Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
23-12-2021, 16:20
Nursultan Nazarbayev Azərbaycan Prezidentini təbrik etdi

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz dövlət başçısı kimi atanız – mənim dostum Heydər Əliyevin başlatdığı işi davam etdirərək xalqın rifahının yüksəldilməsində, ölkənin iqtisadiyyatının inkişafında və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük nailiyyətlər əldə etmisiniz.

Ölkənizin ərazi bütövlüyünün bərpası xüsusi sevinc doğurmuşdur. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında Sizin səyləriniz regionda təhlükəsizliyə və sabitliyə töhfə verir.

Azərbaycanın parlaq gələcəyi, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq məqsəd və planların uğurla reallaşdırılması üçün məsul işinizdə Sizə uğurlar arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə dinamik şəkildə yüksələcək və inkişaf edəcəkdir.

Sizinlə görüşlərimizi həmişə səmimiyyətlə xatırlayıram, münasibətlərimizin gələcəkdə də davam edəcəyinə ümidvaram.

Hörmətli İlham Heydər oğlu, yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”.

Bütöv.az
23-12-2021, 11:33
Zərdab Rayon Mərkəzi Xəstəxanasında Maşın Təmiri Maxinasiyası

“Zərdab Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin elan etdiyi kotirovka müsabiqələrinin qalibləri məlum olub.

Müsabiqələrin qalibləri “Gülay 2012” MMC və “Hikmət-2000” MMC olub. 12.10.2021-ci il tarixdə start götürən hər iki lot üzrə müsabiqə 6 gün sonra-18.10.2021-ci ildə yekunlaşıb.

“Gülay 2012” MMC “Zərdab Mərkəzi Rayon Xəstəxanası”nın sifarişi əsasında nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və qarşılığında 14774 manat alacaq.
“Hikmət-2000” MMC isə “Zərdab Mərkəzi Rayon Xəstəxanası”nın sifarişi əsasında nəqliyyat vasitələrinin əsaslı təmirini həyata keçirəcək və qarşılığında 15790 manat alacaq.
Məlumat üçün bildirək ki, kotirovka müsabiqəsinin qalibi olan şirkətlərin təkcə adlarında bənzərlik yoxdur. Araşdırmalarımızla məlum oldu ki, bu şirkətlərin hər ikisinin hüquqi ünvanı Ağcabədi rayonunun Aşağı Avşar kəndi olaraq göstərilir. Nizamnamə kapitalları 10 manat olan MMC-lərdən birinin (“Gülay 2012”) qanuni təmsilçisi Məmmədov Həbib Müslüm oğlu, digərinin (“Hikmət-2000”) qanuni təmsilçisi isə Mamedov Rafil Müslüm oğludur.
Qeyd edək ki, “Hikmət-2000” MMC bugünə kimi yalnız “Zərdab Mərkəzi Rayon Xəstəxanası” tərəfindən keçirilən müsabiqənin qalib olmayıb və fərqli xidmətlər (avtomobil təmiri, dam örtüyünün sökülməsi, radiatorun sökülməsi) göstərib.

Bu arada diqqəti çəkən “Zərdab Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin nəqliyyat vasitələrinin təmirinin iki mərhələdə- cari və əsaslı olaraq icra olunmasıdır(?) Nəqliyyat vasitələrinin cari təmiri nə, əsaslı təmiri nədir? Amma, cavablandırılası suallar bununla bitmir. Biz Yenixeber.org olaraq bu mövzu ilə bağlı “Zərdab Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru cənab Ruslan Nemətova bu ayın 19-da online sorğu ünvanlamışıq. Təəssüf ki, hələ də cavab yoxdur.

Kotirovka müsabiqələrinin qalibləri olan “Gülay 2012” MMC və “Hikmət-2000” MMC-lərin isə heç bir əlaqə vasitəsini əldə edə bilmədik (?)

***

“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri isə cənab prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən söyləyib. Mövzu ilə bağlı geniş yazımız olacaq (yenixeber.org)

Bütöv.az
23-12-2021, 11:29
Çin lideri İlham Əliyevi təbrik etdi

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm”.

