8-11-2022, 16:30
Rusiya Ukraynanın 500 təyyarə və helikopterini məhv edibRusiya qoşunları fevralın 24-dən bəri 500-dən çox Ukrayna təyyarəsi və helikopterini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 332 təyyarə, 171 helikopter, 2465 pilotsuz uçuş aparatı, 388 zenit-raket kompleksi, 6448 tank və digər zirehli döyüş texnikası, 884 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3563 sahə artilleriya silahı və minaatanlar, həmçinin 7127 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib”, - məlumatda deyilir.
8-11-2022, 16:29
İran səfirliyindən Azərbaycana təbrikİranın Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin “Twitter“ hesabında paylaşım edilib. İran səfirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edib. “Şəhidlərin ruhu şad olsun”, - deyə paylaşımda bildirilib.
8-11-2022, 16:17
Nensi Pelosi istefa anonsu verdiABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tutduğu vəzifədən istefa verə biləcəyini açıqlayıb.
Butov.az xəbər verir ki, siyasətçi qərarını oktyabrın 28-də San-Fransiskoda ailə üzvünə qarşı həyata keçirilən sui-qəsdlə izah edib. Qeyd edək ki, Nensi Pelosinin evdə olmadığı vaxtda yaşadığı evə edilən hücum zamanı onun əri Paul Pelosi xəsarət alıb.
8-11-2022, 16:15
İlham Əliyev xanımı və oğlu ilə birlikdə ŞuşadaNoyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Butov.az xəbər verir ki, dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edib.
8-11-2022, 16:08
Bayraktar xalqımızı təbrik etdiTürkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Butov.az xəbər verir ki, Səlcuq Bayraktar bu barədə "Twitter"də paylaşım edib.
"Dursa qarşımda bütün cəhan,
vermərəm öz torpağımdan”.
Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının 2. İl dönümü mübarək. Müqqəddəs Şəhidlərimizin ruhu şad olsun", - paylaşımda bildirilib.
8-11-2022, 16:05
Gürcülər dost və düşmən ölkələrin adını açıqladı - Rusiya, Ukrayna, Azərbaycan...Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Gürcüstanda apardığı araşdırmanın nəticəsinə görə, vətəndaşların əksəriyyəti siyasi və iqtisadi tərəfdaşlar kimi Avropa İttifaqını (48-51 faiz), ABŞ-ı (43-47 faiz), Ukrayna və Türkiyəni (16-28 faiz) gördüyünü bildirib.
Butov.az xəbər veriri ki, sorğunun nəticələrindəı Rusiya Gürcüstan üçün təhlükə hesab olunur. Gürcülərin 80-89 faizi Rusiyanı siyasi və ya iqtisadi təhlükə, yalnız 7 faizi siyasi tərəfdaş, 15 faizi isə iqtisadi tərəfdaş hesab edir. Sorğunun nəticəsinə görə, Ermənistan və Azərbaycan Gürcüstan üçün iqtisadi və siyasi tərəfdaşlar hesab olunurlar (onlar ilk onluğa daxildirlər), lakin aparıcı siyasi və iqtisadi tərəfdaşlar hesab edilmir. Tədqiqat göstərir ki, Gürcüstanda cəmiyyət ümumiyyətlə Qərb yönümlüdür. Bundan başqa, qonşularımızın Ukraynaya dəstəyi kifayət qədər yüksəkdir. Gürcülərin 24 faizi Ukraynanı Gürcüstanın siyasi, 19 faizi isə iqtisadi tərəfdaşı hesab edir.
8-11-2022, 16:03
Pakistanın məşhur qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıbPakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Butov.az xəbər verir ki, “Minar-e-Pakistan”ın ölkəmizin bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub. “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Qeyd olunmalıdır ki, sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.
8-11-2022, 16:01
Türkiyənin gücü Azərbaycanın gücüdür - AkarTürkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Azərbaycanın Türkiyədəki Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış Zəfərin 2-ci ildönümünə həsr olunmuş rəsmi qəbul və konsert keçirilib. Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlayıb. Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən "Tarix yazan Ordu" filminin nümayişindən sonra açılış çıxışları edilib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında Azərbaycan -Türkiyə qardaşlığının, birliyinin əbədiliyinə diqqət çəkib. Nazir Türkiyə ilə Azərbaycanı eyni gördüklərini, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün Türkiyənin gücü olduğunu qeyd edib. Nazir Azərbaycan torpaqları 30 ilə yaxın işğalda olduğu müddətdə, yüz minlərcə azərbaycanlı torpaqlarından məcburi köçkün olduğu, Xocalı faciəsi törədildiyi zaman səsini çıxarmayanların indi ortaya çıxmasının xüsusi diqqət çəkdiyini vurğulayıb. Bildirib ki, 44 günlük müharibə türkün gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcəklər. Azərbaycan - Türkiyə Parlamentlərarası Əməkdaşlıq qrupunun sədri Əhliman Əmiraslanovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışlarında 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyə toxunulub, Şuşa Bəyannaməsi ilə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəldiyi xüsusi qeyd olunub. Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyənin sevilən sənətçilərinin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Zəfər tədbiri Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
8-11-2022, 15:57
Sabah da yağış yağacaqNoyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.
8-11-2022, 15:55
Zəfərlərin daim olsun, Can Azərbaycan! - ÇavuşoğluTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib. Türkiyə XİN rəhbərinin “Twitter“ hesabında paylaşdığı təbrikdə deyilir:“İşğal altındakı torpaqlarını qəhrəman bir mübarizə nəticəsində azad edən və beləliklə bölgədə barış və sabitliyin təmin edilməsinə vəsilə olan Azərbaycanın Zəfər Günü qutlu olsun. Zəfərlərin daim olsun, Can Azərbaycan!”, - Çavuşoğlu yazıb.