Faşizm üzərində qələbənin 79-cu ilidir .....                        Putin Paşinyanla görüşdə nələri müzakirə etdi? .....                        Keşlə bazarı sökülür? - AÇIQLAMA .....                        Torpağın səsinə hay verdik .....                        Ankarada Azərbaycan-Türkiyə Biznes Forumu .....                        Köməksiz qalan iki azyaşlı belə xilas edildi - VİDEO .....                        Şəhid anası: “Oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO .....                        Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan .....                        Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı .....                       
27-02-2022, 00:16
Bahəddin Həzi  yazır: "Amansız müharibənin anlamlı dərsləri"


Bahəddin Həzi: Amansız müharibənin anlamlı dərsləri

Rusiya-Ukrayna müharibəsi haqqında publisistik yazım. Deyirəm: "Necə olur, bir slavyan ölkəsinin prezidenti əlinə silah alıb özünü xalqından qoruyurdu, o biri slavyan ölkəsinin prezidenti əlinə silah alıb xalqını özü qoruyur?!" Və bir çox başqa suallara cavab axtarmağa çalışdım. Vaxtınız və səbriniz üçün əvvəlcədən təşəkkür!
Amansız müharibənin anlamlı dərsləri
"Есть еще время сохранить лицо. Потом придется сохранять другие части тела".
Bu, 1993-1998-ci illərdə Rusiya Federasiyasının baş naziri olmuş Viktor Stepanoviç Çernomırdinin söylədiyidir, aforizmə çevrilib. Tərcüməsi: "Sifətini qoruyub saxlamaq üçün hələ də vaxt var. Sonra bədəninin başqa hissələrini qoruyub saxlamaq lazım gələcək".
Düşünürəm ki, Ukraynaya və/və ya daha haralarasa qanadlı raketlər atmazdan qabaq Çernomırdinin bu "qanadlı" frazalarını oxumaq və düşünüb nəticə çıxarmaq faydalı olardı. Rusiya üçün də, hamı üçün də.
Görünür ki, bu ağılsız müharibəni başladanlar nəinki sifətini, bütün başqa yerlərini də artıq çoxdan unudublar.
RF-in xarici işlər naziri Sergey Lavrovun keçmiş illərdə verdiyi bir müsahibəsindən fraqmentlə qarşılaşdım. Ona sual verilir ki, niyə Rusiya Donetskdəki və Luqanskdakı separatçı rejimləri rəsmən tanımır? O da suala sualla cavab verir: "Siz deyirsiniz ki, Ukraynanın qalan hissəsini də itirək?!"
Bunu deyən adam indi nəinki o qondarma "respublika"ların tanınmasının ən alovlu tərəfdarlarından oldu, üstəlik Putinin "Ukraynanın qalan hissəsini" işğal etmək avantürasının da həmmüəlliflərindən biridir.
Boris Yeltsin dövründə xarici işlər naziri olmuş Andrey Kozırev belə bir söz işlətmişdi: "Nazir olmaq diplomat üçün son həddir". Görünür, sələfinin bu fikrini Lavrov başqa cür başa düşüb. Müstəqil, suveren, həm də unitar dövlətin bir (əslində iki) hissəsini ayrıca götürüb müstəqil dövlət olaraq tanımaq, ertəsi gün də həmin "müstəqil" "dövlət"lərin "çağırışı" ilə, "Ukraynanın qalan hissəsini" əldə etmək üçün müharibə başlamaq kimi bir yanlışın içində olmaq xarici işlər naziri üçün, əlbəttə, diplomatiyanın və diplomatın sonudur. Lavrov bu qərarı özü üçün verdiyi gün diplomat kimi bitib; министр иностранных дел idi, dönüb oldu министр странных дел. Yəni anlaşılmaz işlər naziri.
Sergey Şoyqunu müdafiə naziri kimi Ukraynanın müqaviməti bitirdi; ordusu haqda mifi dağıtdılar. Putindən isə danışmağa dəyməz. Fikir verdinizsə, Təhlükəsizlik Şurasının məlum iclasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin mümkün qədər uğurla "çaşaraq" bu avantüraya şərik olmaqdan qaçmaq istədi. Ən azı tarixə adını belə yazdırdı. Çünki Rusiyanı nələrin gözlədiyini bilirdi. Ancaq Putin ona basqı edərək kəlbətinlə də olsa, öz qərarına dəstək qopardı. Rusiya kəşfiyyatı da bununla "bitdi".
Dmitriy Medvedyevin çıxışlarını izləyirəm. Yadıma məşhur deyim düşür:
"- Ağıllınız kimdir?
- Qabaqda gedən zəncirli".
Hələ uzaq 90-cı illərdə Çinin Moskvadakı keçmiş səfiri səhv etmirəmsə, "Komsomolskaya pravda" qəzetinə müsahibəsində Rusiya insanı haqqında belə demişdi: "Həmişə təəccüblənirəm ki, bu qədər istedadlı, intellektual xalq niyə bu qədər içir?!"