Bütöv.az
23-12-2021, 11:27
“Biz nə etdiyimizi bilirik”

“Qazanan təkcə bankda pulu olan və ya ixrac edənlər yox, 84 milyonluq ölkəmizin hər bir fərdidir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə bildirib.

Ərdoğan iqtisadiyyatda həyata keçirilən yeni proqramla bağlı açıqlamalar verib. Qeyd edib ki, azad bazar iqtisadiyyatı qaydaları çərçivəsində valyuta məzənnəsini Türkiyənin reallıqlarına uyğun olaraq proqnozlaşdırıla bilən və dayanıqlı səviyyəyə çatdırmaq üçün elan edilən proqram öz effektini göstərib.

“Millətimiz bu proqramdakı tədbirləri və qətiyyətli mövqeyimizi yüksək qiymətləndirdi və qəbul etdi. Bazarlar buna uyğun olaraq müvafiq addımlar atıb. Xəzinə və Maliyyə Nazirliyimiz və əlaqədar qurumlar paketdəki məsələlərin təfərrüatını ictimaiyyət və tərəflərlə paylaşmağa başlayıb.

Məzənnənin sabitləşməsi təkcə bankda pulu olan vətəndaşlarımızı deyil, istehsaldan tutmuş inflyasiyaya kimi iqtisadiyyatın bütün sahələri ilə əlaqəli müsbət haldır. Eyni şəkildə, ixracatçının gələcəyi görə bilməsinin təmin edilməsi bütün iqtisadiyyata müsbət təsir göstərəcək.

Hər kəsi sərmayəyə, məşğulluğa, istehsala və ixraca dəvət edir və ölkəmizi cari profisitlə böyütmək əzmində olduğumuzu bir daha bildiririk. İcazə verin vurğulayım: Biz nə etdiyimizi bilirik. Biz bunu niyə etdiyimizi bilirik. Biz bunu necə edəcəyimizi bilirik. Hara getdiyimizi bilirik. Biz hara çatacağımızı bilirik.

Məqsədimiz elə bir yerdir ki, biz və gələcək nəsillər onların həyatında müsbət, köhnə dəyişikliklərin şahidi olacağıq”.

Bütöv.az
23-12-2021, 11:24
İlham Əliyev Bosniya və herseqovinalı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçi qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Bütöv.az
23-12-2021, 11:13
Leyla Əliyeva sərgidə iştirak edib - FOTO

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun “Minnətdarlıq” (“Gratitude”) adlı fərdi sərgisi açılıb.

Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, pandemiya dövründə uzun müddətdir ehtiyac duyulan belə bir sərginin məhz Mərkəzdə keçirilməsi çox əhəmiyyətlidir. Bir neçə gündür Bakıda olan Nina Pandolfo ekspozisiyanın qurulmasında şəxsən iştirak edib. Həmçinin sərginin ərsəyə gəlməsində Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzanın, Jan David Malat qalereyasının direktoru Jan David Malatanın böyük əməyi var.

A.Ələkbərov bütün bu əlaqələrdə, eləcə də belə tədbirlərin təşkilində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb və ona təşəkkürünü bildirib.
Sərginin konsepsiyası haqqında məlumat verən braziliyalı rəssam Nina Pandolfo öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.

Rəssam qeyd edib ki, “Minnətdarlıq” sərgisi hər kəsin minnətdar olmasını ehtiva edən bir sərgidir, daha doğrusu həyat tərzi anlamındadır.

