Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 23-09-2015, 12:26
Politoloq: “Qarabağ münaqişəsi o zaman həllini tapa bilər ki...”


Butov.az Modern.az-a istinadən xəbər verir ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Rusiya və Qərb ölkələri arasındakı qarşıdurmanın həll edilməsi fonunda öz həllini tapa bilər”. Bunu dailykarabakh-a açıqlamasında Berlində fəaliyyət göstərən iranlı politoloq Həsən Şəriətmədari deyib.

Politoloq hesab edir ki, Ermənistanın bu bölgə ilə bağlı tarixi tamahının olması ilə yanaşı, digər tərəfdən Rusiya və Qərb ölkələri, xüsusilə Amerika arasında olan ixtilaflar rəsmi Yerevan üçün dayaq nöqtəsi yaradıb və münaqişənin həlli istiqamətində ciddi müzakirələr aparmaqdan boyun qaçırmasına səbəb olub.

H.Şəriətmədari sonra deyib: “Təəssüflər olsun ki, Ermənistan BMT-nin qətnamələrinə əməl etməyib və qurumun tövsiyə xarakterli və xəbərdarlıq kimi qəbul etdiyi qətnamələrin icra zəruriliyini tanımır. Bu kimi qətnamələr Ermənistanı bu sahədə hansısa addımlar atmağa məcbur etməyəcək”.

Politoloqun sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslər və böhranlar daha çox aktuallıq kəsb etdiyi üçün bütün səylər həmin böhranların həllinə yönəlib və Dağlıq Qarabağ münaqişəsinin həlli Yaxın Şərq böhranlarının fonunda qalıb: “Ümid edirəm ki, Yaxın Şərqdə vəziyyət stabilləşəcək və Dağlıq Qarabağ münaqişəsi siyasi mühitdə öz həqiqi yerini tapacaq”.

İranlı politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində BMT-nin nəzarəti altında iki ölkənin diplomatları, təcrübəli ekspertləri vasitəsilə danışıqlar aparılmalıdır.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!