Medvedyevə bu baxımdan yanaşdım. Oxumuş biridir. Ancaq çox oxumaq, çox bilmək hələ çox ağıllı olmaq demək deyilmiş, elə deyilmi?! İnformasiyalı olmaq ağıllı olmaq deyil. Ağıllı olmaq ağılla yaşamağı bacarmaqdır. O cümlədən, qonşularla, bütün Dünya ilə birgə yaşamağı bacarmaq. Baxıram, deyir: “Avropa İttifaqına ehtiyacımız qalmadı”. Adam, Rusiyanın bu günə qədər neft, qaz satdığı Avropadır. Onun Rusiyaya nə qədər ehtiyacı varsa, Rusiyanın da Avropaya o qədər ehtiyacı var. Doğrudan da, qabaqda gedən zəncirliymiş. Necə deyərlər, axsaq atın kor nalbəndi...
Siyasətlə, hərblə, diplomatiya ilə az-çox bağlılığı olan hər kəs qədim Roma tarixçisi, filosofu, dövlət adamı Qay Korneli Tatsiti mütləq oxuyub. O deyirdi: "Yaxınlar arasında müharibə daha barışmaz olur".
Ukraynada baş verənlər budur: doğma qardaşlar arasında müharibədir. Rusiyanın intellektualları bu gerçəyi anlayacaq qədər ayıq olmadılar. Görünən bu!
Deyəcəksiniz, Ukraynadan nə çox yazırsan?! Cavab çox sadədir: qardaşına bunları edən, görün, başqalarına nə edər?! Ukrayna nə deyib? “Avropa İttifaqının, NATO-nun üzvü olmaq istəyirəm” deyib. Və istəyinə görə cəzalanır. Belə çıxır ki, sabah-birisigün hətta bizim “balanslaşdırılmış” xarici siyasət kursumuz da kimlərinsə xoşuna gəlməyə bilər. Siyasi və insani məntiqin, normal ağlın və sağlam düşüncənin itdiyi yerdə bundan kim sığortalanıb ki?!
Çin dplomatının sözləri çox düşündürücüdür. Baxın, özünü dünyanın mədəni millətindən sayanların hər biri ömründə ən azı bir dəfə: "Bu qədər ərəb ölkəsi bir İsrailin əlində yesir qalıb" və ya "Ərəb dövlətləri bir-birini başqalarına satır" və sair kimi fikirlər deyib. Ya da ən azı bu haqda düşünmüsünüz. Öz slavyan qardaşının üstünə silahla gedən, öz qardaşının evini bombalayan bir Avropalı adam o bədəvi ərəbdən çoxmu fərqlənir təfəkkürcə?!
Nə olsun ki, sənin Dostoyevskini bütün Dünya oxuyur?! Ona qalsa, Dostoyevskinin ən birinci oxucusu sən idin: əsərlərini hamıdan qabaq oxuyub özünə ölüm hökmü "oxumuşdun". Sonra "rüsvayçılıq dirəyi"nə də bağladın... Elə alman kimi xalq da nəhəng dühalar yetişdirmişdi. Ancaq Adolf Hitleri də yetirmişdi.
Yüksək mədəniyyətin gücü siyasi tiranlığın qarşısını kəsə bilmirsə, deməli, o, sadəcə, öznüdəşeymiş. Tarixdə belə momentlər olub, olur da.
Bilirəm, yetərincə dərin və mübahisəli sularda üzürəm. Sadəcə, belə demək mümkünsə, yazılı düşünürəm. Düşünürəm ki, bir slavyan xalqı öz Vətənini bu qədər sevib, azadlığı üçün canını ortaya qoyduğu zaman başqa bir slavyan xalqı Putinin əsarətindən bunca necə "zövq” ala bilərmiş! Bax, o beloruslar da slavyanlardır. Lukaşenkonun öz hakimiyyətini qorumaq üçün əlində "Kalaşnikov" avtomat silahı ilə gəzdiyini görmüşdünüz. O kadrları izləmişdiniz.
Belorus və Ukrayna qonşu və qardaş xalqlardır, ölkələrdir. Birində özünü xalqından qorumaq üçün əlinə silah alan prezident var, o birində xalqını qorumaq üçün əlinə silah alan prezident. Necə ola bilir ki, eyni soykökə, ümumi tarixə, ortaq zəngin mədəni irsə mənsub olan bir xalqın ayrı-ayrı hissələri eyni vaxtda belə fərqli təfəkkür tərzinə sahibdir?! Ya da yaşam ukladına. Necə istəyirsiniz, adlandıraq.
Bu arada bizim çıxaracağımız daha bir önəmli nəticə var: Azərbaycan və Türkiyə bir-birlərinin qədrini bilməlidir. Qardaşlara qardaşlıq örnəyi, dostlara dostluq, müttəfiqlərə müttəfiqlik nümunəsiyik. Biz - Azərbaycan və Türkiyə olaraq dünya üçün bir nümunəyik. İllah da indiki kontekstdə Rusiya, Ukrayna, Belorus, Polşa və sair üçün.
Rusiya ilə Ukrayna arasında müharibə doğmaların savaşı olaraq Dünya üçün ən pis presedentdir. Buraya Rusiyanın Ukraynaya qarşı öz vassalı olaraq istifadə etdiyi Belorusu da aid etmək olar. Bu müharibə Dünyada hər kəs üçün, bizim üçün insani bağların dağıdılması baxımından da böyük və kədərli dərsdir. Doğmaların savaşı, baxın, necə böyük dağıntılara, iztirablara, göz yaşlarına - məyusluğa, faciələrə yol açır. Baxın və unutmayın. Bu, hökumətlərin öz xalqlarına, dövlətin öz vətəndaşına yanaşması baxımından da keçərlidir. Dövlət siyasətinə asi, qanuna zidd davranmış vətəndaşını cəzalandıranda da sevə-sevə cəzalandıracaq. Ailələr üçün də dərs var: övlada ata-ananın özündən deyil, onun sevgisini itirməkdən qorxmağı öyrətmək lazımdır.
Bir sözlə, bu savaş bizi çox ağrıtdı, çox şeylər də öyrətdi, anlatdı. Anlatmağa da davam edir. Təbii ki, anlayana...
26-02-2022, 23:28
Elvin Talışınski Rusiyanın Sankt-Peterburq şəhərində


