Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-04-2022, 00:03
Azərbaycan Texniki Universitetində "Narkotiklərə, narkomaniyaya və zərərli vərdişlərə qarşı" maarifləndirmə tədbiri keçirildi

Azərbaycan Texniki Universitetində "Narkotiklərə, narkomaniyaya və zərərli vərdişlərə qarşı" maarifləndirmə tədbiri keçirildi.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində, Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən yerli və əcnəbi tələbələrin iştirakı ilə maarifləndirici tədbir həyata keçirilib.

Giriş sözü ilə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev, gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlar,narkomanlığa qarşı qanunvericilikdə edilən yeni dəyişikliklər,dövlət qurumlarının bu sahədə apardıqları mübarizə və narkotik və psixotrop maddələrin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından danışdı və gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırdı.QHT-lərə Dövlət Dəstəyi Agentliyi,Dövlət Miqrasiya Xidməti,Dövlət Komissiyası İşçi Qrupu və Azərbaycan Texniki Universitetinin rəhbərliklərinə,tədbirin təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən QHT sədri,bugünə kimi təşkilatları tərəfindən keçirilən maarifləndirmə tədbirləri və hədəf kütlə olaraq niyə gənclərin seçilməsi haqqında qısa məlumat verdi və bütün tədbir iştirakçılarına uğurlar arzuladı.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK) məsul işçisi Şahin İsmayılov,Narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində İşçi Qrup tərəfindən görülən işlərdən bəhs etdi,
slaydlarla narkotik və psixotrop maddələr,onların səbəb olduğu bulaşıcı xəstəliklər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verdi, 802 və 102 qaynar xəttlərinin bu istiqamətdə əhəmiyyətindən danışdı və narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini qeyd etdi.

Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin baş inspektorları Ruslan Ağayev və Rişad Zeynalov,tədbirdə iştirak edən universitetin əcnəbi tələbələrinə Miqrasiya qanunvericiliyində mövcud olan tələblər, xarici ölkə vətəndaşlarının Azərbaycan qanunları qarşısında üzərlərinə düşən öhdəliklər,həmçinin rast gələ biləcəkləri bəzi qanunsuz hallar barədə, nümunələr verərək, geniş məlumat çatdırdılar və bütün gənclərə sağlam həyat tərzi yaşamağı seçmələrini tövsiyyə etdilər.
Narkotik asılılığın psixoloji tərəflərini izah edən Bakı Narkoloji Dispanserinin psixoloqu Günay Babayeva,gənclərə "ağ ölüm"dən uzaq durmaq üçün lazım olan davranışlar,həmçinin narkotik vasitələrin,onlardan istifadə edənlərlə yanaşı,həm də cəmiyyətdə yaratdığı ağır sağlıq və sosial fəsadları barədə geniş məlumatı iştirakçıların diqqətinə çatdırdı.

Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən iştirakçılar,ölkəmizdə gənclərin sağlam həyat tərzi üçün yaradılan şəraitdən razı olduqlarını,Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclərimiz üçün bir şüar olduğunu bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan bütün qurumlara minnətdarlıq etdilər.
Hörmətlə,
Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri
27-04-2022, 20:57
Hər xeyirli iş bir uğur qapısı açır

