Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
30-10-2023, 22:27
Putin Mahaçqala hadisələrinə görə Ukraynanı ittiham etdi


Putin Mahaçqala hadisələrinə görə Ukraynanı ittiham etdi

Rusiya prezidenti Vladimir Putin Şimali Qafqazda antisemitizm aksiyaları ilə bağlı iclas keçirir.
Bu barədə "Kommersant" nəşri yazıb.
İclasın əvvəlində o, oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşların sosial şəbəkələr vasitəsilə Qərbin xüsusi xidmət orqanlarının agentləri tərəfindən təşkil edildiyini bildirib.
Putin hadisələrə görə Ukraynanı da ittiham edib.
Oktyabrın 29-u bazar günü axşam saatlarında Mahaçqala hava limanı yaxınlığında toplaşan bir neçə min insan Təl-Əvivdən gələn təyyarənin enməsinə etiraz edib. Etirazçılardan bəziləri hava limanına girib. Polislə toqquşmalarda 20-dən çox adam yaralanıb. Etirazçıların hərəkətləri respublikanın hakimiyyət orqanları, Dağıstan müftisi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Yəhudiləri Konqresi və bir çox başqa qurumlar tərəfindən tənqid edilib. Dağıstan rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırıb və iğtişaşlarla bağlı bir neçə cinayət işinin açıldığını deyib.
Məlikov Mahaçqala hava limanında baş verən iğtişaşları respublikada “vəziyyəti destabilizasiya cəhdi” adlandırıb. Onun iddiasına görə, iğtişaşlara xaricdən, o cümlədən “Ukraynayönlü Telegram kanalları” vasitəsilə nəzarət edilib: “Dağıstanda vəziyyətin sabitliyini pozmaq cəhdləri, o cümlədən millətlərarası nifrət və konfessiyalararası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”.
30-10-2023, 21:53
Masazırda iki Pakistan vətəndaşı bıçaqlandı


Masazırda iki Pakistan vətəndaşı bıçaqlandı

Abeşronda iki Pakistan vətəndaşı bıçaqlanıb.
Hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
30-10-2023, 21:10
"Araz-Naxçıvan" “Qarabağ” üzərində qələbə qazandı


"Araz-Naxçıvan" “Qarabağ” üzərində qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turunun sonuncu qarşılaşmasıda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Respublika stadionundakı matç Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb.
"Qarabağ"dan Juninyo 90+7-ci dəqiqədə komandasının yeganə qoluna imza ata bilib.
Bu nəticədən sonra xallarının 20-yə çatdıran "Araz-Naxçıvan" ikinci sıradakı "Qarabağ"a çatıb.
30-10-2023, 20:53
Türkiyənin peyk rabitə operatoruyla müqavilə imzaladı


“Azərkosmos” Türkiyənin peyk rabitə operatoruyla müqavilə imzaladı

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin peyk rabitə operatoru “Türksat” ilə yeni müqavilə imzalayıb.
Bu barədə “Azərkosmos” məlumat yayıb.
Müqaviləyə əsasən, “Türksat” peyk operatoru “Azerspace-2” telekommunikasiya peykinin tutumundan Afrika bölgəsində data layihələrində istifadə edəcək.
30-10-2023, 20:15
“Avroviziya 2024” milli seçim turunun növbəti mərhələsi uğurla başa çatdı


“Avroviziya 2024” milli seçim turunun növbəti mərhələsi uğurla başa çatdı

“Avroviziya 2024” milli seçim turunun növbəti mərhələsi uğurla başa çatıb.
Bu mərhələdə 15 namizəd seçilib.
Onların arasında “Avroviziya 2018” təmsilçimiz Aisel də var.
Qeyd edək ki, münsiflər heyətinin tərkibində bəstəkarlar Faiq Sücəddinov və Vaqif Gərayzadə, “Avroviziya” uldulzarı Aysel Adıgözəlzadə (Teymurzadə), Nigar Camal və Eldar Qasımov, həmçinin rejissor Ranar Musayev və DJ Fateh yer alıblar. Seçilən 15 namizədi təqdim edirik:

1. Aisel
2. Tofig Hajiyev & Camal Qurbanov
3. Emy Lia
4. Rilaya
5. Mari
6. İlkin Dövlətov & Mila Miles & Etibar Əsədli
7. Sabina Beyli
8. Lexa
9. Edgar Ravinov
10. Əmrah Musayev
11. Alesker
12. Rahib Mirzəyev & Tofiq Yadigar
13. Səbinə Quluzadə
14. Qorqud
15. Fahree

















