İsrail İrana yeni hücuma hazırlaşır .....                        Bakı Kənar Dairavi yolda uçqun təhlükəsi aradan qaldırılır .....                        Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA .....                        Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşdi .....                        Baş Prokurorluğa yeni vəzifə həvalə edildi .....                        Qarabağa noyabr ayı üçün avtobus biletləri satışa çıxarılır .....                        “Hizbullah”ın yeni lideri kimdir? - DOSYE .....                        Azad edilən ərazilərdə neçə şagird təhsil alır? .....                        Azad edilən ərazilərdə neçə şagird təhsil alır? .....                       
6-09-2023, 20:42
Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb


Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb

Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, sərhəddəki Torham keçid məntəqəsi yaxınlığında atışma səsləri eşidilir.
Hadisə şahidləri faktı təsdiqləyiblər.
6-09-2023, 16:38
Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı


Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

2023-cü ilin sentyabr ayı üçün müəllimlərin orta aylıq əməkhaqqısı 830 manat təşkil edib.
Bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə Emin Əmrullayev bildirib.
"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq və bu da orta əmək haqqıların artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu", - o qeyd edib.
6-09-2023, 16:27
Təkrar sertifikatlaşdırmada 21 nəfər 0-9 bal toplayıb - Nazir


Təkrar sertifikatlaşdırmada 21 nəfər 0-9 bal toplayıb - Nazir

"Hazırda ölkə üzrə 21 180 ibtidai sinif müəllimi sertifikasiya imtahanında uğur qazanıb. 7 594 Azərbaycan dili və ədəbiyyatı müəllimi də bu mərhələdən keçib".
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, ölkə üzrə 674 nəfərin təkrar imtahanda iştirakı nəzərdə tutulur.
O bildirib ki, təkrar sertifikatlaşdırmada 21 nəfər 0-9 bal toplayıb.
6-09-2023, 16:07
Hikmət Hacıyev İsrail XİN-nin baş direktoruyla görüşdü


Hikmət Hacıyev İsrail XİN-nin baş direktoruyla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi ilə görüşüb.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailə səfəri çərçivəsində Hikmət Hacıyev bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb.
Qeyd olunub ki, görüşdə rəsmilər ikitərəfli münasibətləri və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
6-09-2023, 15:58
İlham Əliyev hərbi xidmətə çağırışla bağlı Fərman imzaladı


İlham Əliyev hərbi xidmətə çağırışla bağlı Fərman imzaladı

Preizdent İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçiriləcək:
1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;
1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;
1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
2. Müəyyən edilsin ki:
2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır;
2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində:
3.1. müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Fərmanın 1-ci və 2-ci hissələrindən irəli gələn maliyyələşməni təmin etsin;
3.3. Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Nazirlik:
4.1. 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6-09-2023, 15:35
Azərbaycanın Ağdam-Xankəndi yoluyla bağlı təklifini nəzərə alırıq - Avropa bəyanatı


Azərbaycanın Ağdam-Xankəndi yoluyla bağlı təklifini nəzərə alırıq - Avropa bəyanatı

Azərbaycanın Ağdam-Xankəndi yolu ilə bağlı təklifini nəzərə alırıq və dəyərləndiririk.
Bu barədə Avropa İttifaqının bəyanatında qeyd olunub.
"Amma bununla barabər Laçın Xankəndi yolunda da hərəkət bərpa edilməlidir. Hesab edirik ki, Xankəndi-Bakı dialoqunun tezliklə qurulması xüsusilə regionda humanitar böhranın həllində, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsində həlledici əhəmiyyət kəsb edəcək",- deyə bəyanatda qeyd olunub.
6-09-2023, 15:22
Xorvatiya şirkətləri Qarabağa dəvət olundu


Xorvatiya şirkətləri Qarabağa dəvət olundu

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.
Görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, elecə də enerji, informasiya texnologiyaları, turizm, əczaçılıq, minatəmizləmə və digər sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdığı məmnunluqla vurğulanaraq qeyd olunan sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın şaxələndirilməsi və gücləndirilməsi üçün geniş perspektivlərin olduğu, bu istiqamətdə iki ölkə arasında təmasların artırılmasının vacibliyi diqqətə çatdırılıb.
İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin, o cümlədən hər iki ölkədə qarşılıqlı investisiya imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi məqsədilə müvafiq nazirliklərin nümayəndələrinin işgüzar səfərlərinin təşkilinin əhəmiyyətini vurğulanıb. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub, Ələt Azad İqtisadi Zonanın bu istiqamətdə əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə qarşı tərəfi məlumatlandıraraq Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmaq üçün çoxsaylı əlverişli imkanlardan bəhs edib.
Görüşdə tərəflər həmçinin post-münaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
6-09-2023, 15:14
ABŞ "Minuteman III" ballistik raketini sınaqdan keçirdi