Hər xeyirli iş bir uğur qapısı açır.
QHT-lərə dəstək günün zərurətidir. Etiraf olunası haldır ki, dövlətçilik işinin ümdə hal almasında Qeyri-Hökumət təşkilatları xüsusi rol oynayır. Müstəqillik illərindən başlayaraq bu təşkilatlar cəmiyyət resurslarının nizamlanmasında üzərlərinə böyük məsuliyyət götürüb, öz proqramlarına uyğun zəruri addımlar atırlar. Son illər bu proses bir qədər də sürətlənib. Heç şübhəsiz, 17 aprel 2022-ci ildə Vüsalə Qələndərlinin müəllifi olduğu "İstedadları tanıyaq və tanıdaq" layihəsi əsasında Gəncə şəhərində şəhid ailələri ilə keçirilən görüşü də ictimai təşkilatların vətəndaşlara diqqəti, cəmiyyət qarşısındakı hesabatı kimi qəbul etmək olar. Görüş Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən müharibəsi qəhrəmanlarının övladları ilə mədəni tədbirlərin keçirilməsi" adlı layihə çərçivəsində baş tutmuşdur. Məlumat üçün bildirək ki, ictimai fəal Vüsalə Qələndərlinin rəhbəri olduğu layihənin əsas qayəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə və ya yaralanmış şəxslərə qayğı göstərmək, gənclərə vətənpərvərlik hissləri aşılamaqdır. Bu rakursda Gəncədə keçirilən görüşə Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərin valideynləri və övladları dəvət olunmuşdur. Qonaqları – tədbirə toplaşmış şəxsləri Gəncə şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Ayxan Babayev qarşılamış, əvvəlcə onlara Gəncə şəhəri haqqında geniş məlumat vermiş, son illər ölkəmizdə daha da güclənən vətəndaşlıq əzmindən, dövlətimizin insanlara göstərdiyi qayğıdan və gənclərin Vətənə məhəbbətindən danışmışdır.

Tədbir iştirakçıları sonra Azərbaycan Dövlət himninin sədaları altında Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, məqbərənin önünə toplaşmışlar. Orada onları Nizami Gəncəvi məqbərəsinin direktoru Gülnarə İsmayılova qarşılamış, qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığı, şairin “Xəmsə”si barədə məlumat vermişdir. Daha sonra şəhidlər haqqında yazılmış şeirlərdən parçalar söylənmiş, onların qəhrəmanlığı, ölməzlikləri haqqında geniş danışılmışdır. Sonra şəhid analarına söz verilmişdir. Şəhid mayor Səyavuş Kəlbalıyevin anası Yeganə xanım, şəhid Fəxri Məmmədovun anası Kəmalə Məmmədova, qızı Fatimə və İlahə Məmmədovalar, şəhid Tural Dəmirçiyevin anası Səadət xanım, qardaşı Ramal Dəmirçiyev, şəhid Mirsuleyman Süleymanovun anası Mətanət xanım, şəhidin bacısı Aytac Süleymanova, şəhid Ramin Əliyevin həyat yoldaşı Natiqə Əliyeva və övladı Dünyamin və başqaları çıxış etmiş, ürək sözlərini bildirmiş, şəhid ailələrinə göstərilən qayğı üçün dövlət başçısına və bu işdə zəhməti keçən hər kəsə təşəkkürlərini bildirmişlər. Tədbir iştirakçıları daha sonra Gəncə şəhərində yerləşən Nizami Gəncəvi adına "Xəmsə" muzeyində olmuşlar. Onları muzeyin əməkdaşları qarşılamış, muzey haqqında məlumat vermişlər. Bildirmişlər ki, muzeyin tikintisinə 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə başlanılmış və muzey 2014-cü ildə istifadəyə verilmişdir. Muzey əməkdaşları Nizami Gəncəvinin divardan asılmış xalça-portretini göstərərək bildirmişlər ki, bu əl işi 2009-cu ildə xalçaçı usta Şərif Şərifov tərəfindən toxunmuş, muzeyə hədiyyə edilmişdir. Xalçanın üzərində həm də Nizami Gəncəvinin əsərlərindən ibarət kompozisiya təsvir olunmuşdur. Muzey əməkdaşları daha sonra rəfdə diqqət çəkən bir kitabı göstərərək bildirmişlər ki, bu kitab 1860-cı ildə fars dilində nəşr olunmuşdur. Ümumiyyətlə, bu muzeydə tariximizi, milli varlığımızı əks etdirən eksponatlar yer alır. Tədbir iştirakçıları muzeylə tanışlıqdan sonra Qələbə və Heydər Əliyev parkında olmuş, İstiqlal parkında ucaldılmış Memarlıq Abidə Kompleksini ziyarət etmişlər. İştirakçılara daha sonra 44 günlük Vətən müharibəsi zamanı erməni separatçılarının Gəncəyə atdıqları raketlərin dağıdıcı təsirindən yerlə yeksan olmuş binalar göstərilmiş, dağıntılar haqqında geniş məlumat verilmişdir. Tədbirə qatılmış uşaqlara xüsusilə bildirilmişdir ki, erməni faşistləri təkcə Gəncədə deyil, Mingəçevir, Bərdə, Ağcabədi, Goranboy, Tərtər, Tovuz və bir neçə şəhər və rayonlarımızda da dinc əhaliyə qarşı terror törətmiş, mülki şəxslər həlak olmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev tədbir boyu iştirakçılarla bir yerdə olmuş, onları müşayiət etmişdir.

