20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
18-11-2022, 18:50
Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıb


Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıb

Rusiyanın “Qazprom” şirkəti Azərbaycana qaz tədarükünün başlandığını elan edib. Butov.az-ın məlumatına görə, “Qazprom” özünün "Telegram" kanalında bildirib ki, yeni alqı-satqı müqaviləsi çərçivəsində Azərbaycana qaz tədarükü noyabrın 15-dən başlayıb. Çatdırılmalar 2023-cü ilin mart ayına qədər davam edəcək. Müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanıb. Tədarükün ümumi həcminin 1 milyard kubmetr səviyyəsində olacağı gözlənilir. Qeyd olunur ki, Azərbaycanın öz qaz ehtiyatları var və onu fəal şəkildə ilk növbədə Türkiyəyə, sonra isə tranzit olaraq Avropaya ixrac edir. Rusiya yanacağının respublikaya tədarükü, Moskvanın əvvəllər svop satışı ilə bağlı razılaşdığı qazın İrana ixracının həcminin artması və ya sonrakı tranziti ilə izah oluna bilər.
18-11-2022, 18:48
İran Fransa avtomobillərinin idxalına qadağa qoydu


İran Fransa avtomobillərinin idxalına qadağa qoydu

İran Fransa avtomobillərinin idxalına qadağa qoyub. Bu barədə yerli mətbuat məlumat yayıb. İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib. Fransanın “Renault”, “Peugeot” və “Citroen” kimi firmalarının istehsal etdiyi nəqliyyat vasitələrinin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, "bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimizdə Yapon, Koreya, Çin və Fransa istehsalı olmayan Avropa avtomobilləridir”, - deyib. “İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək”, - Kalibaf bildirib. İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox “Peugeot”, “Renault” və “Citroen” kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb. Xarici şirkətlər, xüsusilə “Peugeot”, “Renault” və “Citroen” kimi fransız avtomobil istehsalçıları ABŞ-ın genişmiqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar. Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutub.
18-11-2022, 18:46
Ömürlük məhkumlar videogörüş keçirə biləcəklər


Ömürlük məhkumlar videogörüş keçirə biləcəklər

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər. Bununla bağlı Prezident İlham Əliyevin Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun imzalayıb. Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək. Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.
18-11-2022, 18:44
Zabuxçay su anbarını Türkiyə şirkəti tikəcək


Zabuxçay su anbarını Türkiyə şirkəti tikəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində tarixi bir layihəyə imza atılıb. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, 18 noyabr 2022-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb. İmzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər. Cəmiyyətin sədri Zaur Mikayılov bildirib ki, Cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün tapşırıqları yüksək keyfiyyətlə və vaxtında icra etməliyik. O, əlavə olaraq qeyd etdi ki, bu layihə tarixi əhəmiyyət daşıyır. Layihənin icarsından sonra Qubadlı, Zəngilan rayonları ərazisində 12100 ha əkin sahəsi suvarma suyu ilə təmin olunacaq və işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq. Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim bildirdi ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə əməkdaşlıq təcrübəsinə sahibik və layihəni vaxtında və yüksək keyfiyyətlə təhvil verəcəyik. Xatırladaq ki, Laçın rayonu ərazisində tikiləcək Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisindən sonra Qubadlı, Zəngilan rayonları ərazisində yaradılan aqroparkların 12100 ha torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Qeyd edək ki, həcmi 26,7 mln kub metr olan Zabuxçay su anbarından 2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12100 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.
18-11-2022, 18:41
İsrailin Baş naziri Azərbaycanın qərarını alqışladı


İsrailin Baş naziri Azərbaycanın qərarını alqışladı

“Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”. Bunu İsrailin Baş naziri Yair Lapid tviter hesabında yazıb. O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib: “Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”. Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.
18-11-2022, 18:34
İsraildə səfirliyimizin açılmasına Türkiyədən ilk reaksiya


