17-04-2023, 23:17
ABŞ-dan Türkiyəyə F-16 döyüş təyyarələriylə bağlı razılıq Bayden administrasiyası Türkiyəyə F-16 döyüş təyyarələrinin modernləşdirilməsi üçün avadanlıqların satılmasına razılıq verməyə hazırlaşır. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, ABŞ Dövlət Departamenti radarlar və avioniklərdən ibarət olan silah paketinin satışı barədə Konqresə rəsmi məlumat verəcək. Satış Konqres tərəfindən təsdiqlənərsə, Türkiyə öz inventarındakı F-16 döyüş təyyarələrini modernləşdirmək üçün istifadə edəcəyi avadanlıqları əldə edə biləcək. Qeyd edək ki, Türkiyə ABŞ-dan F-16 qırıcıları və bu qırıcıların modernləşdirilməsi üçün lazım olan vasitələr tələb edib. Konqresə hərbi satışın həyata keçirilməsinə razılıq verməyib.
17-04-2023, 23:00
Silahlı toqquşma zamanı 180-dən çox insan həlak olduSudanda baş verən silahlı toqquşmalar zamanı 180-dən çox insan həlak olub. Bu barədə BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes məlumat verib. O, 1800-dən çox insanın yaralandığını açıqlayıb. "Humanitar yardım üçün vəziyyət çox çətin, hətta qeyri-mümkündür”, - BMT rəsmisi bildirib. Qeyd edək ki, Sudanda ordu birləşmələri ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar yaşanır.
17-04-2023, 23:00
Silahlı toqquşma zamanı 180-dən çox insan həlak olduSudanda baş verən silahlı toqquşmalar zamanı 180-dən çox insan həlak olub. Bu barədə BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes məlumat verib. O, 1800-dən çox insanın yaralandığını açıqlayıb. "Humanitar yardım üçün vəziyyət çox çətin, hətta qeyri-mümkündür”, - BMT rəsmisi bildirib. Qeyd edək ki, Sudanda ordu birləşmələri ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar yaşanır.
17-04-2023, 22:00
Rusiya Ukraynaydakı müharibənin sonlanmasına maraqlıdır - LavrovXəbər verdiyimiz kimi, Rusiya və Braziliyanın xarici işlər nazirləri Sergey Lavrov və Mauro Vieyra görüş keçirib. Nazirlər Braziliyada keçirilən görüşdən sonra mətbuat konfransı keçiriblər. Lavrovun sözlərinə görə, o, həmkarı ilə Ukraynadakı müharibəni müzakirə edib. O, münaqişənin "uzunmüddətli razılaşmalar əsasında” həllinin zəruriliyindən danışıb. Nazir bildirib ki, Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdır.
17-04-2023, 22:00
Reznikov Rusiya üzərində qələbədən sonra vəzifədən getmək istəyirUkrayna müdafiə naziri Aleksiy Reznikov Rusiya ilə müharibədə qələbə qazandıqdan sonra istefa vermək istəyir. Bu barədə o, “La Razon”a müsahibəsinə deyib. "Bu mənim arzumdur! Və daha çox həyat yoldaşımın arzusu. Mən nazir təyin olunanda ağladı. Qələbə gününü gözləyirik, çünki bu, mənə istefa ərizəmi imzalamağa imkan verəcək. Özəl sektora qayıtmaq istəyirəm", - nazir bildirib. Qeyd edək ki, bir müddət əvvəl Reznikovun istefaya göndəriləcəyi barədə məlumat yayılıb.
17-04-2023, 21:30
Güləşçimiz Avropa çempionatının finalına yüksəldi
Sərbəst güləş üzrə Azərbaycan komandasının üzvü Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsində moldovalı Vasile Diakonla qarşılaşıb. O, rəqibinə 4:1 hesabıyla qalib gələrək 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib.
17-04-2023, 21:00
Erməni qüvvələri hələ də Azərbaycan ərazisindədir - XİN başçısıErmənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmayıb. Bu barədə bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı zamanı bildirib. Nazir, Ermənistanın Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.
17-04-2023, 20:30
Kanala düşən hərbiçinin tapılması istiqamətində işlər davam edirBu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb. FHN-dən verilən məlumata görə, sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, kanala düşən şəxs hərbçidir.
17-04-2023, 19:00
Hərbi qulluqçularımız Türkiyəyə yola düşürTürkiyə Respublikasının Qars şəhərində keçiriləcək ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına yola salınıb. Təlimə cəlb edilmiş hərbi qulluqçuların və texnikaların Qars şəhərinə yola salınması münasibəti ilə mərasim keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov hər iki ölkə arasındakı sarsılmaz qardaşlıqdan və keçirilən birgə təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir. Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
17-04-2023, 18:30
NATO “qadağa ilə çəkindirmə” strategiyasına keçirRusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO öz sərhədlərində hərbi əməliyyatlara hazırlığını artırır. Bu barədə "New York Times" nəşri yazıb. Nəşrin yazdığına görə, NATO “qisasla çəkindirmə” strategiyasından “qadağa ilə çəkindirmə” strategiyasına keçir. "New York Times" ABŞ-ın alyansdakı keçmiş elçisi İvo Daalderin sözlərini sitat gətirib: “NATO öz ərazisini qorumaq barədə ciddi düşünməyib, lakin indi bunu etmək lazımdır”. NATO-nun hesablamalarına görə, alyans nəzəri olaraq zərurət yaranarsa, 40-50 min əsgərdən ibarət 13 korpusu döyüşməyə çağıra bilər, amma praktikada bu rəqəm daha aşağıdır.