4-04-2023, 22:49
Finlandiyanın NATO-ya üzvlüyü təhlükəsizliyi zəiflədəcək - Rusiya XİN"Britaniyanın Ukraynaya uran mərmiləri tədarükü ən böyük eskalasiya hərəkəti olardı". Bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib. "Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətini “çökmək” sözü ilə izah etmək olar, buna ABŞ tərəfi cavabdehdir. START-ın dayandırılmasından sonra Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə imkanlar əldə etdi. Şimali Avropanın təhlükəsizliyi Finlandiya NATO-ya daxil olduqdan sonra artmayacaq, əksinə zəifləyəcək. Rusiya Federasiyası Finlandiyanın NATO-ya daxil olmasına sakit şəkildə, lazımi anda cavabını verəcək", - deyə Lavrovun müavini bildirib.
4-04-2023, 22:40
Blinken NATO-nun baş katibi ilə bir sıra məsələləri müzakirə etdiABŞ dövlət katibi Antoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş keçirilib. Görüşdə blokun Ukraynaya dəstəyinin davam edəcəyi vurğulanıb. Tərəflər Belçikada keçirilən görüşdə həmçinin Çinlə bağlı müzakirələr aparıblar.
4-04-2023, 22:38
Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir - Peskov"Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası Finlandiya ərazisində NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinə ciddi nəzarət edəcək. Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir, bu, Rusiyanın təhlükəsizliyinə qəsddir. Hərbçilərimiz NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə dərhal məlumat verəcək", - deyə o bildirib. Peskov Rusiya prezidentinin görüşü barədə də məlumat verib: "Putin ötən həftə Moskvada Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşavirini qəbul edib".
4-04-2023, 14:26
Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir - Peskov"Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası Finlandiya ərazisində NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinə ciddi nəzarət edəcək. Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir, bu, Rusiyanın təhlükəsizliyinə qəsddir. Hərbçilərimiz NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə dərhal məlumat verəcək", - deyə o bildirib. Peskov Rusiya prezidentinin görüşü barədə də məlumat verib: "Putin ötən həftə Moskvada Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşavirini qəbul edib".
4-04-2023, 14:21
Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaqTürk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
4-04-2023, 14:18
“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təsdiqləndiMilli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib. Məsələ parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
4-04-2023, 13:33
Erməni özlərinin basdırdığı minaya düşdüXocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb. Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb. Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Məlumata görə, həmin gün 3 erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb.
4-04-2023, 13:30
Sabahın hava proqnozuSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
4-04-2023, 13:24
Azərbaycana qarşı yönəlmiş konfransla bağlı bəyanat hazırlandıMilli Məclis Fransa Senatında martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş konfransla bağlı bəyanat hazırlayıb. Bəyanatı deputat Sevil Mikayılova səsləndirib. Bəyanatda bildirilir: “Fransa Senatı növbəti dəfə martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar atıb. Fransanın bu addımı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinə zərbə vurur. Azərbaycanda yaşayan ermənilərin hüquqlarından narahat olan Fransa parlamentinə daxili işlərinə baxmağı tövsiyə edirik. Azərbaycanın daxili işlərinə qarışan Fransanın öz qanunlarına hörmətlə yanaşmağını bildiririk. Fransa parlamentarilərinin bu mövqe ilə Cənubi Qafqaza qarşı ikili mövqe sərgilədiyini görürük. Biz son dəfə Fransanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə töhfə verməyə səsləyirik".
4-04-2023, 13:19
Erməni deputatlar arasında gərgin ab-hava davam edirErmənistan parlamentdə ombudsman vəzifəsinə namizədlərin müzakirəsi gərgin şəraitdə gedir. Hakim partiya müxalifətdən olan komissiya rəhbərini iclas keçirmək səlahiyyətindən məhrum etməklə hədələyib. Belə ki, “Mülki müqavilə” partiyasının üzvləri insan hüquqlarının müdafiəsi komissiyasına rəhbərlik edən Taquhi Tovmasyanın iclası aparmasından narazıdır. Onların fikrincə, o, müxalifətin namizədi Edqar Kazaryanın təxribat xarakterli şərhlərinə cavab vermir. Müxalifət namizədi Edqar Kazaryanın hakimiyyəti “cinayətkar rejim” adlandırmasından sonra mübahisələr yenidən güclənib. İqtidar partiyasının katibi Artur Ovanisyan cavab olaraq onu “kloun” adlandırıb və hədələyib: “Bir də belə danışsan, peşman olacaqsan”. Hələlik ombudsman təyinatı ilə bağlı razılaşma əldə etmək mümkün olmayıb.