Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
27-04-2022, 08:53
"Ürəyimin daman yeri..." şeirlər kitabının imza günü keçirildi.

"Ürəyimin daman yeri..." şeirlər kitabının imza günü keçirildi.
26 Aprel 2022-ci il saat 14:00 -da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə şair Aləmzər Sadıqqızının "Ürəyimin daman yeri..." şeirlər kitabının imza günü keçirildi. Tədbir giriş sözü ilə ədəbi tənqidçi Əsəd Cahangir açaraq sözü məclisin rəhbəri Güllü Eldar Tomarlıya verdi. Güllü xanım Aləmzər Sadiqızının həyat və yaradıcılığından , vətənpərvərlik mövzusunda yazdığı şeirlətdən danışdı. Sonra Milli məclisin deputatı Jalə Əliyeva, Əzizə Ağahüseynqızı, Narıngül Nadir və şairlər, poeziyasevərlər, oxucular çıxış etdilər. Tədbirin araya- ərsəyə gəlməsində təşkilatçılıq üçün Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğluna, çəkiliş üçün Mədəniyyət kanalına, operotor Asif bəyə, fotoqraflar Fərrux bəyə, Bayram bəyə məclisimiz adından təşəkkür edirik.






26-04-2022, 22:01
Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi növbəti tədbirini Xırdalanda keçirib.

Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi növbəti tədbirini Xırdalanda keçirib.
Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Xırdalan şəhər 2 saylı orta məktəbdə növbəti tədbirini keçirib.

Tədbirdə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə vətəndaşların,xüsusilə də gənc nəslin sağlamlığının qorunması sahəsində dövlət rəhbərliyinin qayğısından və bu istiqamətdə aparılan islahatlardan danışdı,həmçinin narkomaniyaya qarşı 2019-2024- cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində müvafiq dövlət qurumları və ictimai təşkilatlar tərəfindən atılan addımlar barədə iştirakçıları məlumatlandırdı.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK) məsul işçisi Vasif Quliyev, təmsil etdiyi qurum tərəfindən görülən işlər,narkotik və psixotrop maddələrin insan sağlığı və cəmiyyət üçün fəsadları barədə müəllim və şagirdlərə ətraflı məlumatlar verdi və tədbir iştirakçılarının suallarını cavablandırdı. Abşeron rayon təhsil idarəsinin metodist-psixoloqu İstək Bəxtiyarova, Xırdalan şəhər 2 saylı məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən direktor müavini Nərgiz İsmayılova və digər iştirakçılar, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərinin və mübarizənin daha da artırılmasının tərəfdarı olduqlarını bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan dövlət qurumlarına və təşkilatçılara minnətdarlıq etdilər.
[center]

Vidadi Fətullayev
“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri
26-04-2022, 21:47
MEDİA-da ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüş keçirilib
MEDİA-da ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüş keçirilib

26 aprel tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində İcraçı direktor Əhməd İsmayılov Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.
Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb. O, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğunu vurğulayıb. Fərmandan irəli gələrək normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edilib.
İcraçı direktor qonağın diqqətinə çatdırıb ki, bu il fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Bildirib ki, Qanunun məqsədi yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə Azərbaycanda jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə şəraitin yaradılmasıdır.
Teresa Ribeiro Azərbaycanda media sahəsində aparılan islahatlar və “Media haqqında” Qanun barədə ətraflı məlumatın təqdim edilməsinə görə təşəkkürünü bildirib, islahatlarla bağlı fikirlərini bölüşüb. Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
26-04-2022, 21:09
DOĞUŞ TÜRKÜSÜ


DOĞUŞ TÜRKÜSÜ

Bizlər Türkün küllüyündəm,
Ocaq-ocaq doğulmuşuq.
Dağlar aşıb atlı-yayaq,
Bayraq -bayraq doğulmuşuq.


Hər millətə qucaq açdıq,
Oda qaçddıq,oddan qaçdıq...
Saz göynətdik,sözlər qoşduq,
Dərdə ortaq doğulmuşuq...

Rüzgarlarla varaqlandıq,
Düşmən üstə odaqlandıq,
Bir nəfər tək yaraqlandıq,-
Yurda dayaq doğulmuşuq.

Allahın şah əsəriyik,
Peyqəmbbərin zəfəriyik,
Giziroğlu hünəriyik,
Quşdan oyaq doğulmuşuq...

Üç qitənin barı bizik,
Göz yaşından duru bizik,
İnsanlığın yarı bizik,-
Biz qurdsayaq doğulmuşuq...