İsraildə səfirliyimizin açılmasına Türkiyədən ilk reaksiya

“Azərbaycanın İsraildə səfirlik açmasından böyük məmnunluq duyuruq”. Bunu açıqlamasına Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş deputatı Uğur Bayraktutan deyib. Türkiyəli deputatın sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması hər iki ölkənin əlaqələrini gücləndirəcək: “Bölgənin iki güclü dövləti arasında diplomatik əlaqələr regional və beynəlxalq barışa böyük töhfə verəcək. Ümumiyyətlə, İsrailin son zamanlar Türkiyə ilə əlaqələri yaxşılaşır. Azərbaycan kimi müttəfiqimizin də İsraillə diplomatik əlaqələrini yüksəltməsi bizi məmnun edir. Biz səfirliyin açılması qərarını dəstəkləyirik”. Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Səfirlik Tel-Əviv şəhərində fəaliyyət göstərəcək.
18-11-2022, 18:32
Ərdoğan Putinlə danışıqlar apardı


Ərdoğan Putinlə danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Butov.az xəbər verir ki, liderlər taxıl dəhlizi və regional məsələləri müzakirə ediblər. Prezident Ərdoğan Putinə taxıl ixracı ilə bağlı İstanbul sazişinin 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib. Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını və bu səbəbdən diplomatik danışıqların yenidən canlandırılması lazım olduğunu bildirən prezident Ərdoğan deyib ki, Rusiya və Amerika kəşfiyyat rəhbərlərinin Türkiyədəki təmasları nəzarətsiz gərginliyin qarşısının alınmasında mühüm rol oynaya bilər. Rusiya prezidenti Putinin Türkiyədə təbii qaz mərkəzi yaratmaq təklifindən məmnun olduqlarını ifadə edən Ərdoğan, komandaların ən qısa zamanda ortaq hədəflərə çatmaq üçün lazımi texniki, hüquqi və ticari qiymətləndirmə edəcəklərini söyləyib. Ərdoğan İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdiyi üçün Rusiya prezidenti Putinə də təşəkkür edib.
18-11-2022, 18:30
Türk dünyasının birliyi üçün qətiyyətli addımlar atılacaq - Çavuşoğlu


Türk dünyasının birliyi üçün qətiyyətli addımlar atılacaq - Çavuşoğlu

"Türk dünyasının birliyi bölgədə sülh və sabitlik baxımından mühüm amildir. Biz bütün tərəflərə çağırış edirik ki, təhdidləri buraxın, əməkdaşlıq edək. Hamının maraqlarına uyğun addımlar ataq". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünü yüksək dəyərləndirən XİN başçısı qeyd edib ki, türk dünyasının birliyi və həmrəyliyi istiqamətində atılan qətiyyətli addımlar bundan sonra da davam edəcək.
18-11-2022, 18:28
Rusiyanın 80 subyekti ilə sıx əlaqə saxlayırıq - Prezident


Rusiyanın 80 subyekti ilə sıx əlaqə saxlayırıq - Prezident

Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşündə söyləyib. “Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
18-11-2022, 18:25
İsraildə səfirliyin açılması ilə bağlı sənədi Prezident təqdim edib


İsraildə səfirliyin açılması ilə bağlı sənədi Prezident təqdim edib

"İsraildə səfirliyimizin açılması dövlət başçısının təqdim etdiyi qanun layihəsi əsasında həyata keçirilir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.“Biz İsrailin dəstəyini hər zaman hiss etmişik. Bunu Amerikada, beynəlxalq platformalarda yaxşı bilirlər. Bu gün Azərbaycanın haqq səsini düzgün qiymətləndirən, dəstək olan İsraillə əlaqələri yüksək dəyərləndiririk. Dövlət başçısının təqdim etdiyi qanun layihəsi nəticəsində iki ölkə arasında əlaqələr yeni səviyyədə olacaq. Səfirliyin açılmasından sonra beynəlxalq platformalarda İsrailin dəstəyini hər kəs bir daha aydın görəcək”, - deyə komitə sədri vurğulayıb. Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi əlavə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!