Zelenski onları "axmaq" adlandırdı .....                        Dövlət başçısına nələr hədiyyə edildi? - FOTO .....                        Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                        28 Mayı 3 qardaşa layiq şəkildə qeyd etdik - Ərdoğan .....                        Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir .....                       
Tarix : 28-04-2023, 16:52
Fransa və Ermənistan XİN rəhbərləri Bakıya hansı mesajı verdi


Fransa və Ermənistan XİN rəhbərləri Bakıya hansı mesajı verdi

Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bəyan edib ki, gələcək görüşlərdə (söhbət Bakı və İrəvan arasında gözlənilən danışıqlardan gedir-red) ümumi əsaslar axtarmaq üçün danışıqlar prosesini genişləndirmək və zənginləşdirmək lazımdır. Ketrin Kolonna bildirib ki, Praqa görüşündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin üzərinə götürdüyü öhdəliklər çərçivəsində əldə olunmuş razılaşmalar inkişaf etdirilməli və delimitasiya işini də özündə ehtiva etməlidir. "Paris Avropa Siyasi Birliyinin iyunun 1-də Kişinyovda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir", - nazir əlavə edib. Ermənistan XİN başçısı Ararat Mirzoyan isə fransalı həmkarı Ketrin Kolonna ilə birgə brifinqdə bunları bildirib: "Bütün danışıqlar artıq başa çatıb, razılaşmalar əldə edilib və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təsbit edilib. Ermənistan bəzi yeni qaydalarla bağlı müzakirələrdə iştirak etmək niyyətində deyil. Bütün razılaşmalar yerinə yetirilməlidir. Bu, Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyişə nail olmağın yeganə yoludur. İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə körpü olmağa çalışan bütün ölkələrə minnətdardır. Ermənistan tərəfi üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılması sualı yoxdur. Yalnız bir sülh prosesi var və danışıqlar eyni sülh müqaviləsi layihəsi ətrafında gedir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!