Arvadını boğamaqda şübhəli bilinən kişi saxlanılıb .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                        12 minə yaxın şəxs imtahan verdi .....                       
27-04-2023, 11:30
Sabahın hava proqnozu - Temperatur 29 dərəcəyə qalxacaq


Sabahın hava proqnozu - Temperatur 29 dərəcəyə qalxacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
27-04-2023, 11:00
Türkiyə vətəndaşları üçün seçkilərə səsvermə artıq başlayıb


Türkiyə vətəndaşları üçün seçkilərə səsvermə artıq başlayıb

Bu gündən etibarən xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsverməsi başlayıb. Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən, bu gün Ankara vaxtı ilə saat 08:00-da Türkiyənin 75 xarici ölkədəki diplomatik nümayəndəliklərində 156 seçki məntəqəsi fəaliyyətə başlayıb. Sərhəd məntəqələrində, aeroportlarda və dəniz limanlarında xaricə gedən vətəndaşların səsverməsi üçün 4,6 min məntəqə quraşdırılıb. Ümumilikdə Türkiyə xaricində 3,6 milyondan çox vətəndaş səs verə bilər. Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi mayın 9-na qədər davam edəcək, sonra bütün bülletenlər sayılaraq MSK-ya göndəriləcək. Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İnce, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!