Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
14-01-2022, 20:33
Hüquq elmləri doktoru, professor İlham Məmmədhəsən oğlu Rəhimov zəngin dəyərlərə malik, öz geniş elmi fəaliyyəti, dərin zəkası, hüquq elmi sahəsində fundamental əsərləri ilə təkcə doğulduğu vətənində, Azərbaycanda deyil, Rusiya, eləcə də inkişaf etmiş beynəlxalq ölkələrdə böyük şöhrət qazanmışdır.
DÜNYA ŞÖHRƏTLİ ALİM

Uca yaradan müqəddəs kitabında, “Qurani-Kərim”də “Ələq” surəsində yazır: “Sizə qələmlə tutmağı öyrətdim”. Bu müqəddəs kəlamı özü üçün devizə çevirən professor İlham Rəhimov bütün elmi çıxışlarında deyir: “Elm mənim üçün ən üstün, dəyərli, qiymətli nemətdir. Onun işığında çox zülmətləri yarıb, hüquqi elmi əsərlər yazmışam”.
Professor İlham Rəhimovun on bir elmi əsərlərdən ibarət kitabları: “Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi”, “Cinayətkarlıq və kibernetika”, “Zorakı və tamah xarakterli cinayətlərin krimonoloji analizi”, “Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri”, “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında”, “Ölməz ölüm cəzası”, “Müasir mərhələdə Rusiyada və dünyada terrorizm”, “Qlobal transformasiyalar dövründə müasir dövlətçilik”, “Din və cəza”.
Bu kitablar elmi dərslik kimi ali məktəblərdə, hüquq fakültələrində tələbələrə öyrədilir. Eyni zamanda hüquq sahəsində çalışan hüquqşünaslar, elm adamları da bu kitablardan istifadə edirlər.
1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiya müdafiə etmişdir.
Bununla da o, postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru adını almış, 1966-cı ildən isə professor elmi adına layiq görülmüşdür.
Kitabları Azərbaycan, rus, ingilis, alman, italyan, çin, bolqar, ivrit və türk dillərinə tərcümə olunaraq dünya elmi məbədlərində yüksək qarşılanmışdır.
Elm fədaisi, elmdə qazandığı böyük nailiyyətlərlə yanaşı, 2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunmuşdur. O, birinci azərbaycanlıdır ki, bu ordenə layiq görülmüşdür.
Eyni zamanda, tanınmış alim müxtəlif illərdə Fransa dövlətinin, Nyu-Yorkda yerləşən Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı adını, Bolqarıstan Elmlər Akademiyasının “Doktor Honoris Kauza” ali mükafatını və digər ölkələrin mükafatları ilə təltif olunmuşdur.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar hüquqşünas” fəxri adına layiq görülmüşdür.
Professor İlham Rəhimovun ömür dünyasının ikinci hissəsini isə onun xeyirxahlığı, xeyriyyəçiliyi təşkil edir. Xeyriyyəçilik fəaliyyətində əsas yerlərdən birini istər doğma vətənində, istərsə də onun hüdudlarından kənarda təhsil alan imkansız tələbələrə təqaüd verməsi təşkil edir. Bunlar yüzlərlədir. Həmyerlisi Hacı Zeynalabdin Tağıyevin ənənələrini davam etdirən professor İlham Rəhimov 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində də öz mənəvi və maddi dəstəyini əsirgəməyib. Hal-hazırda isə yüzlərlə qazi, şəhid və kasıb ailələrinin maddi tələbatını ödəyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Rəhimovu “Şöhrət ordeni” ilə təltif etmişdir.
Uca Allah belə buyurur: “Kim mənim bir yetimimi sevindirərsə, ac qarnını doyuzdurarsa, mən də onun mükafatını verərəm”.
Bəli, xeyirxah insan, uca Allahın mərhəmət və rəhmətini öz əməlində, canında, qanında yaşadan professor İlham Rəhimovun yaşadığı ömrün, hələ qarşıda neçə-neçə yaşayacaq şərəfli ömür tarixi var. Sevinən hər yetimin, miskinin, yoxsulun uca yaradan qarşısında əllərini açıb ona etdiyi dualar onun ömrünə zənginlik, rahatlıq gətirəcək. Bu gün bu əziz günündə çox hörmətli alimimizi, xeyriyyəçimizi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Sizə böyük hörmətlə:

Dəyanət Səlimxanlı,

şair, tədqiqatçı, jurnalist
14-01-2022, 19:44
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 613 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 939, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 972 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 621 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 195 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 709 352, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 716 041 təşkil edir.

