Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
8-04-2023, 23:07
Müstəqil xarici siyasətə hörmətlə yanaşılmalıdır - XİN başçısı


Müstəqil xarici siyasətə hörmətlə yanaşılmalıdır - XİN başçısı

Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətə hörmətlə yanaşılmalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığında bildirib. Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
8-04-2023, 23:03
Ceyhun Bayramov iranlı həmkarıyla telefon danışığı aparıb


Ceyhun Bayramov iranlı həmkarıyla telefon danışığı aparıb

7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Azərbaycan XİN-dən verilən məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Telefon danışığı zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
8-04-2023, 23:00
Ukrayna sursat çatışmazlığı ilə üz-üzə qaldı


Ukrayna sursat çatışmazlığı ilə üz-üzə qaldı

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı müharibədə ciddi sursat çatışmazlığı ilə üzləşib. Bu barədə Amerikanın nüfuzlu “The Washington Post” (WP) qəzetində dərc edilən məqalədə bildirilib. Nəşr adı açıqlanmayan Ukrayna zabitinə istinadən yazıb ki, hərbçilər Rusiya Silahlı Qüvvələri tərəfindən atılan, ancaq partlamayan hərbi sursatlarını toplamağa məcbur olub. Zabit deyib ki, Ukrayna ordusu gündə təxminən 7700 mərmi istifadə edir. “Bizim çoxlu sursatımız yoxdur, ona görə də çox iş görmürük”, - ukraynalı döyüşçü qeyd edib. Bildirilib ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının tərk etdiyi əraziləri gəzərək partlamamış hərbi sursatları axtarır. Tapılan sursatlar Ukraynanın şərqindəki gizli emalatxanalarda təkrar emal edilir.
Məlumata görə, Ukrayna ordusu daha çox Sovet dövründən qalma silahlar üçün mərmi çatışmazlığı yaşayır. Hazırda 152 mm və 122 mm-lik mərmiləri saxlayan ölkələr əsasən keçmiş sovet respublikalarıdır, bu ölkələrin bir çoxu Rusiya ilə əlaqələri səbəbindən bu mərmiləri Ukraynaya satmaqda tərəddüd edir. Qərb ölkələrinin verdiyi artilleriya üçün 155 mm çaplı mərmilər istifadə edilir, bu silahlar üçün hələlik çətinlik yaşanmır. Buna baxmayaraq, Qərb dövlətləri sursat istehsalını artırmağa çalışır.
8-04-2023, 22:57
Zelenski iftar süfrəsində iştirak etdi


Zelenski iftar süfrəsində iştirak etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Krım yarımadasının müsəlman sakinləri ilə iftar mərasimində iştirak edib. Mərasim Kiyevin Çayki bölgəsindəki Krım Müsəlmanları Mərkəzində keçirilib. İftarda Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere, Krım Tatar Türklərinin lideri Mustafa Kırımoğlu, Ukraynadakı dini liderlər və digər müsəlman nümayəndələr iştirak ediblər.
8-04-2023, 22:54
Türkiyədə partiyaların seçki bülletenindəki yeri müəyyən oldu


Türkiyədə partiyaların seçki bülletenindəki yeri müəyyən oldu

Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində partiyaların seçki bülletenindəki yeri müəyyənləşib. Ali Seçki Komissiyasında bunun üçün püşk atılıb. Püşkün nəticələrinə əsasən, seçki bülletenində ilk yerdə Yeni Türkiyə Partiyası, sonuncu yerdə isə Müstəqil Türkiyə Partiyası yer alacaq. Hakim siyasi qüvvələrin təmsil olunduğu "Cümhur İttifaqı" 8-ci, müxalifətin formalaşdırdığı "Millət İttifaqı" isə 18-ci yerdə qərarlaşıb.

8-04-2023, 22:51
Televiziya əməkdaşları İran səfirliyi qarşısında təyziqə məruz qaldı


Televiziya əməkdaşları İran səfirliyi qarşısında təyziqə məruz qaldı

AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıb. QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən verilən xəbərə görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumat əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb. Qeyd edək ki, İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən persona non qrata elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

8-04-2023, 17:13
Azərbaycan XİN İrana tutarlı cavab verdi


Azərbaycan XİN İrana tutarlı cavab verdi

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. "Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və cavab olaraq atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir. İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir. Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub və bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub", - deyə XİN rəsmisi qeyd edib.
8-04-2023, 17:05
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.
8-04-2023, 17:02
Ağdaban soyqırımından 31 il ötür


Ağdaban soyqırımından 31 il ötür

“Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötür”. Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bu barədə "Twitter" hesabında paylaşım edib. “130 evdən ibarət Ağdaban tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər xüsusi amansızlıqla qətlə yetirilib (8 nəfər 90-100 yaş arası qocalar, 2 körpə və 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb”, - deyə XİN sözçüsü qeyd edib.
8-04-2023, 16:59
Zakir Həsənov yeni hərbi hissə ilə tanış oldu


Zakir Həsənov yeni hərbi hissə ilə tanış oldu

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub. Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı və server otağı mövcuddur. Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin və komandir heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!