30-10-2023, 18:31
Zelenskinin mənzili 44 milyon rubla satıldı


Zelenskinin mənzili 44 milyon rubla satıldı

Ukrayna prezidenti Volodimir Zelenskinin ailəsinin Rusiya tərəfindən ilhaq edilən Yaltadakı mənzili açıq hərracda 44,3 milyon rubla satılıb.
Bu barədə “Kommersant” qəzeti yazıb.
Rəsmilərin dediyinə görə, sahəsi 120 kvadratmetrdən çox olan mənzil üçün tender keçirilib.
Ukrayna mediası bildirib ki, Yelena Zelenskaya 2013-cü ildə Krımda təxminən 164 min dollara başa gələn penthaus alıb. Rusiya hakimiyyəti 2022-ci ilin payızında Zelenski cütlüyünün mənzilini və bir neçə yüz başqa müəssisəni və qeyri-dost əcnəbilərə məxsus daşınmaz əmlakı milliləşdirib .
30-10-2023, 17:55
Xerson vilayətində elektrik enerjisi kəsildi


Xerson vilayətində elektrik enerjisi kəsildi

Ukraynanın Xerson vilayətində Rusiya qüvvələrinin atəşə tutmasından sonra bütöv bir şəhərin elektrik enerjisi kəsilib.
Bu barədə "Unian" məlumat yayıb.
Xerson vilayət administrasiyasının rəhbərliyindən bildirilib ki, Berislav şəhəri kritik infrastruktur obyektinə zərbə endirdikdən sonra işıqsız qalıb.
Hazırda ekspertlər dəymiş ziyanın həcmini müəyyənləşdirirlər. Energetiklər işığı mümkün qədər tez bərpa etmək üçün tezliklə işə başlayacaqlar.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
30-10-2023, 17:42
Moldova rus saytlarına girişi blokladı


Moldova rus saytlarına girişi blokladı

Moldova öz ərazisində bir sıra rus saytlarına girişi bloklayıb.
Bu barədə ölkənin xüsusi xidmət orqanı olan "İnformasiya və Təhlükəsizlik Departamenti" açıqlayıb.
Bloklanan saytlar arasında Rusiyanın iki böyük xəbər agentliyinin - TASS və "İnterfaks"ın səhifələri, həmçinin "Sputnik" radiostansiyasının və rəsmi "Rossiyskaya qazeta" qəzetinin səhifələri var: "Ümumilikdə 31 sayt bloklanıb, onlardan 21-i birbaşa Rusiyadan idarə olunur".
Bundan əlavə, ölkənin xüsusi xidmət orqanlarının əmri ilə altı yerli televiziyanın lisenziyası "xarici maraqlara xidmət etdiyi və Moldovanın informasiya təhlükəsizliyini təhdid etdiyi" səbəbilə ləğv edilib.
30-10-2023, 17:30
Xaçatryan: “Bakı baş nazirin səsləndirdiyi 3 bəndlə razılaşıb”


Xaçatryan: “Bakı baş nazirin səsləndirdiyi 3 bəndlə razılaşıb”

"Hələ anklavlar məsələsi müzakirə olunmayıb".
Bunu Ermənistan baş naziri Nikol Paşinyanın Mülki Müqavilə partiyasının funksioneri Armen Xaçatryan jurnalistlərə bildirib.
"Rəsmi Bakı baş nazirin səsləndirdiyi 3 bəndlə razılaşıb. Sülh müqaviləsinin imzalanması “günlər və aylar” məsələsidir", - o əlavə edib.
30-10-2023, 16:59
Ərdoğan qazaxıstanlı həmkarına TOGG hədiyyə edəcək


Ərdoğan qazaxıstanlı həmkarına TOGG hədiyyə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə TOGG hədiyyə edəcək.
Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.
"2024-cü ildə qlobal brend olmağı hədəfləyən Togg-un Avropa bazarlarına ixracı üçün hazırlıqlar böyük ölçüdə tamamlanıb. Bu il Türk Dövlətləri Təşkilatının Toplantısı Qazaxıstanda keçiriləcək. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan TOGG-u Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə hədiyyə olaraq təqdim edəcək", - deyə o bildirib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib. TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb.
Məlumat üçün bildirək ki, 3 noyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanda iclası keçiriləcək və Şimali Kipr Türk Respublikası bu iclasda müşahidəçi üzv kimi iştirak edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!