Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-04-2023, 11:00
Aİ səfirindən mina partlayışında ölənlərlə bağlı başsağlığı


Aİ səfirindən mina partlayışında ölənlərlə bağlı başsağlığı

Dünən Tərtərdə mina partlaması nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini dərin hüznlə öyrəndik. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko "Twitter" hesabında paylaşım edib. "Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizləmə səylərində Azərbaycana qəti dəstəyini davam etdirəcək", - deyə o qeyd edib. Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
29-04-2023, 10:30
Prezident Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir


Prezident Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslər qarşılayıblar.





29-04-2023, 06:53
“Qadın - Ana və Yaranışdır”

“Qadın - Ana və Yaranışdır”

Fəridə Mirişova: "Qadınlara qarşı zorakılıq, məişət müstəvisində hüquqlarının pozulması hələ də aktualdır”
Aprelin 26-da Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin “Qadın - Ana və Yaranışdır” adlı layihəsinin yekununa dair mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan layihə rəhbəri Fəridə Mirişova mətbuat nümayəndələrini salamlayaraq bildirib ki, istər regionlarda, istərsə də Bakı şəhərində layihə çərçivəsində keçirilən tədbirlər zamanı çox maraqlı nəticələr əldə edilib və mətbuat konfransının məqsədi bu təəssüratları geniş ictimaiyyətə çatdırmaqdır:
“İlk olaraq layihənin uğurla yekunlaşdığını bildirmək istəyirəm və qeyd edim ki, hazırda layihə çərçivəsində görülən işlər təhlil olunur və layihənin yekunlarına dair hesabatların hazırlığı ərəfəsindəyik”.

Fəridə Mirişova layihənin əsas prinsiplərinə aydınlıq gətirərək qeyd edib ki, məqsəd məişət zorakılığı və qadınlara qarşı ayrı-seçkiliyin səbəb və nəticələrini araşdırmaq, bu problemlərə milli -mənəvi dəyərlər əsasında çözüm yolu tapmaq və audiovizual vasitələrin köməyi ilə nümunəvi ailə modelini müəyyənləşdirməkdir. Layihə rəhbəri bildirib ki, məişət zorakılığının, qadınlarla bağlı diskriminasiyanın qarşısını almaq, bərabərhüquqlu cəmiyyət yaratmaq günün tələbidir:
"Təəssüflər olsun ki, qadınlara qarşı zorakılıq, məişət müstəvisində hüquqlarının pozulması hələ də aktualdır. Bu problemin aradan qaldırılması üçün layihə və tədbirlərin keçirilməsinə ehtiyac var. Bu problem xüsusən regionlarda daha geniş yayılıb. Ona görə, layihəmiz Salyan və Neftçala rayonlarında yaşayan qadınları, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunu əhatə edirdi”.

Fəridə Mirişovanın sözlərinə görə, QHT layihə çərçivəsində ailə anlayışı, milli -mənəvi dəyərlər sistemində ailə münasibətlərinin tənzimlənməsi əvvəlcədən keçirilmiş sorğulara uyğun olaraq hədəf qruplarını narahat edən problemlər üzərindən müzakirə edilib. Mövzulara uyğun ədəbi əsərlərin müzakirəsi, teatr tamaşalarına, bədii və sənədli filmlərə birgə baxış və təəssüratların paylaşması nəzərdə tutulmuşdu. Layihə üç ay müddətində icra edılib.
Layihənin təlimçi- psixoloqu Vüsalə Əmiraslanova Salyan -Neftçala və Bakıda yaşayan xanımlarla keçirilən təlimlər zamanı psixoloji testlərin və ümumi psixoloji söhbətlərin əhəmiyyətindən bəhs edib.

Tədbirdə iştirak edən hüquqşünas Sayad Cavadzadə, Azərbaycan Nyu-York Assosiyasının("ANA") yaradıcısı Zəminə Mirhadıyeva, əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrət, “Yazarlar" jurnalının İctimaiyyətlə Əlaqələr üzrə meneceri, AJB-nin üzvü Nəzakət Eminqızı, jurnalist Xətayə Sahabbin, Milli Kino birliyinin əməkdaşı Kəmalə Musazadə, Güney Azərbaycandan olan tərcüməçi Məsumə Şükürzadeh, DAMM-nın l vitse prezidenti Ruhiyyə Poladova layihə ilə bağlı fikirlərini bölüşüblər.
Layihə rəhbəri və təlimçi psixoloq media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra xatirə şəkli çəkdirildi.
28-04-2023, 23:40
Fransa və Ermənistan XİN rəhbərləri Bakıya hansı mesajı verdi


