27-07-2024, 22:46
İsrailin atəşkəs üçün təklifləri varİsrail Qəzza zolağında atəşkəs razılaşması və girovların azad edilməsi üçün yenilənmiş təklifini ABŞ-a təqdim edib.
Bu barədə “Axios” portalı İsrail rəsmisinə və digər mənbələrə istinadla məlumat yayıb.
İsrail rəsmisinin sözlərinə görə, yeni təklifdə Qəzza zolağının cənubundan şimalına silah ötürülməsinin və yaraqlıların keçməsinin qarşısını almaq üçün xarici mexanizmin yaradılmasından bəhs edilir. Bundan əlavə, sazişin birinci mərhələsində İsrail Müdafiə Qüvvələrinin yenidən yerləşdirilməsindən, eləcə də anklav və Misir sərhədində Filadelfiya dəhlizi adlanan ərazidə onların mövqelərinin qorunub saxlanmasından danışılır.
Təklif İsrail, Qətər və Misirin iştirakı ilə Romada keçiriləcək danışıqlardan əvvəl göndərilib.
27-07-2024, 21:42
Millimiz Avropa çempionatının finalındaAzərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində keçirilən Avropa çempionatının C divizionunun finalına vəsiqə qazanıb.
Yarımfinalda Kiprlə üz-üzə gələn yığmamız rəqibinə 66:49 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) olub.
Azərbaycan seçməsinin iyulun 28-də baş tutacaq final oyunundakı rəqibi Kosovo-Albaniya görüşünün qalibi olacaq.
27-07-2024, 17:38
Pezeşkianın andiçməsində 300-dən çox xarici qonaq olacaqİranın yeni prezident Məsud Pezeşkianın andiçmə mərasiminə 300-dən çox xarici qonağın qatılacağı gözlənilir.
Bu barədə İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib.
O, prezident Pezeşkianın andiçmə mərasiminin çərşənbə axşamı keçiriləcəyini açıqlayıb.
Səlimi bəyan edib ki, andiçmə mərasimində ölkənin yüksək rütbəli rəsmiləri ilə yanaşı, 80-dən çox nümayəndə heyəti və 300-dən çox xarici qonaq iştirak edəcək.
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah Tehranın İmam Xomeyni Hüseyniyyəsində rəsmi səlahiyyətlilərin, yüksək səviyyəli siyasi və hərbi rəsmilərin, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə keçiriləcək.
27-07-2024, 17:17
Rusiya təyyarəsi qəzaya uğradıRusiyanın Volqoqrad vilayətində Su-34 bombardmançı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, hər iki pilot katapult edib və xilas olub.
Təyyarə boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib.
Fövqəladə vəziyyətin ilkin səbəbi texniki nasazlıq olub.
27-07-2024, 16:26
Paris Olimpiadasında Azərbaycana qarşı təxribatÖtən gecə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi Azərbaycana qarşı təxribatla yadda qalıb.
Təxribata səbəb "France 2" telekanalının aparıcısı Loran Delausun olimpiya komandalarının paradının keçidi zamanı səsləndirdiyi fikirlər olub.
Şərhçinin Sena boyunca bərələrlə üzən komandaların paradı zamanı dediyi sözlər Azərbaycan tərəfində etiraz doğurub.
Belə ki, Ermənistan komandası səhnəyə çıxanda fransız aparıcı deyib:
“Və təbii ki, bizim dostlarımız ermənilərdir. Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsilə nəticələnib”.
“Fransa-2” telekanalının bu təxribatından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcəyi gözlənilir.
27-07-2024, 16:04
İranda dövlət qurumlarının fəaliyyəti dayandırılır - Səbəbİranda həddindən artıq istilər səbəbindən sabah ölkə üzrə bütün dövlət müəssisələrinin bağlanmasına qərar verilib.
İran hökuməti ölkənin hər yerində davam edən həddindən artıq istilər səbəbindən əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün bütün dövlət müəssisələrini bağlamaq qərarına gəlib. Yardım xidmətləri istisna olmaqla, ölkə daxilində bütün dövlət qurumları və banklar bağlanacaq. Qərara əsasən, sabah yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar işləməyəcək.
Qeyd edək ki, İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə çatıb, paytaxt Tehranda isə bu gün havanın temperaturu 41 dərəcə olub.
27-07-2024, 15:19
Paris Olimpiya Oyunlarının açılışı tənqid olunduParisdə keçirilən Yay Olimpiya Oyunlarında LGBT təbliğatı böyük əks-səda doğurub.
Olimpiya Komitəsinin paradda homoseksual şəxsləri yerləşdirməsi və “Drag Quee” kimi xarakterizə edilən şəxslərin Olimpiya məşəlini daşıması sosial mediada geniş tənqidlərə səbəb olub.
Bundan başqa, Avropa mətbuatında məşhur rəssam Leonardo da Vinçinin “İsanın son şam yeməyi” tablosunun LGBT şəxslər vasitəsilə təqdim edilməsi hörmətsizlik kimi qiymətləndirilib.
Fransız rejissor və aktyor Tomas Jolly-nin bədii rəhbəri olduğu mərasimdə 204 ölkədən idmançıları və Olimpiya Komandasını daşıyan 85 qayıq Austerlitz körpüsünün altından yola düşərək Sena çayı boyunca 6 kilometrdən çox yol qət edib.Yağış altında keçirilən və təxminən 300 min insanın iştirak etdiyi açılış mərasimi tədbirlər və məşhur adların səhnəyə çıxması ilə davam edib.
Bütün dünyanın canlı izlədiyi tədbirdə qadın-qadın və kişi-kişi münasibətlərinin normallaşması diskomfort yaradıb. 4 ildən bir keçirilən Olimpiadanın tarixinə indiyədək belə hal yaşanmamışdı.
27-07-2024, 14:57
Zelenski bu tarixə kimi sülhə nail olmaq istəyirUkrayna prezidenti Vladimir Zelenski Yaponiya İctimai Televiziyasına müsahibəsində bildirib ki, Kiyev 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır.
Ukrayna prezidenti qeyd edib ki, belə bir məsələni onun administrasiyası və diplomatik komandası qarşısında qoyub.
Zelenski əmin olduğunu bildirib ki, Ukrayna ordusunun güclənməsi, ilk növbədə ABŞ-ın dəstəyi və Rusiyaya beynəlxalq diplomatik təzyiqlər münaqişəyə ədalətli son qoyacaq üç komponentdir.
Bundan əvvəl o, Moskva ilə danışıqları istisna etmədən, Rusiya Federasiyasının nümayəndələrinin Ukraynada sülh məsələsi üzrə ikinci sammitdə iştirak etməli olduğunu açıqlamışdı.
27-07-2024, 14:44
Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin sayı1 sentyabr növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O deyib ki, indiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-si öz təşəbbüsü ilə müraciət edib, 569-u QHT-lər, 126-sı isə YAP xətti ilə qeydiyyatdan keçib.
ATƏT Təsisatlar və İnsan Hüquqları Bürosunun isə 11 beynəlxalq müşahidəçisi qeydə alınıb.
27-07-2024, 14:38
87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədriİndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Ümumilikdə 516 namizədliyi irəli sürülən şəxsin siyasi partiya mənsubiyyəti var.
"Deputatlığa namizədliyini irəli sürənlərdən 1092 nəfəri imza vərəqəsi alıb, 388 nəfər isə imza vərəqələrini qaytarıb", - deyə MSK sədri əlavə edib.
M.Pənahov qeyd edib ki, indiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.