ETİ-nin şöbə müdiri Elvin Talışınski Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar elmi səfərdə olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski 24 fevral 2022-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialında olub.

E.Talışınski İnstitutun Sankt-Peterburq filialının direktoru sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova ilə görüşərək, fikir mübadiləsi aparıb. İnstitutun elmi kollektivi ilə tanış olan gənc alim, burada aparılan elmi tədqiqatlarla tanış olub. E.Talışınski rəhbərlik etdiyi şöbənin elmşünaslıq sahəsində apardığı tədqiqatları haqqında geniş məlumat verib, iki elmi tədqiqat müəssisəsinin müvafiq şöbələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
26-02-2022, 23:22
Region gəncləri Xocalı soyqırımı qurbanlarını anıblar

Region gəncləri Xocalı soyqırımı qurbanlarını anıblar

Xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümüdür. Bu gün Azərbaycan gəncləri həm hüzn, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki qalibiyyətdən doğan fəxarət hissi ilə Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini yad ediblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliyi müxtəlif mövzulu anım tədbirləri həyata keçiriblər.
Tədbirlər gənclərin rayon ərazisindəki Xocalı abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlayıb. Gənclər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarları üzərinə gül qoyaraq onların əziz xatirəsini yad ediblər.
Daha sonra anım gününə həsr edilmiş görüşlər keçirilib. Tarixçilər və faciə şahidlərinin iştirak etdikləri görüşlərdə gənclərə Xocalı həqiqətləri çatdırılıb, bu kimi dəhşətli hadisələrin bir daha yaşanmaması üçün gənclərin üzərinə xüsusi vəzifənin düşdüyü ifadə edilib.

