Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
16-12-2021, 18:28
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 303 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 126, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 842 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 990 538, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 131 789, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 630 793, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 227 956 təşkil edir.

Bütöv.az
16-12-2021, 18:26
“Qəbələ”nin yeni baş menecerinin adı bilindi

“Qəbələ” klubunun yeni baş menecerinin kimliyi bilinib.

Bu barədə Bütöv.az-a “Qəbələ”nin prezidenti Fariz Nəcəfov bildirib.

Onun sözlərinə görə, “Qəbələ” İdman Klubunun Futbol Akademiyasında rəhbər postunu tutan Nail Kərimov həm də baş menecer funksiyasını icra edəcək:

“Klubun baş meneceri Zaur Əzizov qış fasiləsindən sonra “Neftçi”də fəaliyyətini davam etdirəcək. İnanıram ki, bizdə olduğu kimi, orada da işləri uğurlu olar.

Onun yerinə isə klub Akademiyasının direktoru Nail Kərimovu təyin edəcəyik. O, klubun baş meneceri kimi həm əsas komandanın, həm də Akademiyanın fəaliyyətinə nəzarət edəcək”.

Qeyd edək ki, karyerasına idman jurnalisti kimi başlamış Nail Kərimov uzun illərdir ki, “Qəbələ”də çalışır. O əvvəl klubun mətbuat katibi, daha sonra Akademiyanın direktor müavini və sonda Akademiyanın rəhbəri postunda çalışıb.
16-12-2021, 18:16
Ermənilər həbs olunan merə görə mitinq keçirdi - VİDEO

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorun bir qrup sakini yerli seçkilərdə qalib gələn, lakin bir neçə gün sonra həbs olunan mer Mamikon Aslanyana dəstək ifadə etmək üçün mitinq keçirib.

Bütöv.az xəbər verir ki, onların əllərində “Mamikon Aslanyana azadlıq” yazılmış böyük pankartlar olub.

"Xalq səslərini müdafiə etmək üçün ayağa qalxıb. Dekabrın 5-də keçirilən seçkilərdə "Mamikon Aslanyan" Bloku aşkar fərqlə qalib gəlib, lakin hakimiyyət bunu qəbul edə bilmir. Bizim bir tələbimiz var: Mamikon Aslanyanı dərhal azad edin", - deyə etirazçılardan biri bildirib.

16-12-2021, 18:11
Ərdoğana qarşı sui-qəsd planının ŞOK TƏFƏRRÜATLARI - VİDEO

Türkiyənin Siirt vilayətində prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd təşkil etməyi planlaşdıran PKK terrorçularının bombanı Suriyadan aldıqları məlum olub.

Bütöv.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bomba Ərdoğanın Siirtdə təşkil etdiyi mitinqi zamanı partladılmalı idi. Hadisəni planlaşdıran terrorçulardan birininin 2015-2016-cı illərdə Nusaybin rayonundakı xəndək hadisələrində məhv edilən PKK terrorçunun qardaşı Şeyhmus Fırat İlhan olduğu müəyyən edilib. Şeymus terror təlimatının ona Suriyadan gəldiyini etiraf edib və qardaşının qisasını almaq məqsədi ilə bunu qəbul edib. Suriyadan göndərilən partlayıcı gecə saatlarında polis məmurunun maşınının altına qoyulub. Lakin, bomba təhlükəsizlik qüvvələri tərəfindən aşkar ediləndən sonra terrorçular, partlayıcını uzaqdan işə salan cihazı dərəyə atıblar.
Qeyd edək ki, dekabrın 4-də Rəcəb Tayyib Ərdoğanın Siirtdəki mitinqinə təyin olunmuş polis məmurunun avtomobilinin altına qoyulmuş partlayıcı qurğu son anda tapılıb.

