Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-04-2023, 16:30
Fransa XİN başçısı Ceyhun Bayramovu Parisə dəvət etdi


Fransa XİN başçısı Ceyhun Bayramovu Parisə dəvət etdi

Biz danışıqları davam etdirmək niyyətindəyik. Bunu Bakıda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında bildirib. "Mən bura komandamla gəlmişəm. Xanım səfirlərin üzərinə məsuliyyət düşür. Sizdən də xaiş edirəm ki, mümkün diplomatları ayırasınız və sizi yenidən Parisə dəvət edirəm", - deyə Fransa XİN başçısı ölkəsinin Azərbaycanla danışıqları davam etdirmək istədiyini söyləyib.
27-04-2023, 16:00
Fransa Azərbaycanın sülh səylərini dəstəkləyir - Ketrin Kolonna


Fransa Azərbaycanın sülh səylərini dəstəkləyir - Ketrin Kolonna

Fransa Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini gücləndirəcək. Bunu Bakıda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında bildirib. "Sülh üçün qarşılıqlı maraqlar lazımdır. Fransa Azərbaycanın sülh üçün səylərini dəstəkləyib və dəstəkləyəcək", - deyə nazir vurğulayıb.
27-04-2023, 15:30
Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlama


Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Laçın yolundakı vəziyyət barədə açıqlama verib. Bu barədə o, XİN-də keçirdiyi ənənəvi mətbuat konfransında danışıb. Nazirlik sözçüsü qeyd edib ki, İrəvan da Laçın yolu ətrafında vəziyyətin həlli üzrə məqbul variantların axtarışına öz töhfəsini verməlidir. Rusiya XİN rəsmisi ölkəsinin vəziyyətin üçtərəfli razılaşmalar məcrasına qaytarılması üzrə iş apardığını əlavə edib.
27-04-2023, 15:00
Avropa İttifaqı iki ölkə arasında sülhə töhfə verməlidir - XİN başçısı


Avropa İttifaqı iki ölkə arasında sülhə töhfə verməlidir - XİN başçısı

Avropa İttifaqının Ermənistanda missiyasının fəaliyyəti Ermənistan və Azərbaycan arasında münasibətlərə xələl gətirməməlidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. "Fransa bura üzv olan dövlətlərdən biridir. Eyni zamanda danışıqlar zamanı Azərbaycanın da mövqeyi öyrənilməli və dəyərləndirilməlidir. Avropa İttifaqı iki ölkə arasında əlaqələrə və sülhə töhfə verməlidir", - deyə XİN başçısı vurğulayıb.
27-04-2023, 14:30
Laçın yolu humanitar yardımlar üçün hər zaman açıqdır - Ceyhun Bayramov


Laçın yolu humanitar yardımlar üçün hər zaman açıqdır - Ceyhun Bayramov

"Fransalı həmkarıma postmünaqişə dövründə Ermənistanla gedən danışıqlar və proseslər haqqında məlumat verdim". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. XİN başçısı bildirib ki, Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir. "Nəqliyyat sahəsində danışıqlar istədiyimiz kimi getmir. Bu gün görüşdə Laçın yolu ətrafında gedən proseslər haqqında məlumat verdim. İki il ərzində Laçın yolu ilə silah daşınılıb. Laçın yolu humanitar və digər yardımlar üçün hər zaman açıqdır və açıq olacaq", - deyə C.Bayramov vurğulayıb.
27-04-2023, 14:00
Fransa ilə hər zaman fikir mübadiləsi aparmağa hazırıq - XİN rəhbəri


Fransa ilə hər zaman fikir mübadiləsi aparmağa hazırıq - XİN rəhbəri

Ötən il Azərbaycan və Fransa arasında münasibətlərin 30 illiyi qeyd olunub. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan və Fransa münasibətləri uzun müddət ərzində strateji əməkdaşlıq səviyyəsində davam edib. "İki ölkə arasında sosial, iqtisadi, siyasi sahədə birgə fəaliyyət olub. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz torpaqlarını azad etdikdən sonra yumşaq desək, dövlətlər arasında fikir ayrılıqları olub. Son iki ildə qarşılıqlı əlaqələr, layihələr deyil, əsas diplomatik mübadilə olub. Azərbaycan hər zaman Fransa ilə əlaqələrə diqqət yetirib, fikir mübadiləsi aparmağa hazırdı", - XİN başçısı vurğulayıb.
27-04-2023, 13:30
Nüvə hücumu Kim Çen İn rejiminin süqutu ilə başa çatacaq - Bayden