Bütöv.az
14-01-2022, 19:35
Bakıda narkokuryerliklə məşğul olan “bloqer” saxlanılıb - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Röyal Yusibov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 3 kiloqramdan artıq marixuana və 515 qram yüksək təsiredici xassəyə malik heroin aşkar edilib. Bu şəxs ifadəsində “Instagram” sosial şəbəkəsində bloqerliklə məşğul olduğunu və orada xarici ölkələrdən birinin vətəndaşı ilə tanış olaraq onun vasitəçiliyi ilə narkokuryerliyə cəlb edildiyini bildirib.

Qeyd edək ki, Röyal Yusibov narkotik vasitələri əldə edəndən sonra pulunu həmin şəxsə onlayn yolla göndərməli imiş. O, Zabrat qəsəbəsində təyin edilən yerdən narkotik vasitələri götürərək oradan uzaqlaşmaq istəyərkən daxil olmuş əməliyyat məlumatı əsasında polislər tərəfindən saxlanılaraq bölməyə gətirilib.

15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Zabrat və Pirşağı qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər - Xəyal Abdullayev və Seymur İslamov da saxlanılıb. Bu şəxslərdən də narkotik maddə olan heroin aşkar olunub.

Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Narkotik vasitələrin Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Bütöv.az
14-01-2022, 19:32
Türkiyənin ilk mini peyki kosmosa buraxıldı - VİDEO

Türkiyənin ilk mini peyki - “Grizu-263A” kosmosa buraxılıb.

Bütöv.az xəbər verir ki, peyk Zonquldak Bülent Ecevit Universiteti Mühəndislik Fakültəsi tələbələrindən ibarət “Grizu-263” Kosmos Qrupu tərəfindən hazırlanıb.
Türkiyənin ilk cib peyki adlandırılan “Grizu-263A” Ankara vaxtı ilə 18:25-də “SpaceX” raketi ilə orbitə göndərilib.

Təxminən 525 kilometr alçaq yer orbitində 4 il 8 ay müddətində xidmət etməsi planlaşdırılan 5x5x5 santimetr ölçülərinə malik Türkiyənin ilk "pocketqube peyki"nin orbitə göndərilməsi 25 min avroya başa gəlib.

14-01-2022, 19:27
Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb

Azərbaycana gətirilən bibərdə virus aşkar edilib.

Bu barədə Bütöv.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində ölkəyə “Amotrade” MMC tərəfindən idxal edilən 23890 kq, “Best Supply Company” MMC tərəfindən idxal edilən 27 807 kq və 11 045 kq, “Palen AS” MMC tərəfindən idxal edilən 14 392 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.

Nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahiblərinə xəbərdarlıq edilərək onlardan iltizam alınıb.

Qanunvericiliyə uyğun olaraq, 2021-ci il 17 dekabr tarixində “Best Supply Company” MMC-yə məxsus 11045 kq bibər məhsulu partiyası məhv edilib. Ancaq yuxarıda qeyd olunan digər yük partiyalarının saxlandığı anbarlara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı yük partiyalarının qanunsuz olaraq satıldığı müəyyən edilib.

Eyni zamanda “Amotrade” MMC tərəfindən idxal edilən bibər məhsuluna verilən fitosanitar sertifikatla bağlı ixaracatçı ölkəyə Agentlik tərəfindən göndərilən sorğuya cavab olaraq mal partiyasını müşayiət edən fitosanitar sertifikatın saxta olduğu bildirilib. Hazırda “Amotrade” MMC tərəfindən idxal edilən digər yük partiyaları ilə bağlı sertifikatların saxta olub-olmadığının araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Aşkar olunmuş qanunsuz fəaliyyətlərlə bağlı hüquqi qiymətin verilməsi üçün “Amotrade” MMC”, “Best Supply Company” MMC və “Palen AS” MMC-yə aid zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.
14-01-2022, 18:49
Dövlət Komitəsində bağçada uşağa şiddət göstərilməsi ilə bağlı brifinq - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bağçada uşağa şiddət göstərilməsi ilə bağlı brifinq keçirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə İsmayıllıda fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən görüntülər yayılıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:



Bütöv.az
14-01-2022, 18:43
Narkoloji Mərkəzdə ŞOK HADİSƏ: Xəstələri çarpayıya bağlayıb DÖYÜRLƏR - VİDEO

Narkoloji Mərkəzdə özbaşınalıq baş alıb gedir. DİA.AZ bildirir ki, bu barədə vətəndaş şikayətində qeyd olunur.

Onu da bildirək ki, narkotik asılılığı olan xəstələrin müalicə aldığı müəssisədəki özbaşınalıqlardan buna qədər də yerli KİV-də yazılıb.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bütöv.az
14-01-2022, 18:36
İlham Əliyevdən Səyyad Salahlı ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Səyyad Adil oğlu Salahlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, S.Salahlı Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

Bütöv.az
14-01-2022, 18:32
Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclası keçiriləcək

Ukrayna və Azərbaycan Prezidentləri Şurasının toplantısının keçirilməsi nəzərdə tutulur.

Bu barədə Ukraynanın dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən danışıb.

