Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
29-07-2024, 16:55
Gürcüstan-Ermənistan sərhədində narkotik qaçaqmalçılığı


Gürcüstan-Ermənistan sərhədində narkotik qaçaqmalçılığı

Ermənistanın Gürcüstanla sərhəddəki keçid məntəqələrindən birində yoxlama zamanı 5 kq-dan çox narkotik vasitə aşkar edilib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Əvvəlcə gələn sərnişindən 4 kq 43 qram metamfetamin aşkar edilib.
Onun etirafları sayəsində cinayət şəbəkəsini açmaq və 996 qram metamfetamin olan başqa bağlama tapmaq mümkün olub. 3 şübhəli şəxs saxlanılıb.
29-07-2024, 16:19
DİM daha bir imtahanın nəticələrini açıqladı


DİM daha bir imtahanın nəticələrini açıqladı

Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisaslarının harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə iyulun 28-də keçirdiyi test imtahanının nəticələri açıqlanıb.
DİM-dən bildirilib ki, abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda 1119 nəfər iştirak edib.
Hər bir fənn üzrə abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim edilib. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 tapşırıqdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir (imla, akkord, lad, məqam, interval).
Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Səhv cavablar sıfır balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir. Nəticələr yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur.
İxtisaslar üzrə nəzəriyyə fənlərinin uyğunluğu və keçid balları DİM-in saytında təqdim edilib.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 30 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
29-07-2024, 16:10
Qarabağ Universitetinin yeni prorektorları


Qarabağ Universitetinin yeni prorektorları

Qarabağ Universitetinə prorektorlar təyin olunub.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunub.
Məlumat üçün bildirək ki, N.İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə ADA Universitetinin birgə “Executive MBA” (EMBA) proqramında təhsil alıb. O, həmçinin London Biznes və Maliyyə Məktəbinin (LSBF) “İdarəetmənin inkişafı” proqramının məzunudur.
Nərgiz İsmayılova İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “British Petroleum”, “SOCAR Downstream Management” və digər qurumların benefisiarı olduğu müxtəlifspektrli institusional quruculuq, idarəetmə sistemləri və bacarıqların inkişafını hədəfləyən proqram və layihələr üzrə 10 ildən artıq təcrübəyə malikdir. O həmçinin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Dünya Bankı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrdə çalışıb. Nərgiz İsmayılova həm də 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi olub.
Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.
Fariz Əhmədov isə biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) bakalavriat, idarəetmə və təşkilatlandırma ixtisası üzrə Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistratura səviyyələrində təhsil alıb. Fariz Əhmədov həmçinin iqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Fariz Əhmədov 2010–2014-cü illərdə UNEC-in Türk dünyası iqtisad fakültəsində müəllim, baş müəllim, dosent və kafedra müdirinin müavini vəzifələrində çalışıb. 2014–2017-ci illərdə UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müdiri, 2017-ci ildən isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru olub. Fariz Əhmədov həmçinin Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP), Elm və Təhsil Nazirliyi, “Erasmus+”, “SOCAR Midstream Operations”, KOBİA tərəfindən dəstəklənən bir sıra layihələrdə çalışıb.
Bir çox kitab və tədris-metodiki vəsaitlərin həmmüəllifi olan Fariz Əhmədov həm də “Web of Science”, “Scopus” indeksli jurnallarda 10-dan çox elmi məqalənin müəllifidir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun həyata keçirdiyi “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi olub.
Fariz Əhmədov bu təyinatadək UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.
29-07-2024, 16:02
Şəhid ailələri və müharibə əlillilərinə daha 200 mənzil verildi - FOTO


Şəhid ailələri və müharibə əlillilərinə daha 200 mənzil verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil verilib.
Nazirlikdən verilən xəbərə görə, mənzillər Bakı və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Göygöl rayonlarında inşa olunmuş yeni yaşayış komplekslərindən təqdim olunub. Mingəçevir şəhərində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak edib.
H.Abdullayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.
Postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6,2 min, ümumilikdə ötən dövrdə 15 mindən çox mənzil və fərdi evin təqdim olunduğu bildirilib. Eyni zamanda, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, sosial dəstək proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunmaları, məşğulluqlarının təminatı və s. istiqamətlərdə atılan mühüm addımlardan bəhs olunub.
İ.İsmayılov şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin daim dövlətin diqqət mərkəzində olduğunu, Mingəçevirdə də həmin vətəndaşların sosial müdafiəsi sahəsində ardıcıl işlərin aparıldığını bildirib.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.








