Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
29-10-2023, 18:02
Ukraynanın işğal altındakı şəhərində 9 nəfər qətlə yetirildi


Ukraynanın işğal altındakı şəhərində 9 nəfər qətlə yetirildi

Ukraynanın Donetsk vilayətinin işğal altındakı Volnovaxa şəhərində biri uşaq olmaqla doqquz nəfər qətlə yetirilib.
Bu barədə Mariupol şəhərinin merinin müşaviri Petro Andrüşenko teleqramda deyib.
“Rusiyalı hərbçi evdə doqquz nəfəri qətlə yetirib”, - Ukrayna rəsmisi qeyd edib.
Onun sözlərinə görə, hadisəyə səbəb “böyük ailənin kadırovçulara evi təhvil verməməsi” olub.
Andrüşenko qeyd edib ki, bu, “işğalçıların ən böyük və ən səs-küylü cinayətidir”.
29-10-2023, 17:34
Şahdağ Milli Parkında yanğın baş verdi - VİDEO


Şahdağ Milli Parkında yanğın baş verdi - VİDEO

Şahdağ Milli Parkında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində Şahdağ Milli Parkının ərazisində 600 m² sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.


29-10-2023, 17:26
Türkiyə bayram ab-havasındadır


Türkiyə bayram ab-havasındadır

Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir.
Xatırladaq ki, 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.
Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Hazırda Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km, əhalisi isə 86 milyondan çoxdur.
Bu gün Cümhuriyyət Bayramı münasibətiylə ölkənin dörd bir yanında küçələr, ticarət mərkəzləri, yaşayış binaları və s. bayraqlarla bəzədilib, dövlət əhəmiyyətli bir çox tədbir keçirilib.
Butov.az Türkiyədən həmin rəngli görüntüləri təqdim edir.






29-10-2023, 17:10
Səfirimiz Ərdoğanı Cümhuriyyət Günü münasibətilə təbrik etdi


Səfirimiz Ərdoğanı Cümhuriyyət Günü münasibətilə təbrik etdi

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda iştirak edərək onu Cümhuriyyət Günü münasibətilə təbrik edib.
Bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün səfir Rəşad Məmmədov Türkiyə Respublikası Prezident Kompleksində keçirilən qəbulda iştirak edib və cənab Prezident Rəcəb Tayyib Ərdoğana Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb. Neçə belə yüzilliklərə, Türkiyə!”, – diplomatik missiya qeyd edib.
29-10-2023, 16:51
Roma Papasından çağırış: “Atəşi kəsin!”


Roma Papasından çağırış: “Atəşi kəsin!”

Roma Papası I Fransisk Yaxın Şərqdə atəşkəs, Qəzza zolağına humanitar yardım və girovların azad edilməsinə çağırıb.
Bu barədə “La Repubblica”ya istinadən xəbər verir.
“Atəşi kəsin! Qardaşlar və bacılar, dayanın. Müharibə məğlubiyyətdir. Qəzza zolağında humanitar yardıma zəmanət vermək və bütün girovları azad etmək lazımdır”, - pontifik Müqəddəs Petrus meydanında ənənəvi bazar günü xütbəsindən sonra Apostol sarayının pəncərəsindən dindarlara müraciət edərək deyib.
29-10-2023, 15:40
İsrail quru əməliyyatı planlarını dayandırdı