16-12-2021, 15:44
Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı FƏRMAN İMZALADI

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, fərmanda deyilir:
“1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin (bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Nazirlik:

3.1. bu Fərmanın 1-ci hissəsində qeyd edilən mənzillərin satışını bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təşkil etsin;

3.2. mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görsün:

3.2.1. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər;

3.2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər;

3.2.3. bu Fərmanın 3.2.2-ci yarımbəndində nəzərdə tutulan, 2020-ci və 2021-ci illər ərzində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan mənzillərin satışına aşağıdakı hallarda yol verilir:

4.1. həmin mənzillərin sayı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu Fərmanın 3.2.1 – 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin, eləcə də bu Fərman qüvvəyə mindiyi günədək yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sayından artıq olduqda;

4.2. həmin mənzillərin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla bu Fərmanın 3.2.1 – 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə verilməsi mümkün olmadıqda.

5. Yerli icra hakimiyyəti orqanları bu Fərmanın 3.2.3-cü yarımbəndində göstərilən şəxslər barədə məlumatları Nazirliyə təqdim etsinlər.

6. Bu Fərmanın 1-ci hissəsi və 3.1-ci bəndi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan qayda ilə eyni gündə qüvvəyə minir”.

Bütöv.az
16-12-2021, 15:40
Müşahidəçi statusu Bakı üçün faydalı olardı - Overçuk

Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu Azərbaycan üçün faydalı olardı.

Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk “İnteqrasiya edilmiş proseslər kontekstində Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu status müşahidəçi ölkəyə baş verənlərdən daha çox xəbərdar olmaq imkanı verir:

“Azərbaycan əhalisinin təxminən 30-40%-i Aİİ barədə məlumatlı deyil. Təbii ki, maarifləndirmə işləri aparılmalıdır və bu işin forması müşahidəçi statusudur. Bu status çərçivəsində müşahidəçi ölkə işçi orqanlarının fəaliyyətində iştirak edə, bütün sənədləri ala, təşkilatın daxildən necə işlədiyini görə bilər”.

Qeyd edək ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyində Azərbaycana müşahidəçi statusu vermək təklifini irəli sürmüşdü.

Bütöv.az
16-12-2021, 13:33
ANAMA: “Horadiz-Ağbənd avtomobil yolunda partlayıcı qurğulardan təmizləmə işləri davam edir”

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Horadiz-Ağbənd avtomobil yolunun Cəbrayıl rayonu ərazisindən keçən hissəsində partlayıcı qurğulardan təmizləməsi işləri davam edir. Qeyd olunan avtomobil yolu Zəngəzur dəhlizi adlanan layihənin bir hissəsidir.

Bütöv.az-ın məlumatına görə, avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bildirək ki, ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır.

Horadiz-Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına agentlik cari ilin 31 avqust tarixində başlayıb.

Sifarişə əsasən avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun altı kilometri, və ya 190 hektar ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.

Qeyd olunan ərazi üzrə ANAMA tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Müdafiə Nazirliyi tərəfindən qeyd olunmuş layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 hektar ərazi təmizlənib.
16-12-2021, 13:10
Gənc nazir Beyləqan təhsilinə NİYƏ ƏL GƏZDİRMİR?

Azərbaycan təhsilində “balaca padşahların”- məktəb direktorlarının özbaşınalıqları, qanunsuz əməlləri barəsində kifayət qədər məlumatlar var. Özünü məktəb direktorundan çox keçmiş kolxoz sədrləri kimi aparan bir para “təhsil xadimləri” sözün əsl mənasında Azərbaycan təhsilinə od qoyurlar, anasını ağladırlar. Çox maraqlıdır ki, Təhsil nazirliyinin və digər əlaqədar qurumların yetkililəri isə baş verənlərə göz yumur, bir növ olanlara rəvac verirlər.