“Minnətdarlıq bizi daha yüksək səviyyəyə ucaldan ülvi bir hissdir. O, bizə çətin anların keçib-getdiyini, tezliklə gözəl bir şəfəqin gələcəyini öyrədir. Bizə paylaşmağı, birləşməyi, başqalarını duymağı öyrədir. Ürəyimizin sıxıldığını hiss etdiyimiz zaman gözlərimizə təbəssüm gətirən bir hissdir. Bizi digər insanlarla və həyatla unikal və sıx şəkildə əlaqələndirir. Ümidvaram ki, bütün ziyarətçilər mənim üçün heç bir etnik mənsubiyyəti yox, daha çox qadın olmaq vəziyyətini təmsil edən personajların təsirini hiss edə bilərlər, gücün kövrəklikdə olduğunu hiss edə bilərlər. Çünki qadın zəif deyil, kövrəkdir. Zəiflik gücün olmamasıdır. Kövrəklik isə həssaslıqdır. İşləmək, başqalarına dəstək olmaq, onlara qayğı göstərmək, bir sözlə biz qadınların etdiyi hər şeyi etmək üçün bizə güc verən elə qadının həssaslığıdır”, - deyə rəssam çıxışında bildirib.
Sərginin açılış mərasimində çıxış edən Braziliya səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu möhtəşəm təşəbbüsə görə, Fondun vitse-prezidenti Leyla Əliyevaya Nina Pandolfonu Azərbaycana dəvət etdiyi üçün təşəkkürünü bildirib.
Daha sonra sərgi ilə tanışlıq olub.

Sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımından müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdirilir. Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola bilər.

Müəllif hesab edir ki, minnətdarlıq hissi daim ətrafa aşılanmalı və təşviq edilməlidir. Vəziyyətdən asılı olmayaraq, hər zaman minnətdar olmaq üçün səbəb tapmaq mümkündür. Nina Pandolfo onda ən güclü minnətdarlıq hissinin məhz yaradıcılıq zamanı yarandığını söyləyir.
Sərgiyə çıxarılan əsərlərdəki qadın obrazları fərqli mədəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediliblər. Bununla da müəllif bizi əhatə edən multikultural dünyanın seyr edilməsinin və buna minnətdarlıqla yanaşılmasının vacibliyini vurğulayır.

Braziliyalı rəssam Nina Pandolfo əsərləri ilə bağlı təəssüratlarını jurnalistlərlə də bölüşüb. O deyib: “Mənim sərgimin əsası təkcə minnətdarlıq deyil, eyni zamanda, minnətdar olmaqdır. Mən cəmiyyətə bu mesajı ötürmək istəyirəm. Sərgi çərçivəsində yaratdığım qaranlıq otağın öz mənası var. Demək istəyirəm ki, biz minnətdar olsaq, qaranlıqda olan, kölgədə olan şeyləri biz işıq üzünə çıxaracağıq. O otağa keçən hər bir kəs öz işığını orada görəcək”.

Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza isə müsahibəsində vurğulayıb ki, pandemiyadan sonra bu sərginin təşkili yeni həyatın başlanğıcıdır, yəni öncədən gələn bir yazdır, canlı aləmin oyanışıdır. “Çox xoşbəxtəm ki, bu duyğuları Braziliya rəssamı gətirdi. Azərbaycan odlar diyarı olduğu kimi, biz də buraya hisslərimizlə bir od gətirdik. Bu sərgi dünyəvi xarakter daşısa da, burada Braziliyanın nüansları var. Sərgidə nümayiş olunan əsərlər müxtəlif irqlərin nümayəndələridir - Braziliyada olduğu kimi”.

Heydər Əliyev Mərkəzindəki “Minnətdarlıq” sərgisi 2022-ci il iyunun 19-dək davam edəcək.
Nina Pandolfo 1977-ci ildə Braziliyada anadan olub. Karlos de Kampos adına Dövlət Texniki Məktəbdə vizual kommunikasiya üzrə təhsil alan Nina Pandolfo incəsənətin yeni üsulu ilə San-Paulu küçələrini bəzəməyə başlayır, qısa zamanda 90-cı illərin Braziliya qraffiti səhnəsinin ayrılmaz nümayəndəsinə çevrilir, qraffiti sənətinin muzey və qalereyalara yol tapmasında əvəzsiz rol oynayır.