Gənclər arasında Xocalı faciəsini əks etdirən rəsm, inşa və bədii qiraət müsabiqəsi, sərgi təşkil olunub, “Fəryad”, “Ümid işığı”, “Bir millətin kədəri”, “Dolu”, “Xoca”, “Zamanın faciəsi”, “Qırmızı qar” filmlərinin nümayişi keçirilib, Xocalı soyqırımı haqqında məlumatlandırıcı videoçarxın təqdimatı, fləşmoblar, teatr tamaşasının nümayişi baş tutub, müxtəlif ictimai yerlərdə gənclər şəkil və həştəqlərin əks olunduğu plakatlar nümayiş etdiriblər.
Təşkil olunan tədbirlər bəzi regionlarda Xocalı abidəsi qarşısında Xocalı qurbanlarının xatirəsinə havaya dilək şarlarının uçurulması ilə sona çatıb.
Qeyd olunan tədbirlər çərçivəsində gənclərə ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verilib, Xocalı soyqırımının miqyasına və amansızlığına görə müasir tarixin ən dəhşətli soyqırımlarından biri olduğu qeyd edilib. Müzakirələr zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələri barədə danışılıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmasına dünya ictimaiyyətinin lazımi reaksiya verməməsinin utancverici olduğu bildirilib.
Region gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı sosial media kampaniyasında da aktiv iştirakları ilə beynəlxalq ictimaiyyətin soyqırımı ilə bağlı məlumatlandırılması işinə töhfə veriblər.
26-02-2022, 22:56
Qаrа-qırmızı Хоcаlı


Rəfail Tağızadə


Qаrа-qırmızı Хоcаlı
(muğаm üstündə охunаn аğı)

Qаr yаğаn göylərə qаn püskürürdü
Müqəddəs tоrpаğın yаrаlаrındаn.
Bu gecə heyrətdən dаğlаr dа dоnub,
Dоnub heyrətindən qаrаlаn bulud.
Bu gecə qаn yаğır аğ qаr üstünə.
Bu gecə Хоcаlı аl-qаn rəngində,
Bu çаylаr, meşələr аl qаn içində.
Bu gecə аğаcın yаrpаğı biz-biz,
Аğlаyır, sızlаyır qаr içində iz.


Evinə qаçаnlаr evindən qаçır,
Özünə qаçаnlаr özündən qаçır,
Аnаlаr sinəsin gülləyə аçır.
Şахtаdа о bаyrаq körpə əlinin
İçində dоn vurmuş bir ümid yаtır,
İnləyən, bоğulаn bir ümid bаtır.
Bir ümid çırpınır şəhid əlində.


Bu gecə göylərdən qаnlаr tökülür-
Bizim üstünə qəzəb qаnlаrı,
Bizim içinə əzаb qаnlаrı.
Bu gün qаn içində üzür Хоcаlı,
Dərdi süzgəcindən süzür Хоcаlı,
İndi хəyаllаrdа gəzir Хоcаlı.
Gəzir ölkə-ölkə, gəzir elbəel,
Gəzir fəsil-fəsil, gəzir ilbəil.
Sinədə, аlındа gəzir Хоcаlı,
Hər kəsin cаnındа gəzir Хоcаlı,
Yаrаlı Хоcаlı, əsir Хоcаlı.


Qаn, qаrın üstünə ХОCАLI yаzır.
Bu gecə dərdlər də qаrа-qırmızı.

Хоcаlı Vətənin qаn yаrаsıdı,
Хоsаlı Vətənin cаn yаrаsıdı.
İnsаnlаr cаn verir, cаn gecəsində,
İnsаnlаr cаn verir, qаn gecəsində.
Bir оrdu yeriyir, bir şər оrdusu-
Kimsəsiz, günаhsız insаn üstünə,
Yenə qаn tökülür zаmаn üstünə.


Bu qаnlı gecədə yer-göy аlışır
Bu qışın, sоyuğun sаzаqlаrındа.

Bəşərin sоnuncu fаciə günü
Dünyаdа bir kimsə yаtа bildimi?
Bu gecə dünyаnın sоn qəm gecəsi,
Bu gecə dərdlərın ilk cəm gecəsi,
Bəşərin sоnuncu mаtəm gecəsi,
Bizi qаn içində bаtırıb gedir.

Gör neçə illərdi dоnub Хоcаlı.
Bu yerin yаzınа hələ qаr yаğır,
Bu хаlqın bаşınа hələ qаn yаğır.