Türküm,qardaş,türküm,türküm,
Dillər gəzir mənim türküm,
Əkim-biçim,biçim-əkim;
Çanaq- çanaq doğulmuşuq.

Turanımın haq-sayı var,
Millətimin göz oyu var...
Hər quşun da öz payı var,
Bizsə ortaq doğulmuşuq!..

Saraçlıyam,türk oğluyam,
Diş-dırnağı bərk oğluyam,
Mən dövrümün həng oğluyam,
Xəncər-bıçaq doğulmuşq...


Qazi N.P.S.MUTLUTÜRK
26-04-2022, 20:32
“Dünya Allah tərəfi rəssamın əli ilə bərqərar olub”

Firdovsi Hacıyev: “Dünya Allah tərəfi rəssamın əli ilə bərqərar olub”

Yaradıcı insanları Allahla müqayisə edənlər var. Çünki onlar əsərlərini öz istədikləri kimi yaradırlar. Belə demək mümkünsə, özləri öz dünyalarının Tanrıları olurlar. Rəssamlar da belə “güc” sahiblərindəndirlər. Tanınmış rəssam Firdovsi Hacıyev bu cür yaradıcı insanlardandır. O, uzun illərdir çəkdiyi rəsm əsərləri, o cümlədən peyzajları ilə ad qazanıb. Tanınmış rəssam “Bütöv Azərbaycan”ın suallarını cavablandırıb:
- Rəsmləri çəkərkən adətən nədən ilhamlanırsınız?

- Mənzərə, yəni peyzaj çəkmək istəsəm, təbiəti seyrə çıxıram. Daha orijinal əsər yaratmaq istəyəndə ideyalar axtarışında oluram. Hər halda ilham pərisi olmadan nəsə etmək mümkünsüzdür.
- Müsahibələrinizin birində demisiniz ki, rəsmlərinizdə “kubik rubik” çəkməyi sevirsiniz. Buna səbəb nədir?

- Onun 6 tərəfi, 8 bucağı və çoxlu “kubik”ləri var. Həmçinin “kubik-rubik” xeyli rəngdən ibarətdir. O, mənim üçün palitra mənbəyidir. Bu mənada “kubik-rubik” məndən ötrü fəlsəfi, psixoloji, riyazi həndəsi əhəmiyyətlidir. Yəni dünyamız içində də dünya var...
- Mövzulara necə seçir, bu zaman hansı məqamlara üstünlük verirsiniz?
- Hər mövzunun öz zamanı var. Mövzunun işlənmə vaxtı çatanda özü xəbər verir. Vaxtında işlənməyəndə isə adətən sonradan rəssam onun peşmanlığını çəkir. Əsərin səbəbkarı həmişə əsas obraz olur.
- Bəzən ədəbiyyatçılar öz qələmləri ilə çox şeyi dəyişə biləcəklərini iddia edirlər. Necə düşünürsünüz, fırça ya da rəsm əsərləri ilə dünyada nələri dəyişmək mümkündür?

- Fikrimcə, dünya rəssamın əli ilə formalaşıb. Təsadüfi deyil ki, tədqiqatçılar rəssamların əsərlərini tez-tez araşdırırlar. Çünki həmin əsərlərdə dünyamız, gələcəyimiz haqqında münasibətlər var. Məsələn, italiyalı məşhur rəssam Leonardo Da Vinçi dünya tarixinin inkişaf istiqamətini dəyişmişdir.
- Belə bir fikir var: sevdiyin işlə məşğul olsan, ömür boyu işləməzsən. Rəssamlıq sizin üçün daha çox gəlir mənbəyidir, yoxsa həyat tərzi?
- Sevdiyin hər şey, hər kəs sənin üçün həyat tərzidir. Sevgi ilə yaranan həmişə gözəl olur. Sevgini pulla almaq olmur. Əsərlər o qədər çox bəyənilməlidir ki, sonra gəlir gətirsin. Təəssüf ki, çox vaxt rəssamlara ölümündən sonra qiymət verilir. Sənətkar işinə çox zaman o qədər aludə olur ki, pul qazanmaq barədə düşünməyə vaxtı olmur.

- Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinə dair rəsm çəksəniz ilk nəyi təsvir edərdiniz?
- Prezident Vladimir Putinin faşist dəstəsinin Ukraynadakı soyqırımı bağışlanası hal deyil. Bir dövlət başçısının pullarının xarici banklarda saxlanmasını necə başa düşmək olar?! Sarı və göy rəngləri qana boyadan rusları təsvir etmək istərdim. Əsərin adı “Günə baxmayanlardır”.

Kənan Novruzov
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!