"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
18-01-2022, 21:01
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 596 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 504, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 048 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 701 685, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 203 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 717 982, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 780 329 təşkil edir.

Bütöv.az
18-01-2022, 16:00
Azərbaycanlı hakimə Çempionlar Liqasında təyinat verildi

Voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib.

Bütöv.az xəbər verir ki, E.Zülfüqarov yanvarın 20-də İstanbulda qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsində B qrupunda çıxış edən “Vakıfbank” (Türkiyə) – “LP Salo” (Finlandiya) matçında ikinci hakim olaraq oyunu idarə edəcək.

Görüşün baş hakimi rusiyalı Yevgeni Makşanov olacaq.

Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib. Gözəlbəyli 2022-ci ilin ilk təyinatı olaraq yanvarın 20-də İstanbul şəhərində kişilər arasında keçiriləcək CEV kubokunun 1/8 final matçının “Qalatasaray” (Türkiyə) – “ Karlovarsko” (Çexiya) klublarının qarşılaşmalarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri moldovalı Andrey Taran, rumıniyalı Benone Visandır.
18-01-2022, 15:43
Bakıda daha 6 nəfər narkokuryerlik etdiyinə görə saxlanılıb - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Anar Məmmədov, Orxan Əbilov, Orxan Fətəliyev, Fərid Əliyev, Ülvin Səfərov və Azər Oruczadə saxlanılıblar.

Onların üzərindən və yaşadıqları mənzillərdən külli miqdarda, yəni 1 kiloqramdan artıq metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək onun üçün ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçıləq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.



Bütöv.az
18-01-2022, 15:37
"Azərişıq"ın sabiq əməkdaşı HƏBS EDİLDİ

“Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin sabiq baş mühasibi İlham Hüseynovun qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Bərdə rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.
Aparılmış araşdırmalarla İlham Hüseynovun 2021-ci ilin iyul ayında əvvəllər tanımadığı Orxan Yusifovu Bərdə Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verərək ondan 3 min manat məbləğində pul vəsaitini şəxsən alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsinə, həmçinin, bu əməli ilə Orxan Yusifovu rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, onun 2021-ci ilin avqust ayında təkrarən tamah niyyətilə tanışı Hafiz Həsənova da eyni cür vədlər verərək sonuncudan 4 min manat məbləğində pul vəsaitini alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib təkrarən dələduzluq etməsinə, həmçinin qeyrisini təkrarən rüşvət verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyənləşib.
İlham Hüseynov Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bütöv.az
18-01-2022, 15:32
Nazarbayev: Təqaüdçüyəm, istirahət edirəm - VİDEO

Təqaüddəyəm və hazırda paytaxtda istirahət edirəm. Heç yana qaçmamışam.

Bütöv.az xəbər verir ki, bunyu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev xalqa müraciətində deyib.

Nazarbayev Qazaxıstanın siyasi elitasındakı münaqişə ilə bağlı şayiələri təkzib edib. O, xalqı Tokayevin islahat proqramına dəstək verməyə çağırıb.

18-01-2022, 15:26
Yanvarın 20-də Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişikliklər ediləcək və gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə və plaftormasına baxış keçirilib, zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiya platformasına metropoliten işçilərindən qaravul dəstəsi düzüləcək.

Yanvarın 20-də saat 12:00-da əvvəlcədən xüsusi işlənərək, planlaşdırılmış cədvələ uyğun olaraq bütün qatarlar stansiyalarda dayandırılacaq. Qatarlardan bir dəqiqə ərzində fasiləsiz fit verilməsi təmin ediləcək.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər “20 Yanvar” stansiyasında şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edəcəklər, deyə məlumatda deyilir.

Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

Gün ərzində bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə veriləcək.

1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecənin günahsız qurbanları olmuş həmvətənlərimiz hər il ümumrespublika ərazisində ehtiramla yad edilir, xüsusi tədbirlər, mərasimlər keçirilir, şəhidlərin məzarları ziyarət olunur.

Həmin gecə metropolitenin kollektivi səhərə qədər fədakarlıq göstərərək, yüzlərlə insan həyatının qurtarılmasında, yeganə sığınacaq yeri kimi onlara dayaq durmasında, yaralıların xəstəxanalara çatdırılmasında xüsusi rol oynayıb.

Metropolitenin kollektivinin nümayəndələri də həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edir.

20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi - İlqar Qarayev və Əflatun Kazımov da var.

Bütöv.az
18-01-2022, 15:20
Zakir Qaralov Azərbaycanı birdəfəlik TƏRK EDİB?

Sabiq Baş prokuror Zakir Qaralovun ölkəni tərk ediyi xəbəri yayılıb.

Bütöv.az-ın GUNinfo.az-a istinadən xəbərinə görə, bu barədə sabiq Baş prokurora yaxın mənbələrdən bildirilib.

İddialara görə bir neçə gün öncə, yəni yanvarın 11-də Z.Qaralov Azərbaycanı tərk edib. Rəsmi mənbələrdə sabiq Baş prokurorun yanvarın 11-də doğum günü olduğu bilinməkdədir. Amma və lakin, Qaralovun həmin gün nə səbəbə görə ölkəni tərk etməsi ilə bağlı nə mediada nədəki, digər mənbələrdə heç bir məlumat verilməyib. Gələn ən son xəbərlərdə, Zakir Qaralov öncə Gürcüstana daha sonra isə oradan xarici ölkərədən birinə getdiyi deyilir.

Qeyd edək ki, 2000-ci il aprelin 25-də Baş prokuror vəzifəsinə təyinat alan Zakir Qaralov bu postu 2020-cil il may ayının 1-də yəni düz 20 ildən sonra tərk etib, daha doğrusu vəzifədən azad edilib.
18-01-2022, 15:03
Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni inşa edilən modul tipli infrastrukturun açılışında olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məruzə olunub ki, döyüş mövqelərində inşa edilən modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, mini futbol meydançası salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.

General-leytenant N.Osmanov şəxsi heyətin döyüş və maddi-texniki təminatı ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Nazir müavini, həmçinin müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqlarını şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

Sonda nazir müavini Müdafiə Nazirliyinin mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölməsində yeni inşa olunan qərargah binasının açılışında iştirak edib. Burada hərbi qulluqçular üçün yaradılan şəraitlə, eyni zamanda, ərzaq məhsullarının anbara qəbulu, saxlanılması və qoşunlara paylanılması prosesi ilə yaxından tanış olub.









Bütöv.az
18-01-2022, 14:20
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.





Bütöv.az
18-01-2022, 14:17
Eldəniz Səlimov apellyasiya şikayəti verdi

Deputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, apellyasiya şikayəti yanvarın 14-də Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunub.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmdə o da bildirilir ki, E.Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.

Qeyd edək ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!