18-11-2022, 18:50
Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıbRusiyanın “Qazprom” şirkəti Azərbaycana qaz tədarükünün başlandığını elan edib.
Butov.az-ın məlumatına görə, “Qazprom” özünün "Telegram" kanalında bildirib ki, yeni alqı-satqı müqaviləsi çərçivəsində Azərbaycana qaz tədarükü noyabrın 15-dən başlayıb. Çatdırılmalar 2023-cü ilin mart ayına qədər davam edəcək. Müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanıb. Tədarükün ümumi həcminin 1 milyard kubmetr səviyyəsində olacağı gözlənilir. Qeyd olunur ki, Azərbaycanın öz qaz ehtiyatları var və onu fəal şəkildə ilk növbədə Türkiyəyə, sonra isə tranzit olaraq Avropaya ixrac edir. Rusiya yanacağının respublikaya tədarükü, Moskvanın əvvəllər svop satışı ilə bağlı razılaşdığı qazın İrana ixracının həcminin artması və ya sonrakı tranziti ilə izah oluna bilər.
18-11-2022, 18:48
İran Fransa avtomobillərinin idxalına qadağa qoyduİran Fransa avtomobillərinin idxalına qadağa qoyub. Bu barədə yerli mətbuat məlumat yayıb. İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib. Fransanın “Renault”, “Peugeot” və “Citroen” kimi firmalarının istehsal etdiyi nəqliyyat vasitələrinin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, "bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimizdə Yapon, Koreya, Çin və Fransa istehsalı olmayan Avropa avtomobilləridir”, - deyib. “İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək”, - Kalibaf bildirib. İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox “Peugeot”, “Renault” və “Citroen” kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb. Xarici şirkətlər, xüsusilə “Peugeot”, “Renault” və “Citroen” kimi fransız avtomobil istehsalçıları ABŞ-ın genişmiqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar. Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutub.
18-11-2022, 18:46
Ömürlük məhkumlar videogörüş keçirə biləcəklərAzərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər. Bununla bağlı Prezident İlham Əliyevin Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun imzalayıb. Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək. Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.
18-11-2022, 18:44
Zabuxçay su anbarını Türkiyə şirkəti tikəcəkAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində tarixi bir layihəyə imza atılıb. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, 18 noyabr 2022-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb. İmzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər. Cəmiyyətin sədri Zaur Mikayılov bildirib ki, Cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün tapşırıqları yüksək keyfiyyətlə və vaxtında icra etməliyik. O, əlavə olaraq qeyd etdi ki, bu layihə tarixi əhəmiyyət daşıyır. Layihənin icarsından sonra Qubadlı, Zəngilan rayonları ərazisində 12100 ha əkin sahəsi suvarma suyu ilə təmin olunacaq və işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq. Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim bildirdi ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə əməkdaşlıq təcrübəsinə sahibik və layihəni vaxtında və yüksək keyfiyyətlə təhvil verəcəyik. Xatırladaq ki, Laçın rayonu ərazisində tikiləcək Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisindən sonra Qubadlı, Zəngilan rayonları ərazisində yaradılan aqroparkların 12100 ha torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Qeyd edək ki, həcmi 26,7 mln kub metr olan Zabuxçay su anbarından 2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12100 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.
18-11-2022, 18:41
İsrailin Baş naziri Azərbaycanın qərarını alqışladı“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”. Bunu İsrailin Baş naziri Yair Lapid tviter hesabında yazıb. O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib: “Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”. Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.
18-11-2022, 18:34
İsraildə səfirliyimizin açılmasına Türkiyədən ilk reaksiya“Azərbaycanın İsraildə səfirlik açmasından böyük məmnunluq duyuruq”. Bunu açıqlamasına Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş deputatı Uğur Bayraktutan deyib. Türkiyəli deputatın sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması hər iki ölkənin əlaqələrini gücləndirəcək: “Bölgənin iki güclü dövləti arasında diplomatik əlaqələr regional və beynəlxalq barışa böyük töhfə verəcək. Ümumiyyətlə, İsrailin son zamanlar Türkiyə ilə əlaqələri yaxşılaşır. Azərbaycan kimi müttəfiqimizin də İsraillə diplomatik əlaqələrini yüksəltməsi bizi məmnun edir. Biz səfirliyin açılması qərarını dəstəkləyirik”. Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Səfirlik Tel-Əviv şəhərində fəaliyyət göstərəcək.
18-11-2022, 18:32
Ərdoğan Putinlə danışıqlar apardıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Butov.az xəbər verir ki, liderlər taxıl dəhlizi və regional məsələləri müzakirə ediblər. Prezident Ərdoğan Putinə taxıl ixracı ilə bağlı İstanbul sazişinin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib. Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını və bu səbəbdən diplomatik danışıqların yenidən canlandırılması lazım olduğunu bildirən prezident Ərdoğan deyib ki, Rusiya və Amerika kəşfiyyat rəhbərlərinin Türkiyədəki təmasları nəzarətsiz gərginliyin qarşısının alınmasında mühüm rol oynaya bilər. Rusiya prezidenti Putinin Türkiyədə təbii qaz mərkəzi yaratmaq təklifindən məmnun olduqlarını ifadə edən Ərdoğan, komandaların ən qısa zamanda ortaq hədəflərə çatmaq üçün lazımi texniki, hüquqi və ticari qiymətləndirmə edəcəklərini söyləyib. Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdiyi üçün Rusiya prezidenti Putinə də təşəkkür edib.
18-11-2022, 18:30
Türk dünyasının birliyi üçün qətiyyətli addımlar atılacaq - Çavuşoğlu"Türk dünyasının birliyi bölgədə sülh və sabitlik baxımından mühüm amildir. Biz bütün tərəflərə çağırış edirik ki, təhdidləri buraxın, əməkdaşlıq edək. Hamının maraqlarına uyğun addımlar ataq". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünü yüksək dəyərləndirən XİN başçısı qeyd edib ki, türk dünyasının birliyi və həmrəyliyi istiqamətində atılan qətiyyətli addımlar bundan sonra da davam edəcək.
18-11-2022, 18:28
Rusiyanın 80 subyekti ilə sıx əlaqə saxlayırıq - PrezidentBilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşündə söyləyib. “Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
18-11-2022, 18:25
İsraildə səfirliyin açılması ilə bağlı sənədi Prezident təqdim edib"İsraildə səfirliyimizin açılması dövlət başçısının təqdim etdiyi qanun layihəsi əsasında həyata keçirilir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.“Biz İsrailin dəstəyini hər zaman hiss etmişik. Bunu Amerikada, beynəlxalq platformalarda yaxşı bilirlər. Bu gün Azərbaycanın haqq səsini düzgün qiymətləndirən, dəstək olan İsraillə əlaqələri yüksək dəyərləndiririk. Dövlət başçısının təqdim etdiyi qanun layihəsi nəticəsində iki ölkə arasında əlaqələr yeni səviyyədə olacaq. Səfirliyin açılmasından sonra beynəlxalq platformalarda İsrailin dəstəyini hər kəs bir daha aydın görəcək”, - deyə komitə sədri vurğulayıb. Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi əlavə edilib.