18-07-2017, 12:43
Butov.az xəbər verir ki, Bakı Ürək Mərkəzində keçirilmiş mətbuat konfransında millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini Rəşad Mahmudov Azərbaycanda ürək transplantasiyasına mane olan səbəbləri açıqlayıb:
18-07-2017, 12:33
Yaxın vaxtlarda girovlarla bağlı müraciətimizə cavab veriləcəyi gözlənilir.
17-07-2017, 18:35
AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin (VQS) təşkili
və Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib.
Təlim MEK-in Elektron kataloqun koordinasiya bölməsinin rəhbəri Günel
Əhədova tərəfindən aparılıb.
17-07-2017, 17:33
E. Hüseynov 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. O, “Monitor” jurnalını təsis edib.
17-07-2017, 17:20
İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağa məcbur edib. Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq qəsd etmək istəyib.
17-07-2017, 17:08
Azərbaycan Prezidenti İlham Əliyev Riqada Latviya Prezidenti Raymonds Veyonislə birgə mətbuata bəyanatla qeyd edib: “Yenidən Latviyada olmağımdan çox məmnunam. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq. Sizin də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.
17-07-2017, 13:14
Şah İsmayıl Səfəvi Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.
17-07-2017, 11:49
Butov.az GünAzTV - yə istinadən xəbər verir ki, İran prezidentinin qardaşı Hüseyn Firudin həbs edilib. Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü axund Qulamhüseyn Möhsüni Ejei iyulun 16-da jurnalistlərlə görüşündə xəbər verib.
17-07-2017, 11:33
“Məgər bu sirrdi ki, Azərbaycan bizdən varlıdır və silahlanmaya daha çox vəsait sərf edir? Sirr deyil. Və əgər kimisə iki və ya beş ildən sonra Ermənistanı Azərbaycandan daha çox varlı edəcəyini desə, onda bu insanı siyasətdən kənara qovmaq lazımdır. Çünki bu şarlatanlıqdır, yalandır”, - deyə Sarkisyan bəyan edib.
17-07-2017, 11:25
Butov.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 133 dəfə pozub.