Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-11-2022, 20:18
Avropa İttifaqından Ermənistana məsləhət: buna hazır olun!


Avropa İttifaqından Ermənistana məsləhət: buna hazır olun!

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bugünlərdə gerçəkləşən İrəvan səfəri kifayət qədər hadisəli olub. Bu barədə Ermənistanın “Past” qəzeti yazıb. “Diplomatik mənbəmizin bildirdiyinə görə, Avropa İttifaqı Klaara danışıqlarda iştirak edən tərəflərlə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair “Brüssel paketi” üzərində işləmək səlahiyyəti verib və regional səfər də məhz bu mövzuya aid idi. Əldə etdiyimiz məlumata görə, Toivo Klaar Ermənistan hakimiyyətinə “Brüssel paketi”nə müəyyən dəyişikliklərin istisna edilmədiyini çatdırıb. Lakin söhbəti konkret nədən getdiyini açıqlamayıb”, - deyə adıçəkilən nəşr qeyd edib. Qəzetin bildirdiyinə görə, Aİ-nin xüsusi nümayəndəsi parlamentin hakim fraksiyası ilə ayrıca müzakirə aparıb və qeyd edib ki, Ermənistan-Azərbaycan razılaşması ərəfəsində bu mövzu ətrafında “ictimai konsensus” üçün parlament dinləmələrinin keçirilməsi zərurəti yarana bilər. Məlumata əsasən, bu məsələ hakim iqtidarın nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Deputatlar Klaara bunun çox həssas mövzu olduğunu çatdırıblar, ictimai reaksiyanın kifayət qədər sərt olduğuna və bu mövzuda müzakirələrin çətinlik yarada biləcəyinə eyham vurublar. Bununla belə, avropalı diplomat qeyd edib ki, o, mövzunun həssaslığından xəbərdardır, lakin demokratiya nöqteyi-nəzərindən bu, vacib prosesdir, ona görə də onlar mümkün müzakirələrə hazır olmalıdırlar.
8-11-2022, 16:47
Gənc əsgərlər and içdilər


Gənc əsgərlər and içdilər

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il hazırlıq planına uyğun olaraq noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Mərasimlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Sonda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.
8-11-2022, 16:45
Ərdoğan Azərbaycanı təbrik etdi


Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. Bununla bağlı Prezidentin Tvitter hesabında paylaşım edilib. Paylaşımda deyilir: “Dastan olacaq bir mücadilənin verildiyi 44 günün ardından Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq”.
8-11-2022, 16:44
Sentyabr döyüşlərindən sonra ordumuzun yerləşdiyi yeni mövqelər açıqlandı


Sentyabr döyüşlərindən sonra ordumuzun yerləşdiyi yeni mövqelər açıqlandı

"13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. "Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik", - dövlət başçısı bildirib.
8-11-2022, 16:42
Rus sülhməramlılar Qarabağda müvəqqəti yerləşib - İlham Əliyev


Rus sülhməramlılar Qarabağda müvəqqəti yerləşib - İlham Əliyev

“Qarabağ bizim torpağımızdır”. Bunu Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib. Prezident rus sülhməramlılarının Qarabağda müvəqqəti yerləşdiyini vurğulayıb: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər. 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
8-11-2022, 16:40
Prezidentdən Ermənistana Zəngəzur xəbərdarlığı


Prezidentdən Ermənistana Zəngəzur xəbərdarlığı

"Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, biz, sadəcə olaraq, bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşırıq: "Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk, amma Ermənistan yerinə yetirir? Yox! İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq".
"Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?", - deyə dövlət başçısı çıxışında bildirib.
8-11-2022, 16:38
ABŞ-da kritik səsvermə başlayıb: Bayden Trampa uduza bilər...


ABŞ-da kritik səsvermə başlayıb: Bayden Trampa uduza bilər...