Fransa və Ermənistan XİN rəhbərləri Bakıya hansı mesajı verdi

Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bəyan edib ki, gələcək görüşlərdə (söhbət Bakı və İrəvan arasında gözlənilən danışıqlardan gedir-red) ümumi əsaslar axtarmaq üçün danışıqlar prosesini genişləndirmək və zənginləşdirmək lazımdır. Ketrin Kolonna bildirib ki, Praqa görüşündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin üzərinə götürdüyü öhdəliklər çərçivəsində əldə olunmuş razılaşmalar inkişaf etdirilməli və delimitasiya işini də özündə ehtiva etməlidir. "Paris Avropa Siyasi Birliyinin iyunun 1-də Kişinyovda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir", - nazir əlavə edib. Ermənistan XİN başçısı Ararat Mirzoyan isə fransalı həmkarı Ketrin Kolonna ilə birgə brifinqdə bunları bildirib: "Bütün danışıqlar artıq başa çatıb, razılaşmalar əldə edilib və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təsbit edilib. Ermənistan bəzi yeni qaydalarla bağlı müzakirələrdə iştirak etmək niyyətində deyil. Bütün razılaşmalar yerinə yetirilməlidir. Bu, Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyişə nail olmağın yeganə yoludur. İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə körpü olmağa çalışan bütün ölkələrə minnətdardır. Ermənistan tərəfi üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılması sualı yoxdur. Yalnız bir sülh prosesi var və danışıqlar eyni sülh müqaviləsi layihəsi ətrafında gedir".
28-04-2023, 22:00
XİN mina terroruyla bağlı səsləndi


XİN mina terroruyla bağlı səsləndi

"Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq". Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. "28 aprel 2023-cü il tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 298 nəfər mina qurbanı olmuş, onlardan 54 nəfər həlak olmuşdur. Tərtərdə baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.
Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq", - məlumatda qeyd olunub.
28-04-2023, 21:30
Zelenski ilə Şarl Mişel arasında telefon danışığı baş tutub


Zelenski ilə Şarl Mişel arasında telefon danışığı baş tutub

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. Prezident bildirib ki, bəzi qonşu dövlətlərin Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyması ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər. "Avropa İttifaqı ilə ticarətin süni və qeyri-qanuni məhdudlaşdırılması Rusiyanın təcavüzünə həm iqtisadi, həm də siyasi müqavimət göstərən Ukraynaya zərbə vurur", - Zelenski qeyd edib.
28-04-2023, 20:30
Tərtərdə üç nəfərin ölümüylə nəticələnən mina partlayışı baş verdi


Tərtərdə üç nəfərin ölümüylə nəticələnən mina partlayışı baş verdi

Tərtər rayonunda mina partlayıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
28-04-2023, 18:30
Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun - Prezident


Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun - Prezident

“İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib. “Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür”, - dövlət başçısı əlavə edib.
28-04-2023, 18:00
Prezident və xanımı Türkiyə idmançıları ilə görüşdü


Prezident və xanımı Türkiyə idmançıları ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər. Butov.az görüşdən fotoları təqdim edir:













28-04-2023, 16:52
Fransa və Ermənistan XİN rəhbərləri Bakıya hansı mesajı verdi


Fransa və Ermənistan XİN rəhbərləri Bakıya hansı mesajı verdi

Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bəyan edib ki, gələcək görüşlərdə (söhbət Bakı və İrəvan arasında gözlənilən danışıqlardan gedir-red) ümumi əsaslar axtarmaq üçün danışıqlar prosesini genişləndirmək və zənginləşdirmək lazımdır. Ketrin Kolonna bildirib ki, Praqa görüşündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin üzərinə götürdüyü öhdəliklər çərçivəsində əldə olunmuş razılaşmalar inkişaf etdirilməli və delimitasiya işini də özündə ehtiva etməlidir. "Paris Avropa Siyasi Birliyinin iyunun 1-də Kişinyovda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir", - nazir əlavə edib. Ermənistan XİN başçısı Ararat Mirzoyan isə fransalı həmkarı Ketrin Kolonna ilə birgə brifinqdə bunları bildirib: "Bütün danışıqlar artıq başa çatıb, razılaşmalar əldə edilib və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təsbit edilib. Ermənistan bəzi yeni qaydalarla bağlı müzakirələrdə iştirak etmək niyyətində deyil. Bütün razılaşmalar yerinə yetirilməlidir. Bu, Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyişə nail olmağın yeganə yoludur. İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə körpü olmağa çalışan bütün ölkələrə minnətdardır. Ermənistan tərəfi üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılması sualı yoxdur. Yalnız bir sülh prosesi var və danışıqlar eyni sülh müqaviləsi layihəsi ətrafında gedir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!