Nüvə hücumu Kim Çen İn rejiminin süqutu ilə başa çatacaq - Bayden

"Şimali Koreyanın ABŞ və ya onun müttəfiqlərinə nüvə hücumu Kim Çen İn rejiminin süqutu ilə başa çatacaq". Bunu ABŞ prezidenti Co Bayden bildirib. Məlumata görə, ABŞ onilliklər ərzində ilk dəfə olaraq Cənubi Koreya sahillərində nüvə sualtı qayıqlarını yerləşdirəcək. Qeyd edilib ki, bu barədə razılıq Baydenlə Cənubi Koreya prezidenti Yun Suk Yol arasında keçirilən görüş çərçivəsində əldə olunub.
27-04-2023, 13:00
Ukraynanın 9-dan çox briqadasına təlim keçib silahlandırmışıq - Stoltenberq


Ukraynanın 9-dan çox briqadasına təlim keçib silahlandırmışıq - Stoltenberq

"NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin 9-dan çox briqadasına təlim keçib və silahlandırıb". Bunu hərbi alyansın baş katibi Yens Stoltenberq bildirib. O vurğulayıb ki, Ukrayna artıq vəd edilən yardımın 98%-ni alıb. "Deyə bilərəm ki, o cümlədən 1550 zirehli texnika, 230 tank və külli miqdarda sursat alıb", - deyə Stoltenberq vurğulayıb.
27-04-2023, 12:30
Suqovuşandakı mina insidenti beynəlxalq ictimaiyyətə ünvanlandı


Suqovuşandakı mina insidenti beynəlxalq ictimaiyyətə ünvanlandı

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) aprelin 26-da Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı beynəlxalq təşkilatlara, BMT agentliklərinə, vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə deyilir: "2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb. Sağ ayağı dizdən aşağı amputasiya olunan Xəzər Babaşov 2013-cü ildən BAMF-da çalışıb. 20 ildən çoxdur ki, Mina Təhlükəsi ilə mübarizə proqramına qoşulan BAMF bu istiqamətdə çoxsaylı layihələr həyata keçirib, kampaniyalar başladıb, dəfələrlə bəyanatlarla çıxış edib və müxtəlif yerli və beynəlxalq tədbirlərin, konfransların, seminarların təşkilatçılığında yaxından iştirak edərək öz humanitar fəaliyyəti ilə bu bəşəri problemin həllinə töhfə verməyə çalışıb. 2002-ci ildən aktiv fəaliyyət göstərən BAMF-in İcma Mina Aksiyası komandası bu günə qədər 10 min hektardan artıq ərazini mina və partlayıcı sursatlardan təmizləyib və son istifadəçiyə təhvil verib. Çox təəssüf ki, Azərbaycan dünya ölkələri arasında mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmə səviyyəsinə görə ilk pillələrdədir. 30 illik işğal dövründə Azərbaycan əraziləri başdan-başa minalanıb və ciddi şəkildə çirkləndirilib. Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə intensiv şəkildə minatəmizləmə əməliyyatları aparılır. Ancaq bu gözəgörünməz düşməndən ən qısa zamanda xilas olmaq üçün maddi-texniki va kadr bazasının daha da inkişaf etdirilmasinə də ehtiyac var. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindan doğru-dürüst mina xəritələri təqdim olunmayıb və bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına va 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Minalar erməni hərbi birləşmələri tərəfindən nəinki hərbi təyinatı üzrə, o cümlədən mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xəttləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. Erməni mina terroru demək olar ki, har həftə günahsız Azərbaycan vətəndaşlarının hayatına son qoyur və iki ölkə arasındakı sülhü təhlükə altında saxlayır". Xüsusilə vurğulanıb ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şaxs olmaqla ümumilikdə 295 nafar mina qurbanlarindan 51 nəfəri həlak olub. 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftə ərzində 3 mina insidenti baş verib ki, nəticədə 5 nəfər mina qurbanına çevrilib: "Bu bəyanatın əsas məqsədi Azarbaycanda mövcud çirklənmənin və vəziyyətin təsvirini Mina Aksiyasında iştirak edən va bu sahə üzrə çalışan beynəlxalq təşkilatların, hökumətlərin və ictimaiyyətin diqqətinə çatdırmaq və beynəlxalq ictimaiyyəti regionda barışın, sülhün va dayanıqlı inkişafın dəstəklənməsi üçün lazımi tədbirlərin görülməsinə səsləməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu dünya insanını Azərbaycanın qlobal mina probleminə biganə qalmamağa və onun həllində öz dəstəyini göstərməyə çağırır".
27-04-2023, 12:00
XİN başçısı fransalı həmkarı ilə görüşdü


XİN başçısı fransalı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnan arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında əlaqələr və regionda cərəyan edən proseslərlə bağlı fikir mübadiləsi aparılıb. XİN başçıları görüşdən sonra birgə mətbuat konfransı keçirirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!