Bu gün ABŞ-da keçirilən aralıq seçkilərdə səsvermə başlayıb. Bu seçkilər nəticəsində Amerika Konqresində Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də Senatın üçdə biri seçiləcək. Bundan başqa, əksər ştatlarda qubernatorlar müəyyənləşəcək. Amerikalı seçicilərin əhəmiyyətli hissəsi artıq vaxtından əvvəl - poçt vasitəsilə və ya belə imkanı verən ayrı-ayrı seçki məntəqələrində səs verib. Ümumilikdə, aralıq seçkilərdə artıq 42 milyondan çox insan səs verib ki, onların da əksəriyyəti (45%) Demokrat Partiyasının namizədlərini dəstəkləyir. ABŞ-ın hazırkı prezidenti Co Bayden də oktyabrın 29-da Delaver ştatının Uilminqton şəhərində erkən səs verib. Qeyd edildiyi kimi, amerikalılar Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) 435 üzvünün hamısını və Senatın (yuxarı palata) 100 üzvündən 35-ni seçməli olacaqlar. Həmçinin, 50 ştatdan 36-da qubernator seçkiləri keçiriləcək. Bundan əlavə, onların əksəriyyətində yerli administrasiyaların əsas nümayəndələrinin seçkiləri keçiriləcək. Proqnozlara görə, respublikaçılar Konqresin hər iki palatasında öz təmsilçiliyini artıra bilərlər ki, bu da onlara Demokratlar Partiyasından olan prezidentin qanunvericilik təşəbbüslərini əngəlləmək imkanı verəcək. Hazırda Konqresin Nümayəndələr Palatasında Demokratlar 220 yer, respublikaçılar 212 yer tutur, 3 yer boş qalır. Senatda demokratların 48 yeri var, lakin 2 müstəqil senator həmişə onların tərəfinə səs verir, respublikaçılar 50 yer tutur. ABŞ Konstitusiyasına görə, Senatda səslərin bərabər bölünməsi halında ABŞ-ın vitse-prezidentinin səsi həlledici sayılır. Bu postu demokrat Kamala Harris tutur. Proqnozlara görə, Respublikaçıların Konqresin hər iki palatasına nəzarəti ələ keçirmə şansı 53%, Demokratlar üçün eyni nəticənin şansı 16%-dir. Demokratların Nümayəndələr Palatasında uduzması müqabilində Senata nəzarəti ələ keçirmə şansı 30% təşkil edir.
8-11-2022, 16:36
İlham Əliyev: “Biz heç kimdən asılı deyilik”


İlham Əliyev: “Biz heç kimdən asılı deyilik”

"Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. "Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq", - Ali Baş Komandan bildirib.
8-11-2022, 16:34
Prezident: “İki il ərzində bir manat belə yardım almamışıq”


Prezident: “İki il ərzində bir manat belə yardım almamışıq”

"Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. "İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır". Dövlət başçısı vurğulayıb ki, bütün işlərin maliyyə mənbəyi Azərbaycan büdcəsidir: "Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Biz bunu etdik, yaratdıq və iqtisadi asılılığı tamamilə aradan qaldırdıq. Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik".
8-11-2022, 16:32
Rusiya tərəfi Zelenskinin şərtlərini fantastik hesab etdi


Rusiya tərəfi Zelenskinin şərtlərini fantastik hesab etdi

Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlar aparması üçün qoyduğu şərtlər fantastikdir. Bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib. Ukrayna lideri danışıqların şərtlərini Qərb mediasının “Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi” xəbərindən sonra açıqlayıb. "Zelenskinin şərtləri demaqogiyadır və qeyri-müəyyən ifadələrlə zəngindir", – rusiyalı deputat vurğulayıb. Onun sözlərinə görə, ABŞ Ukrayna rəhbərliyinə göstərişlər verməkdə davam edir, lakin eyni zamanda, Zelenskinin elan etdiyi şərtlər real deyil.“Nə olursa olsun, Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə təsir etmək və Moskva ilə körpüləri yandırmamaq üçün Rusiya və Ukrayna arasında rabitə kanallarının saxlanmasının vacibliyini anlayır, çünki ABŞ Rusiya iləbirbaşa qarşıdurmaya girmək təhlükəsini anlayır”. Noyabrın 8-də Vladimir Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb. “Bir daha: ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün itkilərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət”, - deyə Ukrayna dövlətinin başçısı qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!