovun 80 saylı Lerik-Astara seçki dairəsindən namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Onlar artıq imzatoplama kampaniyasına başlayıb.
8-07-2024, 17:35
Pənah Hüseyn və AXP-çilərin seçki dairəsi məlum oldu


Pənah Hüseyn və AXP-çilərin seçki dairəsi məlum oldu

Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin iclasında Milli Məclisə növbədənkənar seçkilərdə iştirak məsələsi müzakirə olunub.
İdarə Heyəti seçkilərdə iştirak etmək barədə qərar qəbul edib.
Partiyanın seçki qərarganının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib.
Bununla yanaşı, partiya üzvlərinin müəyyən dairələrdən deputatlığa namizədliyinin irəli sürülməsi məsləsinə də baxğılıb.
Qərara alınıb ki, 48 saylı birinci Abşeron seçki dairəsindən Məzahir İsrayılovun, 67 saylı Sabirabad seçki dairəsindən Qiyas Sadıqovun, 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala seçki dairəsindən Mircəlal Həmzəyevin, 99 saylı Bərdə seçki dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam seçki dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədliyi irəli sürülsün.
8-07-2024, 17:27
Saray qəsəbəsinə giriş bağlanır


Saray qəsəbəsinə giriş bağlanır

İyulun 9-da saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq, yolun 19-cu kilometrindən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri yekunlaşanadək qüvvədə olacaq.
Sürücülər alternativ olaraq qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci kilometrindən istifadə edə bilərlər.
8-07-2024, 17:18
Qarabağ Universitetinə mətbuat katibi təyin edildi


Qarabağ Universitetinə mətbuat katibi təyin edildi

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.
Universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva İctimaiyyətlə əlaqələr şöbəsinə müdir vəzifəsinə təsdiqlənib.
Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.
2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.
8-07-2024, 17:10
İctimai Şura polisin müdafiəsinə qalxdı - BƏYANAT


İctimai Şura polisin müdafiəsinə qalxdı - BƏYANAT

Daxili İşlər Nazirliyi yanında İctimai Şura bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu gün Azərbaycan cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində ən uğurlu ölkələrdəndir. İctimai Şura polisin asayişin qorunmasındakı xidmətinə xüsusi diqqət çəkib.
Qeyd edilib ki, Azərbaycan polisi Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərib. Daxili İşlər Nazirliyinin şəxsi heyətindən döyüşlərdə 66 nəfər şəhid olib, 346 hərbi qulluqçu yaralanıb, 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
İctimai Şura bəyan edib ki, bəzi hallarda polisə qarşı haqsız, qərəzli, qeyri-obyektiv münasibətin şahidi oluruq.
“Polsin fəaliyyətinə kölgə salmaq üçün böhtan və şaiyələr yayılır, faktlar, məlumatlar təhrif edilir və bu formada ictimailəşdirilir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura bu cür halları qəti şəkildə pisləyir və qınayır. Eyni zamanda İctimai Şura ictimaiyyəti, medianı, vətəndaş cəmiyyətini, ictimai rəy liderlərini bu cür hallara qarşı barışmaz, sərt movqe tutmağa çağırır.
Bu günlərdə xidməti vəzifələrini yerinə yetirən zaman polis əməkdaşlarının həlak olması bütün cəmiyyətimizi sarsıtdı. Bir daha nümayiş olundu ki, polis əməkdaşları canları bahasına olsa da asayişi qoruyurlar və son ana qədər polis andına sadiq qalıb vəzifələrini yerinə yetirirlər. Bu nümunələr polis əməkdaşlarını qorumaq, onların xidmətini layiqincə qiymətləndirmək barədə əlavə tədbirlərə olan ehtiyacı bir daha diqqətə çatdırdı.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı müqavimət göstərilməsi, zor tətbiq edilməsi, hədə-qorxu gəlinməsi, yalan məlumatlar yayılması hallarına qarşı qanunvericliyin ən sərt formada tətbiqinə çağırır. Bu cür hüquqazidd əməllərə görə qanunverilciyin sərtləşdirilməsini vacib hesab edir və müvafiq dövlət orqanlarını bu istiqamətdə addımlar atmağa çağırır.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin görülməsini vacib sayır və hökuməti bu istiqamətdə atmağa çağırır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!