"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
17-08-2023, 16:43
Latviyada hökumət buraxıldı


Latviyada hökumət buraxıldı

Latviyada hökumət buraxılıb.
Baş nazir Krisjanis Karins istefasını dövlət başçısına təqdim edib.
4 ildən çoxdur bu postu tutan Karinsin istefasından sonra yeni hökumətin qurulması prosesinə start verilib.
17-08-2023, 16:32
Qusarda 5 nəfər zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdirildi


Qusarda 5 nəfər zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdirildi

Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.
17-08-2023, 16:07
Paşinyan Zəngəzura getdi


Paşinyan Zəngəzura getdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvan-Qafan reysi ilə Zəngəzura gedib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
O, ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla birlikdə Qafan hava limanını gəzib.
Daha əvvəl Qafan meri bildirmişdi ki, hazırda Qafan-İrəvan daxili reyslərin açılması istiqamətində iş gedir və sınaq texniki uçuşları artıq həyata keçirilib.
17-08-2023, 15:54
XİN-dən Paşinyana cavab


XİN-dən Paşinyana cavab

Ermənistanın baş naziri Nikol Paşinyanın 17 avqust tarixində hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi bir daha göstərir ki, Ermənistan növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmir.
Bu barədə XİN-dən bildirilib.
Bölgədə “humanitar vəziyyət” barədə hal-hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş “Ağdam-Xankəndi” yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi Ermənistan tərəfinin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir.
Bununla yanaşı, BMT TŞ üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar vəziyyət”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur.
Eyni zamanda, üzv dövlətlərin Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasının zəruri olduğunu bildirmələri, bu narahatlarıqların həlli istiqamətində səylərin birləşdirilməsinin vacib olduğunu bir daha xatırladır.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya Azərbaycanın erməni sakinlərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir.
Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.
17-08-2023, 15:47
Çinin müdafiə naziri Belarusa səfər etdi


Çinin müdafiə naziri Belarusa səfər etdi

Çinin müdafiə naziri Li Şanfu Belarusa səfər edib.
Bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində o, ölkə prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
17-08-2023, 15:41
İranın XİN Başçısı 7 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər etdi


İranın XİN Başçısı 7 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Səudiyyə Ərəbistanına səfər edib.
Bu, İran XİN başçısının bu ölkəyə 7 ildən sonra ilk səfəridir.
Onun bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, İran-Səudiyyə normallaşması Çinin vasitəçiliyi ilə mümkün olub.
17-08-2023, 15:19
Diplomatiya yolu ilə daha yaxşı nəticə əldə edə bilərik - Kirbi


Diplomatiya yolu ilə daha yaxşı nəticə əldə edə bilərik - Kirbi

"ABŞ Ermənistan və Azərbaycana diplomatiya yolu ilə sülhə çatmaq üçün kömək olunmasında iştirak edir".
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
“Biz müxtəlif səviyyələrdə dialoq və diplomatiya səviyyəsini saxlamışıq və bu, Dövlət Departamentinə qədər davam edir. Demək istədiyim odur ki, biz bunu mütəmadi olaraq çalışırıq ki, diplomatiya yolu ilə daha yaxşı nəticə əldə edə bilək”, - o qeyd edib.
17-08-2023, 14:16
Rusiya səfiri Müslüm Maqomayevin məzarını ziyarət etdi


Rusiya səfiri Müslüm Maqomayevin məzarını ziyarət etdi

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Müslüm Maqomayevin məzarını ziyarət edib.
Bu barədə Rusiya səfirliyi “X”də məlumat yayıb.
"2023-cü il avqustun 17-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov görkəmli sovet opera və estrada müğənnisi Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü münasibətilə onun abidəsi önünə əklil və gül dəstələri qoyub", - paylaşımda qeyd edilib.
17-08-2023, 00:13
Diasporumuz BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər


Diasporumuz BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclası keçirilir. İclas Ermənistanın tələbi ilə baş tutur.
ABŞ-dakı Azərbaycan diasporunun fəalları hazırda BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı önündə aksiya keçirirlər.
Dinc aksiya BMT-nin qarşısındakı "Ralph Bunche" parkında baş tutur.
Soydaşlarımız Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz edir.
Aksiya iştirakçıları şüarlar səsləndirir, BMT-ni ədalətli qərar qəbul etməyə çağırır.
Qeyd edək ki, ərazidə ermənilər də aksiya keçirir. Tərəflər arasında bir neçə dəfə qarşıdurma yaşanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!