Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
30-09-2021, 16:50
İlham Əliyevdən gənclərin xaricdə təhsili ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinin qarşısında tapşırıq qoyulub.

Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Qeyd edək ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmişdir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır.

Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaratmışdır. Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə vermişdir.

Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır.

Bütov.az
30-09-2021, 16:21
İlham Əliyev komissiyanın tərkibində dəyişiklik etdi

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilib.

Bütov.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın həmsədri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf təyin olunub.

Bundan başqa, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də komissiyanın tərkibinə daxil edilib.

30-09-2021, 13:23
Avropada qazın qiyməti yenə rekord vurdu

Avropada qazın qiyməti növbəti dəfə tarixi rekordunu yeniləyib. Belə ki, 1000 kubmetr qazın qiyməti 1100 dolları keçib.

Bunu ICE birjasının məlumatları sübut edir.

Niderlandda TTF mərkəzində noyabr fyuçerslərində 1000 kubmetr qazın qiyməti 1101,6 dollara çatıb.
Günün əvvəlindən etibarən qazın ümumi artım qiyməti təxminən 5 % təşkil edib.

Bundan əvvəl Avropada 1000 kubmetr qazın qiyməti tarixdə ilk dəfə olaraq 1090 dolları keçib.

Mənbə: TASS

Bütov.az
30-09-2021, 13:09
Səyyad Əlizadənin vəziyyəti necədir?

Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti stabil olaraq qalır.

Bu barədə Bütov.az-a qohumu Razim Qarayev məlumat verib. Onun sözlərinə görə, müğənni hələ də EKMO cihazına qoşuludur.

"Həkimlərlə daimi əlaqə saxlayırıq. Onlar bildirirlər ki, müğənninin səhhətində heç bir dəyişiklik yoxdur. Temperaturu bəzən olur, bəzən də olmur".

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalında müalicə alır.
30-09-2021, 13:00
Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub - VİDEO

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilib.

Bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada qalib gələrək 2,5:1,5 hesablı qələbə qazanıb.

Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5.

Qeyd edək ki, sentyabrın 30-da oynanılacaq VI turda Teymur Rəcəbov Vesli So, Şəhriyar Məmmədyarov isə Hikaru Nakamura ilə qarşılaşacaq.



Bütov.az
30-09-2021, 12:53
Bakıda arvadını öldürən polislə bağlı DETALLAR - FOTO

Səhər saatlarında Bakıda həyat yoldaşını qətlə yetirən polislə bağlı bəzi detallar məlum olub

Qətlə yetirilən Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova Bütov.az-a bildirib ki, İsmayıl Məmmədov qısqanc biri olub:

“Biz heç vaxt onların ailəsinə qarışmadıq. Mən Bakıda yaşasam da, bacım qızı evlənəndən sonra heç vaxt bizə gəlməyib. Mənə telefon nömrəsini də verməyiblər. İ.Məmmədov onu heç vaxt evdən buraxmırdı”.


N.Məmmədova qeyd edib ki, bacısı qızı Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib:

“Onlar ikinci kursdan tanış oldular, nişanlandılar. İki uşaqları var. Biri qız, biri oğlan. Böyük uşaqları bu il birinci sinfə getdi”.

Xalanın sözlərinə görə bacısı hadisədən xəbərsizdir:

“Yoldadır, gəlir, elə bilir yaralıdı”.

Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.

30-09-2021, 12:45
2118-ci ildən foto paylaşaraq, gündəm yaratdı - VİDEO

Aleksandr Smith adlı şəxsin "TikTok"da paylaşdığı video ilə dünya mətbuatında gündəmə çevrilib

Bütov.az xəbər verir ki, o, CIA missiyası çərçivəsində 2118-ci ilə getdiyini və bu ildən bir foto çəkdiyini dilə gətirib. Aleksandr fotoda danışanda 2118-ci ildə yadplanetlilərin və dünyanın qlobal istiləşmənin təsiri altında olduğunu söyləyib.

Aleksandr bununla yanaşı, o bu fotonu 1981-ci ildə CIA tərəfindən gizli bir missiya ilə gələcəyə göndərilib. Smith illərdir özündə saxladığı fotonu ötən günlərdə ortaya çıxarıb. Bununla da o, mediada ən çox izlənilən şəxslərdən biri olub.

30-09-2021, 12:42
Milli Məclisdə təklif: “Zəngəzur günü” təsis edilsin

Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə 7 iyul tarixi ilə bağlı təklif verib.

Bütov.az-ın məlumatına əsasən, A.Mirzəzadə qeyd edib ki, Azərbaycanda 7 iyul “Zəngəzur günü” kimi elan olunsun.
“1923-cü ilin iyulun 7-də Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 2021-ci ilin iyulun 7-də isə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu, tarixi ədalətin bərpası idi”, - deyə A.Mirzəzadə əlavə edib.
30-09-2021, 12:36
Taliban hərbçiləri üçün təlim mərkəzi AÇDI

Əfqanıstanda hakimiyyətə gələn "Taliban" hərəkatı öz şəxsi heyətinin hazırlanması üçün təlim mərkəzi açıb

Bütov.az xəbər verir ki, bu barədə Əfqanıstan İslam Əmirliyinin (taliblərin istifadə etdiyi dövlətin adı) informasiya portalı məlumat yayıb.
Onun sözlərinə görə, ölkənin cənubunda yerləşən Zabul əyalətində hərbi təlim mərkəzində kursantların ilk işə qəbuluna 400 Taliban tərəfdarı daxil edilib.
30-09-2021, 12:30
Gündə yarım nar yeməyin 5 FAYDASI

Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini içmək insult və infarkt riskini azaldır.

Bütov.az medicina.az-a istinadən xəbər verir ki, rusiyalı diyetoloqlar narın qanda xolesterini azaltdığını bildirib.
Bu meyvə demensiya, qocalıq ağıl kəmliyi, kişilərdə prostat, qadınlarda süd vəzi xərçənginə qarşı da təsir edir.
Nar ən güclü antioksidantdır və hər gün yeyilərsə cəmi 3 ay ərzində bütün orqanizmə effektini göstərəcək.

O, sərbəst radikalları orqanizmdən kənarlaşdırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!