Dоn vurmuş körpənin qаrlı izini
Yаyın istisi də əridə bilmir.
Хоcаlı hаrаyın, Хоcаlı səsin,
Dünyаnın sükutu kiridə bilmir…
26-02-2022, 22:55
Qаrа-qırmızı Хоcаlı


Rəfail Tağızadə


Qаrа-qırmızı Хоcаlı
(muğаm üstündə охunаn аğı)

Qаr yаğаn göylərə qаn püskürürdü
Müqəddəs tоrpаğın yаrаlаrındаn.
Bu gecə heyrətdən dаğlаr dа dоnub,
Dоnub heyrətindən qаrаlаn bulud.
Bu gecə qаn yаğır аğ qаr üstünə.
Bu gecə Хоcаlı аl-qаn rəngində,
Bu çаylаr, meşələr аl qаn içində.
Bu gecə аğаcın yаrpаğı biz-biz,
Аğlаyır, sızlаyır qаr içində iz.


Evinə qаçаnlаr evindən qаçır,
Özünə qаçаnlаr özündən qаçır,
Аnаlаr sinəsin gülləyə аçır.
Şахtаdа о bаyrаq körpə əlinin
İçində dоn vurmuş bir ümid yаtır,
İnləyən, bоğulаn bir ümid bаtır.
Bir ümid çırpınır şəhid əlində.


Bu gecə göylərdən qаnlаr tökülür-
Bizim üstünə qəzəb qаnlаrı,
Bizim içinə əzаb qаnlаrı.
Bu gün qаn içində üzür Хоcаlı,
Dərdi süzgəcindən süzür Хоcаlı,
İndi хəyаllаrdа gəzir Хоcаlı.
Gəzir ölkə-ölkə, gəzir elbəel,
Gəzir fəsil-fəsil, gəzir ilbəil.
Sinədə, аlındа gəzir Хоcаlı,
Hər kəsin cаnındа gəzir Хоcаlı,
Yаrаlı Хоcаlı, əsir Хоcаlı.


Qаn, qаrın üstünə ХОCАLI yаzır.
Bu gecə dərdlər də qаrа-qırmızı.

Хоcаlı Vətənin qаn yаrаsıdı,
Хоsаlı Vətənin cаn yаrаsıdı.
İnsаnlаr cаn verir, cаn gecəsində,
İnsаnlаr cаn verir, qаn gecəsində.
Bir оrdu yeriyir, bir şər оrdusu-
Kimsəsiz, günаhsız insаn üstünə,
Yenə qаn tökülür zаmаn üstünə.


Bu qаnlı gecədə yer-göy аlışır
Bu qışın, sоyuğun sаzаqlаrındа.

Bəşərin sоnuncu fаciə günü
Dünyаdа bir kimsə yаtа bildimi?
Bu gecə dünyаnın sоn qəm gecəsi,
Bu gecə dərdlərın ilk cəm gecəsi,
Bəşərin sоnuncu mаtəm gecəsi,
Bizi qаn içində bаtırıb gedir.

Gör neçə illərdi dоnub Хоcаlı.
Bu yerin yаzınа hələ qаr yаğır,
Bu хаlqın bаşınа hələ qаn yаğır.

Dоn vurmuş körpənin qаrlı izini
Yаyın istisi də əridə bilmir.
Хоcаlı hаrаyın, Хоcаlı səsin,
Dünyаnın sükutu kiridə bilmir…

26-02-2022, 19:45

Fransa hakimiyyəti Rusiyanın “Baltic Leader” yük gəmisini saxlayıb
Fransa hakimiyyəti Rusiyanın “Baltic Leader” yük gəmisini saxlayıb

Rus quru yük gəmisi “Baltic Leader” Fransada gömrük yoxlamasından keçib.
TASS xəbər verir ki, bu barədə Rusiyanın Parisdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Aleksandr Maqoqonov məlumat verib.
Yoxlamalar zamanı məlum olub ki, gəmi ABŞ-ın maliyyə sanksiyaları siyahısında olan “PSB Leasing” şirkətinə məxsus olan gəminin sənədləri ilə maraqlanıb. Aleksandr Maqoqonov “Hazırda gəmi saxlanılıb və onun gələcək taleyi ilə bağlı qərar məhkəmədə veriləcək” – deyə əlavə edib.
26-02-2022, 14:34
QHT-lər Xocalı ilə bağlı bəyanat yaydılar
QHT-lər Xocalı ilə bağlı bəyanat yaydılar


Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıblar.
Həmin bəyanatı təqdim edirik:

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı BƏYANATI

1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən 366-cı alayının şəxsi heyəti və erməni separatçılarının iştirakı ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırım törədildi. 7000-dən çox əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edildi, əhali azərbaycanlı-türk olduqlarına görə kütləvi surətdə qətlə yetirildi. Erməni separatçıları dinc əhaliyə qarşı ən ağır, ən amansız üsullardan istifadə edərək XX-əsrin ən faciəli qətliamlarından birini törətdilər. Nəticədə Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür.
Ermənistanın münaqişə, müharibə zamanı mülki insanlara qarşı vəhşiliyi bütün tarixi dövrlərdə onların dövlətinin əsas siyasəti olmuşdur. Ermənistan istər 1988-1994-cü illərdə, istərsə də 2020-ci il Vətən mübaribəsi zamanı mülki əhaliyə qarşı ağır cinayətlər törətmişdir. 44 günlük Vətən mübaribəsi zamanı hərbi əməliyyatların keçirildiyi ərazilərdən yüz kilometr aralıda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan və s. yaşayış məntəqələri Ermənistan tərəfindən qadağan olunmuş silahlarla bombalanmışdır. Bu müharibə cinayətləri nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmış, 4 mindən çox yaşayış evi, o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılmışdır.
Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı patoloji nifrəti 30 ildən sonra işğaldan azad edilmiş ərazilərimizdə də özünü biruzə vermişdir. Belə ki, 30 il ərzində işğal edilmiş bütün ərazilərdə Azərbaycana aid tarixi, mədəni, dini və s. abidələr məhv edilmiş, ekoloji terror törədilmişdir.
Biz bilirik ki, 30 ildir Xocalı soyqırımının beynəlxalq səviyyədə tanındılması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu müddət ərzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası keçirilmiş və Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılmışdır. Nəticə etibarilə 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Görülən bütün işlərə, beynəlxalq təzyiqlərə baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib.
Biz Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri olaraq inanırıq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan canilər tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaq və onlar törətdikləri bu soyqırımı hadisəsinə görə layiqli cəzalarını alacaqlar.
Bakı şəhəri, 26 fevral 2022-ci il
26-02-2022, 14:21
Ukraynaya qarşı döyüşən erməni hərbçisi əsir götürüldü
Ukraynaya qarşı döyüşən erməni hərbçisi əsir götürüldü

Ukraynanın Xarkov şəhərində Rusiya qüvvələrinin sıralarında döyüşən Ermənistan vətəndaşı əsir götürülüb.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, onun üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi bilet aşkar edilib.
26-02-2022, 12:58
Peskovun qızı Rusiyada gündəmi dəyişdi – Şok Ukrayna paylaşımı
Peskovun qızından Ukrayna paylaşımı

Kremlin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova İnstaqram hesabındakı paylaşımı ilə diqqət çəkib.
Peskovun Ankarada anadan olan 24 yaşlı qızı Yelizaveta bu paylaşımı ilə Rusiyada gündəm olub.
Türklərə simpatiyası ilə seçilən Peskova Rusiyanın Ukraynaya hücumuna qarşı çıxıb və “Müharibəyə yox” paylaşımını edib. Amma qısa müddət sonra bu postu silib.
Peskova bundan əvvəl Türkiyə ilə bağlı paylaşımıyla gündəmə gəlmişdi:
“Mənim üçün Rusiya qədər Türkiyə də vətənim sayılır. Mən Ankarada doğulmuşam, həyatımın ilk illərini orada keçirmişəm. Atam və babam türkoloqdur və mən də Moskva Dövlət Universitetində türk dilində öyrənirəm”.
26-02-2022, 12:52
Nyu York Tayms öldürülmüş rus əsgərinin fotosunu dərc etdi
Amerika Birləşmiş Ştatlarının “The New York Times” qəzeti rus əsgərlərinin cəsədi və sıradan çıxarılan rus hərbi texnikasının fotolarını dərc edib.
Nyu York Tayms öldürülmüş rus əsgərinin fotosunu dərc etdi

NOCOMMENT.az xəbər verir ki, fotonun Xarkov yaxınlığında cümə günü çəkildiyi qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!