İsrail quru əməliyyatı planlarını dayandırdı

İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və ABŞ ilə razılaşaraq onları bir neçə məhdud əməliyyatla əvəz edib.
Bu barədə “The New York Times” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, “ən azı ilkin mərhələdə daha məhdud quru əməliyyatları keçirmək qərarı ABŞ-nin müdafiə naziri Lloyd Ostinin israilli həmkarlarına bu yaxınlarda verdiyi təkliflərə uyğundur”.
Məqalədə deyilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini narahat edib.
Pentaqonun nümayəndələri və amerikalı ekspertlərin fikrincə, İsrail mərhələli əməliyyat keçirir və bu əməliyyat zamanı Qəzzada HƏMAS yaraqlıları aşkar edildikdən sonra daha böyük qüvvələr işə düşəcək. Nəşr Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Mik Malroyun sözlərini sitat gətirib: “Zəif tərəflər və boşluqlar aşkar edilən kimi, əsas zərbə qüvvələr gətirilir”.
İraqda xidmət etmiş ABŞ-nin ehtiyatda olan generalı Frederik Hodces deyib ki, bu taktika İsrail qüvvələrinin “itkiləri məhdudlaşdırmaq, həmçinin binalara dəyən zərəri azaltmaq” üçün bir üsuldur.
29-10-2023, 14:19
İran ABŞ-nin xəbərdarlıqlarına əməl etməyəcək - Rəisi


İran ABŞ-nin xəbərdarlıqlarına əməl etməyəcək - Rəisi

İran ABŞ-nin İsrail-Fələstin münaqişəsinə müdaxilə ilə bağlı xəbərdarlıqlarına əməl etməyəcək.
Bunu İran prezidenti İbrahim Rəisi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Vaşinqton bizdən təmkinli olmağı və Fələstin-İsrail münaqişəsinə qarışmamağı xahiş edir, eyni zamanda İsrailə geniş dəstək verir”, - İran prezidenti qeyd edib.
O vurğulayıb ki, belə bir vəziyyətdə İran tərəfi bu tələbi etibarsız hesab edir.
29-10-2023, 13:03
Sabahın havası


Sabahın havası

Oktyabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Oktyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
28-10-2023, 20:20
Müharibə cinayətləri törədib  mülki şəxsləri qətlə yetirənlər cəzalanmalıdır

Müharibə cinayətləri törədib mülki şəxsləri qətlə yetirənlər cəzalanmalıdır[/color]

Bu gün Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin üçüncü ildönümüdür. Belə qanlı cinayətlərin geniş yerli və xarici ictimaiyyətə davamlı çatdırılması üçün daha intensiv çalışmaq lazımdır. Yalnız 27-28 oktyabr tarixində deyil, hər zaman bu məqamlar diqqət mərkəzində olmalıdır. Bu gün çox müsbət haldır ki, Azərbaycan ərazisində separatizmə son qoyulub. Qanlı cinayətlərdə əli olan separatçıların bir qrupu həbs olunub. Dinc azərbaycanlıların qətlinə baiskar olan hər bir erməninin hərbi məhkəmədə cavab verəcəyi şübhəsizdir.
Ermənilərin terror aktlarına, məlum hadisələrə siyasi qiymət verib tanımaq, soyqırımı törədənləri pisləmək mövcud reallıq baxımından zəruri olsa da, hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün cinayət varsa cəza mexanizmi işə düşməlidir. Cəzasızlıq bəşəriyyəti fəlakətə sürükləyir.
Xocalı soyqırımı məsələsi hüququ müstəviyə çoxdan çıxarılmalı idi. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur. Təbii ki, buna görə, Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır.
Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, və həmin 1949-cu il Cenevrə Konvensiyasına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar.
Müharibə cinayətində əli olanlar, mülki şəxslərə qarşı törətdiyi cinayət zamanı bəşəri prinsipləri pozaraq beynəlxalq hüququ bərbad vəziyyətə salıblar. Bütün sənədlərdə birmənalı şəkildə göstərilir ki, dünyanın hüquq sisteminə, beynəlxalq konvensiyalara, bəşəri prinsiplərə görə, insanlara qarşı münasibət eyni olmaldır. Təəssüf ki, eyni deyil.



Əkrəm Bəydəmirli

28-10-2023, 16:19
Qadın karateçimiz qızıl medal qazandı


Qadın karateçimiz qızıl medal qazandı

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
O, həlledici qarşılaşmada İsveçrə təmsilçisi Yelena Quriçə 4:3 hesabı ilə qalib gəlib.
Beləliklə, İ.Zaretska üçqat dünya çempionu olub. Təcrübəli idmançı 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!