Böyük maraq və zəruri həyəcanla keçən tədbirin sonunda layihə rəhbəri Vüsalə Qələndərli bütün gəncəlilərə göstərdikləri isti münasibət üçün təşəkkür etmiş, belə layihələrin cəmiyyətdə vacib rol oynayacağından danışmış, dövlət dəstəyi üçün əlaqədar şəxslərə minnətdarlığını bildirmişdir. Bəli, QHT-lər ictimai proseslərin həllində üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirlər. Vüsalə Qələndərlinin müəllifi olduğu layihə də məhz bu zəruri işin tərkib hissəsidir. Ümumiyyətlə, dövlətimizin inkişafı üçün iş görən hər kəsi alqışlayır, onlara uğurlar diləyirik.

Hüseyn Məmmədov,
AJB-nin üzvü
27-04-2022, 19:57
AMEA-nın Mərkəzi Elmi Kitabxanası növbəti beynəlxalq müqavilə imzaladı

AMEA-nın Mərkəzi Elmi Kitabxanası növbəti beynəlxalq müqavilə imzaladı
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsi işini davam etdirir.
"Butov.az" xəbər verir ki, MEK bu dəfə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Federal Elm İnstitutu İctimai, Elmi, Texniki Kitabxanası ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev, qarşı tərəfdən isə sözügedən təşkilatın direktoru İrina Vladimirovna Lizunova imzalayıblar.

Əməkdaşlıq sazişi, kitabxanalar səviyyəsində birgə elmi və mədəni layihələrin, konfransların, təlim seminarlarının və s. həyata keçirilməsində qarşılıqlı informasiya dəstəyi göstərməklə yanaşı, mədəni məkanın inkişafına töhfə verən birgə tədqiqatların aparılmasını da nəzərdə tutur. Həmçinin bu əməkdaşlıq, hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi, müasir elektron kitabxana və resursların yaradılması istiqamətlərini də əhatə edir.
27-04-2022, 19:44

"Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi növbəti tədbirini Xırdalanda keçirib.
"Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi növbəti tədbirini Xırdalanda keçirib.

"Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Xırdalan şəhər 2 saylı orta məktəbdə növbəti tədbirini keçirib.

Tədbirdə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə vətəndaşların,xüsusilə də gənc nəslin sağlamlığının qorunması sahəsində dövlət rəhbərliyinin qayğısından və bu istiqamətdə aparılan islahatlardan danışdı,həmçinin narkomaniyaya qarşı 2019-2024- cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində müvafiq dövlət qurumları və ictimai təşkilatlar tərəfindən atılan addımlar barədə iştirakçıları məlumatlandırdı.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK) məsul işçisi Vasif Quliyev, təmsil etdiyi qurum tərəfindən görülən işlər,narkotik və psixotrop maddələrin insan sağlığı və cəmiyyət üçün fəsadları barədə müəllim və şagirdlərə ətraflı məlumatlar verdi və tədbir iştirakçılarının suallarını cavablandırdı.

Abşeron rayon təhsil idarəsinin metodist-psixoloqu İstək Bəxtiyarova, Xırdalan şəhər 2 saylı məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən direktor müavini Nərgiz İsmayılova və digər iştirakçılar, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərinin və mübarizənin daha da artırılmasının tərəfdarı olduqlarını bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan dövlət qurumlarına və təşkilatçılara minnətdarlıq etdilər.

Vidadi Fətullayev
“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!