Bütöv.az xəbər verir ki, rubrika.az saytına Beyləqan şəhər 6 saylı tam orta məktəbdə baş verənlərlə bağlı olduqca ilginc məlumatlar daxil olub. Hər halda deyilənlər istənilən təhsil ocağı ilə bağlı çox ciddi arqumentlərdir və bu barədə indiyə qədər lazımi tədbirlər görülməyibsə deməli ortada nə isə bir müəmma var. Məlumata görə Beyləqan şəhər 6 saylı tam orta məktəbi direktor Hüseyn Abasquliyevin sanki özəl müəssisəsidir. Çünki məktəbi təkcə o yox, həm də həyat yoldaşı idarə edir. Məktəbdə işləyən 25 nəfər müəllimin 15-nin dərs saatları şişirdilib və əlavə saatlar direktor tərəfindən mənimsənilir. Həmçinin məktəbdə bir xeyli “ölü ştatlar” da saxlanılır ki, onların adına yazılan əmək haqqları bilavasitə direktor tərəfindən mənimsənilir. Sadəcə bir faktı demək kifayətdir ki, məktəbdə adı işdə gedən xadimələrin çoxunu heç kim tanımır. Hüseyn Abasquliyev 3 xadimənin adına yazdığı əmək haqqlarını hər ay cibinə qoyur.
Direktorun digər bir qazanc mənbəyini adam heç dilinə dolamaq istəmir. H.Abasquliyev ayda bir-iki dəfə H.Əliyevə və İlham Əliyevə həsr olunmuş kitabları müəllim və şagirdlərə satdırmaqla bir xeyli qazanc əldə edir. Məktəblər adətən ildə bir dəfə təmir olunmasına baxmayaraq H.Abasquliyev şagirdlərdən demək olar ki, hər ay təmir adə altında pul toplatdırır.
Məktəbdə təkcə adı olub özü olmayan işçilər deyil. Belə şagirdlərin də sayı bir xeylidir. Yuxarı siniflərdə adə gedib özü dərsə gəlməyən belə şagirdlər də direktorun əlavə qazanc mənbəyidir.
Verilən məlumata görə məktəb daxili işləri H.Abasquliyev idarə etsə də həyat yoldaşı bir növ xarici işlərlə məşğul olur. Deyilənə görə Beyləqan rayon Təhsil Şöbəsinin müdiri ilə söhbətlərə də o gedir.
Biz aldığımız məlumatları dilə gətirdik. Düşünürük ki, əlaqədar qurumlar da bundan sonra hərəkətə keçərlər.
P.S. Aldımız məlumatlara görə Təhsil nazirliyi tərəfindən Beyləqan rayonunda aparılan yoxlamalar nəticəsində sadaladığımız faktların böyük qismi öz təsdiqini tapıb. Hətta H. Abasquliyevin müxtəlif vasitələrlə özünü xilas etməyə çalışdığı da bildirilir. Amma nazirliyin hələ ki, qəti tədbir görmədiyi çox maraqlıdır. Bəlkə bizə məlum olmayan başqa səbəblər var?
16-12-2021, 12:40
Zakir Həsənov azad olunan ərazilərdəki hərbi obyektlərin açılışında - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.


Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunmuş ərazilərdə yeni inşa edilmiş hərbi infrastruktur obyektləri ilə tanış olub.
Müdafiə nazirinə məruzə olunub ki, modul tipli yerləşmə məntəqəsi hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Kompleks mərkəzləşdirilmiş istilik sistemi, işıq və su ilə təchiz edilib.
Nazir azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonra Müdafiə naziri hərbi hissələrin birində yeni tikilmiş qarovul şəhərciyinin açılış mərasimində iştirak edib. Bildirilib ki, qısa müddət ərzində müasir standartlara uyğun inşa edilən qarovul evində xidmətin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb. Binada mərkəzləşdirilmiş istilik sistemi, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb. Qarovul şəhərciyinin ərazisində abadlıq və quruculuq işləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.
Sonda Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.













Bütöv.az
16-12-2021, 11:47
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,44 ABŞ dolları, yaxud 0,58 % azalıb.

Bütöv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,05 ABŞ dolları təşkil edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!