7-04-2023, 23:51
Azərbaycandan Qazaxıstana təklifAzərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin öz ərazisindən nəql edilməsini təklif edib. Bu barədə "Reuters" agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən biri bildirib ki, razılıq əldə olunarsa, neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından tədarük edilə bilər. Nəşr qeyd edib ki, Azərbaycan, həmçinin Gürcüstanın Qara dəniz limanları vasitəsilə də neft nəqlini təklif edib.
Məlumata görə, tərəflər hazırda detalları müzakirə edir.
7-04-2023, 23:32

7-04-2023, 23:27
İlham Əliyev gürcü naziri Qəbələylə tanış edibAprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhəri ilə tanış edilib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Qəbələ regional “ASAN xidmət“ mərkəzində və Qəbələ Qida şəhərciyində olublar.
7-04-2023, 23:23
Makron çinli həmkarıyla birlikdə bəyanat yaydıFransa prezidenti Emmanuel Makron və Çin lideri Si Cinpin danışıqlardan sonra birgə bəyanat yayıb. Bu barədə Yelisey sarayı məlumat yayıb. Bəyanatda iki ölkə arasında strateji dialoqun vacibliyi vurğulanıb, nüvə müharibəsinin qarşısının alınması və Ukraynada sülhün bərqərar edilməsi üçün bütün səylərin əhəmiyyəti dəstəklənib. Sənəddə xüsusilə qeyd olunub ki, Fransa və Çin dövlətlər arasında fikir ayrılıqlarının və mübahisələrin sülh yolu, dialoq və məsləhətləşmələr yolu ilə həll edilməli olduğuna inanırlar. Qeyd edək ki, Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 5-də Çinə üç günlük səfər ediblər.
7-04-2023, 23:19
İsveç Türkiyəyə verdiyi sözə əməl etmədiİsveç terrorçuluqda ittiham olunan şəxsi Türkiyəyə təhvil verməkdən imtina edib. Bu barədə İsveçin TT informasiya agentliyi məlumat yayıb. Rəsmi Stokholm təhvil verməkdən imtina etdiyi şübhəlinin İsveç vətəndaşı olduğunu və bu səbəbdən onun ekstradisiya edilə bilməyəcəyini açıqlayıb. Türkiyənin terror təşkilatının üzvü hesab etdiyi 50 yaşlı kişinin ekstradisiya tələbi 2022-ci ildə irəli sürülüb. Qeyd edək ki, rəsmi Ankara terrorçularla bağlı tələbləri yerinə yetirmədiyi üçün İsveçin NATO-ya üzv olmasına razılıq verməyib.
7-04-2023, 23:16
Ağdam rayonunda insan sümükləri tapılıbİşğaldan azad olunmuş Ağdam rayonunda aparılan qazıntı işləri zamanı tapılmış insan sümüklərinin görüntüsü yayılıb. Ağdam rayonu, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Daha əvvəl də işğaldan azad edilmiş torpaqlarda kütləvi məzarlıqlar aşkarlanıb. Belkə ki, azad edilmiş ərazilərdə, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.
7-04-2023, 15:40
Ukraynanın əks-hücum planları haqqında bəyanatı izləyirik - Peskov"Rusiya Federasiyasının hərbçiləri bütün məlumatları, o cümlədən Blinkenin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum planları haqqında bəyanatını izləyir və nəzərə alır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Belarusla ittifaq dövlətinin təhlükəsizlik konsepsiyası ən qısa zamanda hazırlanacaq. Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi planları Rusiyanın nüvə doktrinasına yenidən baxılmasını tələb etməyəcək. Kreml Si Tsinpin və Makron arasında danışıqlara dair xəbərləri izləyir, bu mühüm təmasdır. Şübhə edirəm ki, dünyanın nüvə silahından tam imtina ilə bağlı ümumi konsensus potensialı var", - o qeyd edib. Peskov Makronun Çinə səfərini şərh edərkən Pekinin xarici təsir altında mövqeyini dəyişmədiyinə əminliyini ifadə edib.
7-04-2023, 15:29

7-04-2023, 15:22
Çavuşoğlu və Lavrovdan mühüm açıqlamalar gəldi
"Türkiyə zəlzələlərin nəticələrinin aradan qaldırılmasına kömək etdiyi və zərərçəkənlərə humanitar yardım göndərdiyi üçün Rusiyaya minnətdardır". Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununda bildirib. "Taxıl müqaviləsinin icrasını davam etdirmək çox vacibdir. Türkiyə Rusiyadan taxıl və gübrə ixracının başlanmasına maneələrin aradan qaldırılması üçün BMT-nin səylərini dəstəkləyir. Türkiyə bu il Rusiya Federasiyasından çox sayda turist gözləyir. Taxıl müqaviləsi çərçivəsində Ukraynadan 27 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib. Sığorta və bank xidmətləri sahəsində taxıl sövdələşməsi çərçivəsində Rusiya Federasiyasına maneələr qalmaqdadır. Biz Qərbə sazişin öhdəliklərinin hamılıqla yerinə yetirilməli olduğunu xatırladanda bizə deyirlər ki, siz Rusiyanı dəstəkləyirsiniz?", - nazir qeyd edib. Rusiya XİN başçısı da öz növbəsində mühüm açıqlamalar verib. "Rusiya Federasiyası və Türkiyə yekdil fikirdədirlər ki, qeyri-sabit geosiyasi vəziyyət qaz qovşağının yaradılmasının zəruriliyini təsdiqləyir. Fələstin və İsrail arasında nizamlanma prosesi çox geriyə gedib. Qərbin Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqları ilə bağlı bəyanatları vicdansız hiylədir. Rusiya Federasiyası, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü hazırlanmalıdır, tarixlər razılaşdırılır. Çavuşoğlunun Moskvaya səfərini görməkdən şad olaram", - nazir deyib.
7-04-2023, 15:12
Qaz, işıq və sudan qanunsuz istifadə edənləri həbs gözləyirQanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulmaya görə cinayət məsuliyyəti müəyyənləşir. Bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.