Pandolfo təkcə Braziliyada yox, dünyanın bir çox yerlərində, o cümlədən Avropanın bir sıra ölkələrinin və Amerika Birləşmiş Ştatlarının müxtəlif sənət qalereyalarında keçirilən sərgilərdə iştirak edib.

2007-ci ildə Pandolfo Şotlandiyanın 800 il yaşı olan tarixi Kelburn qəsrinin fasad və qülləsini boyamaq üçün Braziliyanın tanınmış küçə rəssamları ilə əməkdaşlıq edir. Bu təşəbbüs o qədər uğurlu olur ki, layihə 2011-ci ilin “Top-10 küçə sənəti nümunələri” siyahısına daxil edilir.









Bütöv.az
23-12-2021, 11:08
ABŞ Əfqanıstana qarşı sanksiyaları yüngülləşdirdi

ABŞ Maliyyə Nazirliyi Əfqanıstan sakinlərinə humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün üç yeni ümumi lisenziya təqdim edib.

Bütöv.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

"ABŞ Əfqanıstana ən böyük humanitar yardım göstərən ölkədir. Biz Əfqanıstan xalqını dəstəkləməyə sadiqik, ona görə də Xəzinədarlıq yardımı asanlaşdırmaq üçün əlavə addımları atır", - məlumatda deyilir.

Bu lisenziyalardan ikisi ABŞ-ın və BMT kimi bir sıra beynəlxalq təşkilatların rəsmilərinə "Taliban"ın iştirakı ilə əməliyyatlar aparmağa icazə verir. Əməliyyatlar Vaşinqtonun və ya müvafiq beynəlxalq strukturların rəsmi fəaliyyəti çərçivəsində həyata keçirilir. Üçüncü lisenziya Əfqanıstanda humanitar layihələrdə iştirak edən qeyri-hökumət təşkilatlarının sanksiyalardan azad edilməsini nəzərdə tutur.

Lisenziyalara vergilərin, rüsumların, gömrük rüsumlarının ödənilməsi, icazələrin alınması və ya əldə edilməsi, kommunal xidmətlərin ödənilməsi daxildir.
23-12-2021, 11:06
Pakistan nüvə yükü daşıya bilən qanadlı raketi uğurla sınaqdan keçirdi

Pakistan Silahlı Qüvvələri “Babur-1B” qanadlı raketi sınaqdan keçirib.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin bəyanatında qeyd edilir:

“Pakistan 900 km mənzilli “Babur-1B” qanadlı raketin uğurlu sınaq buraxılışını həyata keçirib”.

Bildirilir ki, bu raketin əvvəlki variantı 450 km məsafəni qət edib. Hərbçilər bildiriblər ki, “Babur-1B” qanadlı raketi quruda və suda olan hədəfləri yüksək dəqiqliklə vura bilir.

Raket yerüstü mobil buraxılış qurğusundan buraxılıb.

Pakistan prezidenti Arif Alvi və baş nazir İmran Xan raketin uğurla buraxılması münasibətilə hərbçilərə təbrik ünvanlayıb.

“Babur-1B” raketinin nüvə və adi döyüş başlıqlarını daşıya biləcəyi vurğulanır.

Mənbə: Mk.ru

Bütöv.az
23-12-2021, 10:59
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Sabah, saat 12:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirəcək.

Qurumdan Axar.az-a verilən məlumata görə, baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ağstafa rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Bütöv.az
23-12-2021, 10:54
Baş nazir: "Mina xəritələrinin dəqiqlik göstəricisi 25 faiz həddindədir"

"Təəssüf ki, Ermənistanın uzun müddət mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin isə dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir".

Bütöv.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib:.
"Bununla belə cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həmin iqtisadi rayonlarda iri infrastruktur layihələrinin icrası davam etdirilir, ilk növbədə, yol-nəqliyyət, enerji, su təchizatı şəbəkələri qurulur, ekoloji terrorun nəticələri aradan qaldırılır, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür. Belə ki, bu ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb, gələn ilin büdcəsində də həmin həcmdə vəsait nəzərdə tutulub", - Baş nazir əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!