ABŞ "Minuteman III" ballistik raketini sınaqdan keçirdi

ABŞ "Minuteman III" qitələrarası ballistik raketinin növbəti sınaq buraxılışını həyata keçirib.
Bu barədə ABŞ ordusu məlumat yayıb.
Buraxılış Amerika kosmik qüvvələrinin Vanderberq bazasından bu gün, sentyabrın 6-da yerli vaxtla saat 1:26-da baş tutub.
"Sınaq buraxılış proqramının məqsədi silah sisteminin təhlükəsizliyini, effektivliyini və hazırlığını yoxlamaqdır", - məlumatda bildirilir.
"Minuteman III" ballistik raketi 1970-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındadır. Raket sonuncu dəfə aprelin 19- da sınaqdan keçirilib.
6-09-2023, 15:03
ADA Universitetiylə Xorvatiyanın Diplomatik Akademiyası arasında Memorandum imzalandı


ADA Universitetiylə Xorvatiyanın Diplomatik Akademiyası arasında Memorandum imzalandı

ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Xorvatiyaya səfəri zamanı baş tutub.
Belə ki, nazirlərin görüşünün ardınca XİN başçıları tərəfindən ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
6-09-2023, 14:50
Barışığın baş tutmasında Ermənistan tərəfindən çox şey asıldır - Hikmət Hacıyev


Barışığın baş tutmasında Ermənistan tərəfindən çox şey asıldır - Hikmət Hacıyev

“Ermənilərlə barışıq baş tuta bilər, amma Ermənistan tərəfdən çox şey asılıdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.
O, “Sülhə nail olmaq üçün nə edilməlidir?” sualına cavabında qeyd edib ki, hazırda top Ermənistanın meydançasındadır: “Azərbaycan sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zülmlərlə bağlı səhifəni çevirmək istəyir. Biz həqiqətən sülh içində yaşamaq istəyərik. Amma top Ermənistan Respublikasının meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar.
Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi çox yüksək qiymətləndirdiyimiz Vaşinqtonun təqdim etdiyi platformada sülh müqaviləsi danışıqları yolundan çıxardı. Halbuki, çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin demək olar ki, 70 faizi ilə müəyyən mənada razılaşmışdıq”.
Hikmət Hacıyev bildirib ki, sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək.
Prezidentin köməkçisi onu da əlavə edib ki, Ermənistanın Baş naziri hələ də Azərbaycan ərazisindəki qanunsuz rejimi maliyyələşdirir: “O, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də Ermənistan silahlı qüvvələrini bizim ərazimizdə saxlayır və ərazimizdəki qanunsuz rejimi maliyyələşdirir”.
Sülhlə bağlı daha səmərəli mexanizmin olub-olmaması barədə suala cavabında isə H.Hacıyev məsələdə aktiv iştirak etməkdə maraqlı olan təşkilatlardan söz açıb və onlardan birinin digərindən üstün tutulmadığını vurğulayıb: “Müxtəlif platformalar var. Birini digərindən üstün tutmuruq. Bizim yanaşmamız ondan ibarətdir ki, yerdə real sülhə töhfə verməyə hazır olan hər kəs xoş qarşılanacaq.
Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən dəstəklənən Brüssel formatı var. Bu, çox yüksək qiymətləndirilir. Çünki Ermənistan və Azərbaycan arasında normallaşdırma şurası üzrə sülh müqaviləsi danışıqlarının mühüm elementləri məhz həmin platformada formalaşıb.
Bundan başqa, biz ABŞ hökumətini, xüsusən də dövlət katibi Antoni Blinkenin sülh müqaviləsi müzakirələrində şəxsi iştirakını yüksək qiymətləndiririk. Onlar çox şey ediblər.
Həmçinin, Rusiyanın da rolunu inkar edə bilmərik. Rusiya həm də ona görə töhfə verir ki, regionun bir hissəsidir və həm Ermənistan, həm də Azərbaycanla tarixi əlaqələri var”.
Azərbaycanlılarla ermənilərin tarixdə olduğu kimi yenidən mehriban şəkildə yaşamalarının mümkünlüyü barədə suala gəldikdə Hikmət Hacıyev barışığın münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biri olduğunu söyləyib. Lakin onu da diqqətə çatdırıb ki, belə bir ehtimal var, sadəcə gələcəklə bağlı dəqiq bir proqnoz vermək çətindir: “Bu, yenidən baş verə bilər, amma proqnoz vermək həmişə çətindir. Barışıq, həqiqətən də, hər bir münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biridir. Azərbaycanda yüzminlərlə ailə öz yaxınlarını itirib, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin ki, insanlar öz evlərinə qayıdır və orada xarabalıqlar görürlər. Bu, asan deyil. Cavab axtarırlar. Cavab yoxdur, çünki erməni tərəfdən heç kimin “xahiş edirik, bizi bağışlayın. Bütün səhvlərimizə görə üzr istəyirik” deməyə cəsarəti çatmayıb.
Ermənistanda Azərbaycana qarşı bədnam əməllər törədən şəxslərə qarşı bir dənə də olsun iş açılmayıb. Ədalətli mövqe də insanlara müsbət siqnal verə bilər. Bəli, mən hesab edirəm ki, barışıq mümkündür, amma bu, vaxt aparacaq. Ermənistan tərəfdən çox şey asılıdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!