29-07-2024, 15:58
Kəlbəcərdə əsgər özünü güllələdi


Kəlbəcərdə əsgər özünü güllələdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlu intihar edib.
Bu barədə hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Bildirilir ki, hərbçinin odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
29-07-2024, 15:46
Cüdoçumuz Olimpiadanın yarımfinalına çıxdı


Cüdoçumuz Olimpiadanın yarımfinalına çıxdı

Paris Olimpiadasında uğurlu çıxış edən Azərbaycan cüdoçusu Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.
Azərbaycan cüdoçusu 1/4 final görüşündə kanadalı Artur Margelidon ilə qarşılaşıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançımiz rəqibini məğlub edib.
Hidayət Heydərov yarımfinal görüşündə kosovolu cüdoçu Akil Qyakovla üz-üzə gələcək.
29-07-2024, 15:37
Azərbaycanlı gənc ABŞ universitetində 420 minlik təqaüd qazandı


Azərbaycanlı gənc ABŞ universitetində 420 minlik təqaüd qazandı

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin kimya mühəndisliyi ixtisasının builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən Amerikanın Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya qəbul olub.
Bu barədə BMU-dan bildirilib.
Nüfuzlu ali təhsil ocağında kimya mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək BMU məzununun qazandığı təqaüdün məbləği isə 420 000 ABŞ dolları məbləğindədir.
BMU-da təhsil aldığı illərdə (2020-2024) ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan, dərsə intizamı, sosial-ictimai fəallığı ilə seçilən Turqut Əfəndi, eyni zamanda, elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib.
BMU məzunu, həmçinin “Breyn rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.
29-07-2024, 15:18
Toyda 5 nəfər paytaxt salatından zəhərləndi - AÇIQLAMA


Toyda 5 nəfər paytaxt salatından zəhərləndi - AÇIQLAMA

Qusar rayonunun Aşağı Ləgər kəndində toy zamanı 5 nəfər qidadan zəhərlənib.
Toydan sonra özlərini pis hiss edən şəxslər Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Qida zəhərlənməsi diaqnozu qoyulan şəxslər tibbi yardımdan sonra evə buraxılıb.
AQTA-dan bildirilib ki, Qusar rayonunda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb:
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus Qusar rayonu, Aşağı Ləgər kəndində həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İlkin araşdırmalara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək. Faktla bağlı araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək".

Rayon İcra Hakimiyyətinin Aşağı Ləgər kənd nümayəndəliyindən saytımıza verilən məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti yaxşıdır. Bildirilib ki, zəhərlənməyə səbəb qonaqlara təqdim edilən paytaxt salatı olub.
29-07-2024, 15:01
Macarıstan Avropa İttifaqında təcrid olunur - Polşa XİN başçısı


Macarıstan Avropa İttifaqında təcrid olunur - Polşa XİN başçısı

"Macarıstan Aİ-də getdikcə təcrid olunur və ölkənin mövqeyi blokun əksər üzv ölkələrini qıcıqlandırır".
Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Müsahibəsində o qeyd edib ki, Macarıstan Aİ Xarici Əlaqələr Şurasının son iclasında öz mövqeyinə dəstək almayıb.
"Nəinki dəstək almayıblar, onlar neft tədarükü məsələsində Avropa ilə həmrəylik istəyəndə təcrid olunmuş görünürlər. Onlar bu həmrəyliyi əldə etmirlər, çünki kimsə eqoistlik nümayiş etdirirsə, dostluq etmək çətindir", - nazir əlavə edib.
29-07-2024, 14:51
50 manata görə tanışını öldürdü - 15 il 6 ay həbs verildi


50 manata görə tanışını öldürdü - 15 il 6 ay həbs verildi

Qaradağ rayonunda tanışını öldürməkdə şübhəli bilinən Rauf Salayevin məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrlik etdiyi iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə Rauf Salayev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror təqsirləndirən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum esikməsini istəmişdi.
İttihama görə, Rauf Salayev Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat məbləğində pulu xərcləyib. O, Lökbatan yolunda yerləşən "Cənub qapısı" yaşayış kompleksinin həyətindəki bərbərxananın qarşısında Qoşqarla rastlaşıb. Bu zaman Qoşqar həmin pulu qaytarmasını tələb edib və aralarında mübahisə yaranıb.
Təqsirləndirilən şəxs Qoşqar Qarazadənin ünvanına nalayiq ifadələr işlədərək onu yerə yıxıb, ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib. Təsadüfən həyətdə olan Ömər Hudulov müdaxilə edərək mübahisəni sakitləşdirməyə cəhd edib.
Ömər mübahisəyə aydınlıq gətirmək üçün saat 00:00-da zəng vuraraq qardaşı Həsən Hudulovu çağırıb və Həsən həyətdəki supermarketin yaxınlığına gələrək Rauf Salayevə hücum edib.
Bu məqamda Rauf Həsən Hudulovun şalvarının bel hissəsinə qoyduğu bıçağı görüb, cǝld bıçağı götürüb və Həsənin ürəyindən vuraraq öldürüb.
Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!