20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
17-11-2022, 22:21
İranda etirazçılar generalı öldürdü


İranda etirazçılar generalı öldürdü

İranda kütləvi etirazlar davam edir. Bu gün Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb. Butov.az xəbər verir ki, general ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb. Hazırda generalı öldürən şəxslərin axtarışı davam edir.
17-11-2022, 16:58
Təbriz həbsxanasında Azərbaycan bayrağına görə dava


Təbriz həbsxanasında Azərbaycan bayrağına görə dava

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki həbsxanada Azərbaycan Respublikasının dövlət bayrağına görə baş verən dava-dalaşda güney azərbaycanlı milli fəal yaralanıb. Bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, tanınmış idmançı və ictimai fəal Kərim İsmayılzadəyə təzyiq etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər. Məlumata görə, həbsxanada üç məhbus Azərbaycan bayrağını təhqir etdikdən sonra Kərim İsmayılzadəyə hücum çəkiblər. Məcburi davaya cəlb olunan milli fəal hücum edənlərdən ikisinə müqavimət göstərib, üçüncü isə qaçıb. Bundan sonra xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Yaralanan Kərim İsmayılzadə həbsxananın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb. Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır. Hadisənin həbsxana rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi də vurğulanıb.
17-11-2022, 16:50
Kiyevdə İranın PUA-ları vuruldu


Kiyevdə İranın PUA-ları vuruldu

Ukraynanın paytaxtı Kiyev şəhərində İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatları məhv edilib. Bu barədə Kiyevin Hərbi Administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər zərərsizləşdirilib. Məlumata görə, son bir saat ərzində Kiyev üzərində Rusiyanın azı iki qanadlı raketi vurulub. Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları zərərsizləşdirilib.
17-11-2022, 16:48
Ərdoğan "Taxıl sazişi"nin uzadıldığını təsdiqlədi


Ərdoğan "Taxıl sazişi"nin uzadıldığını təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin müddətinin uzadıldığını təsdiqləyib. Butov.az xəbər verir ki, Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında verilən qərar nəticəsində Qara dəniz Taxıl Dəhlizi Anlaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb. Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub. Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
17-11-2022, 16:47
Sosial yardımı ləğv edib, uşaqpulu verək!


Sosial yardımı ləğv edib, uşaqpulu verək!

“Uşaqpulu məsələsi ilə bağlı sistemli dəyişiklik etmək lazımdır”. Bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında deyib. Deputat diqqətə çatdırıb ki, vətəndaşlar ünvanlı sosial yardımdan narazılıq edir: “Buna görə də hamının razı qalması üçün ünvanlı sosial yardım ləğv edib, onun əvəzinə uşaqpulu vermək lazımdır”.
17-11-2022, 16:45
Trampın “sağ əli” onun prezident olmasını istəmir


Trampın “sağ əli” onun prezident olmasını istəmir

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının Donald Trampdan daha yaxşı namizəd seçəcəyini bildirib. Mayk Pens bu barədə CNN telekanalının efirində danışıb. “Düşünürəm ki, mənim köhnə tərəfdaşımdan daha yaxşı seçimimiz olacaq. ABŞ amerikalıların rifahı üçün çalışan siyasətə qayıtmaq istəyir. Fikrimcə, ölkəni ən yüksək ideyalar ətrafında birləşdirəcək yeni rəhbərliyə ehtiyac yaranıb”, - Tramp administrasiyası dövründə vitse-prezident postunu tutan siyasətçi deyib. Onun fikrincə, Tramp 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürən zaman bu addım həmin dövr üçün düzgün seçim olub: "O dövrdə Tramp Demokratlar partiyasından prezidentliyə namizəd olmuş Hillari Klintonu məğlub edə biləcək yeganə namizəd idi, lakin indi vəziyyət fərqlidir". Qeyd edək ki, Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.
17-11-2022, 16:44
BMT-nin Baş katibi Ərdoğana təşəkkür etdi


BMT-nin Baş katibi Ərdoğana təşəkkür etdi

BMT-nin Baş katibi Antonio Quterreş “Taxıl sazişi”nin müddətinin uzadılmasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Bu barədə o, twitterdə yazıb. Baş katib bildirib ki, Türkiyənin səxavəti və öhdəliyi olmasaydı, bu təşəbbüs heç vaxt baş tutmazdı: “İstanbul əlamətdar diplomatik nailiyyətin mərkəzi olaraq qalır”. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli isə tviterdə yazıb ki, taxıl ixracının davam etməsi vacibdir: “Qara Dəniz Taxıl Təşəbbüsünün mart ayına qədər yenilənəcəyinə dair xoş xəbər aldıq. Dünyanı qidalandırmaq üçün Ukraynadan taxıl axını davam edəcək”. Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub. Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
17-11-2022, 16:41
Qardaşlarımız dirçəliş ruhunun güclü olduğunu göstərdilər - Türkiyə MN


Qardaşlarımız dirçəliş ruhunun güclü olduğunu göstərdilər - Türkiyə MN

“34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının mühüm dönüş nöqtəsi oldu. Qardaşlarımız 32 ildən sonra Qarabağda böyük zəfər qazandılar və dirçəliş ruhunun nə qədər canlı olduğunu göstərdilər”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşımında bildirilib. "Türkiyə “İki Dövlət, Bir Millət” anlayışı ilə hər zaman azərbaycanlı qardaş və bacıları ilə bir yerdə olmağa davam edəcək", - paylaşımda qeyd olunub.
17-11-2022, 16:35
Hərbçilərə verilən ödənişlərin artırılması təklif edildi


Hərbçilərə verilən ödənişlərin artırılması təklif edildi

Delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişlərinin artırılması təklif edilib. Bu təkliflə Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. “Onların ödənişlərinin indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılmasını təklif edirik. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir”, - deyə komitə sədri təklif edib.
17-11-2022, 16:34
Günəşli hava sabah da davam edəcək


Günəşli hava sabah da davam edəcək

Noyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq və mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!