“Növbəti addım Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclasını təşkil etməkdir”, - o vurğulayıb.

Bundan başqa, Volodimir Zelenski və İlham Əliyev bu ilin birinci yarısında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə də razılığa gəliblər.

Bütöv.az
14-01-2022, 12:22
“Sülhməramlı”ların Xankəndində Saxarov adına məktəbdə Rusiya mədəniyyəti dərsi…-VİDEO

"Bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır..."

“Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin hərbçiləri məktəblilərin vətənpərvərlik tərbiyəsi çərçivəsində Dağlıq Qarabağda Saxarov adına ümumtəhsil məktəbində “Sülh” adlı interaktiv dərs keçirib”.

Moderator.az xəbər verir ki, bu məlumat bu gün –yanvarın 14-də Bakı vaxtı ilə səhər saat 06:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.

“Rusiya sülhməramlı kontingenti ictimaiyyətlə işləməkdə davam edir. Bu gün Stepanakert şəhərindəki məktəblərdən birində “Sülh” dərsi keçirilib. Dərsdə uşaqlara Rusiya mədəniyyəti və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin işi haqqında məlumat verilib”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Denis Fartunov bildirib.

“İnteraktiv dərsdə 50-dən çox orta məktəb şagirdi iştirak edib. Rusiya sülhməramlıları Rusiyada və dünyanın müxtəlif ölkələrində sülhməramlı qüvvələrin yaradılması və fəaliyyətinin tarixinə qısa ekskursiya edib, həmçinin çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında danışıblar”- xəbərdə belə deyilir.

“Sülh” dərsindən sonra Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə məktəblilərə dəftərxana ləvazimatı dəstləri və şirin hədiyyələr təqdim ediblər.

Zəruri şərh:

Rusiya MN-in yaydığı bu xəbərin üzərindən adi bir məlumat kimi oxuyub keçmək olmaz.
Əvvəla, Azərbaycan ərazisində yaşayan ermənilərin təhsilinə, tədrisinə, mədəniyyətinə, sosial durumuna və s. müdaxilə etmək Rusiya “sülhməramlı”larının missiyasına aid deyil.

İkinci də, yaxşı “Sülh” dərsi keçirsiniz, keçin. Amma niyə məhz 1988-ci ildən bəri özü də, arvadı, erməni mənşəli Yelena Borner də açıq ermənipərəstliyi ilə seçilən Andrey Saxarov adına məktəbdə keçirilir?

Yeri gəlmişkən, video-görüntüdə diqqət edin ki, həmin məktəbin girişindəki adı öncə yuxarıdan rus dilində, sonra aşağıdan ingiliscə yazılıb, ermənicə yazı yoxdur. Sanki bura Rusiya torpağıdır...

Üçüncüsü, erməni məktəblilərin gerçək vətəni Rusiyadır ki, onlara “vətənpərvərlik” tərbiyəsi çərçivəsində “çoxmillətli Rusiyanın mədəniyyəti və adət-ənənələri haqqında” danışırsınız? Məgər dislokasiya olunduğunuz torpaq Azərbaycan Respublikasının ərazisi deyil və orada yaşayan erməni məktəblilər ilk növbədə Azərbaycan mədəniyyətini, tarixini bilməli deyillər? Bəs Azərbaycandan niyə danışmırsız? Məgər Ali Baş Komandınınız, Rusiya prezidenti V.Putin dəfələrlə vurğulamayıb ki, “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan torpağıdır”?..

Əslində bizim də dəfələrlə dediyimiz kimi, “sülhməramlı”ların davranışlarına impuls verən amil elə məhz Putinin bu mesajında guzlənir. Yəni Putin birbaşa demir ki, Qarabağ Azərbaycan torpağıdır. Bunun “beynəlxalq hüquq baxınından” belə olduğunu vurğulayır. Yəni məntiqlə belə çıxır ki, bu torpaq tarixi və ya mövcud reallıqlar baxımından Azərbaycanın olmaya da bilər. Rusiya lideri bir növ ermənilərə üstüörtülü ümid verir ki, “bu torpaqlar tarixi baxımından sizindir, özünüzü yaxşı aparın, biz də şərait yaradaq, mübarizə aparın, yenidən qaytarın Qarabağı”…

Amma cənab Putin digər yandan da yenə dəfələrlə vurğulayır ki, “Bütün keçmiş sovet respublikalarının ərazisi tarixi Rusiyanın torpaqlarıdır”. Məhz ona görə Rusiya hərbi kontingenti Xocalı ərazisində rus kilsəsi tikir. Tanınmış 10 rus məşhura abidə qoydurur və ermənilərə Rusiya mədəniyyəti mövzusunda vətənpərvərlik dərsi keçirlər… Yəni bütün bunlarla demək istəyirlər ki, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın deyil, məhz Rusiyanındır...



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!