Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
29-07-2024, 14:34
İki gündə güclü geomaqnit qasırğası gözlənilir


İki gündə güclü geomaqnit qasırğası gözlənilir

Növbəti iki gün ərzində - 30-31 iyulda G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, hesabat dövrü ərzində Günəş fəallığı artıb. Son sutka ərzində isə ardıcıl M7.7 və M9.9 sinifli alışmalar qeydə alınmışıdır. Maksimal sinifli alışma 3765 regionunda qeydə alınan X1.57 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. ünəşin səthində ləkələrin sayı azalaraq 11 ləkə qrupunda 189 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə doğru istiqamətlənmiş Tac Kütlə Atılması (TKA) qeydə alınıb.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 612 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (345 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.3 nT, radial istiqamətdə isə 3.1 nT təşkil edir.
Məlumatda bildirilib ki, hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olmuşdur. Gözlənilən TKA-ın təsiri nəticəsində isə 26 iyulda G1 (zəif) səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 2.3-ə bərabərdir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (29 iyul - 04 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 30-31 iyul tarixlərində S1 səviyyəsinə yüksəlməsi ehtimalı var. Günəş küləyi – Ardıcıl baş vermiş TKA-nın təsiri nətiəsində Günəş küləyinin sürətinin 31 iyuldadək yüksək olacağı proqnozlaşdırılır.
"Geomaqnit sahəsi – 27 iyulda baş vermiş TKA-nın təsiri ilə bu gün G1 (zəif), 30-31 iyulda isə son günlərdəki aktivliyə bağlı olaraq G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir", - deyə məlumatda qeyd olunub.
29-07-2024, 14:23
Prezident daha bir qurumun əsasnaməsi təsdiqlədi


Prezident daha bir qurumun əsasnaməsi təsdiqlədi

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilib.
Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.
29-07-2024, 14:02
Putin Lavrovun müavinini işdən çıxardı


Putin Lavrovun müavinini işdən çıxardı

Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titov vəzifəsindən azad olunub.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin müvafiq qərar imzalayıb.
Qərarın səbəbi bilinmir.
29-07-2024, 13:50
Türkiyə-Ermənistan nümayəndələri sərhəddə görüşəcək


Türkiyə-Ermənistan nümayəndələri sərhəddə görüşəcək

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Ruben Rubinyanın görüşəcəyini təsdiqləyib.
Bu barədə XİN-in sözçüsü "X" hesabında bildirib.
"İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin beşinci görüşü baş tutacaq", - o qeyd edib.
29-07-2024, 13:43
Ermənistanın 900-dək maşını “Yuxarı Lars”da qalıb


Ermənistanın 900-dək maşını “Yuxarı Lars”da qalıb

Hazırda “Yuxarı Lars” keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyən yük maşınlarının növbəsində 2,7 mindən çox nəqliyyat vasitəsi var.
Bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.
İyulun 29-u səhər saatlarına olan məlumata görə, gediş-gəliş üçün elektron növbədə 2734 yük avtomobili qeydə alınıb. Onlardan 847-nin Ermənistan nömrə nişanı var.
Xatırladaq ki, iyulun 26-da sel səbəbindən “Yuxarı Lars” keçid məntəqəsi ilə avtomobillərin hərəkəti bir neçə saat müddətinə qadağan edilmişdi;
“Yuxarı Lars” keçid məntəqəsi Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.
29-07-2024, 13:05
Güclü yağış vətəndaşların fərdi təsərrüfatlarına ciddi ziyan vurdu - FOTO


Güclü yağış vətəndaşların fərdi təsərrüfatlarına ciddi ziyan vurdu - FOTO

İyulun 28-i günün birinci yarısından başlayaraq yağan leysan xarakterli yağış nəticəsində, Goranboy rayonu ərazisində çaylarda suyun səviyyəsi artmış, bir sıra yaşayış məntəqələrində, o cümlədən Qazanbulaq qəsəbəsi, Borsunlu, Nadirkənd, Azad, Dəyirmanlar və Nizami kəndlərində fərdi təsərrüfatlara və əkin sahələrinə ziyan dəymiş, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Mövcud vəziyyətlə bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və RİH-nin məsul əməkdaşları axşam saatlarından operativ olaraq, ərazilərdə olmuş, aidiyyəti xidmət sahələrinin əməkdaşlarını və lazımi texnikaları ərazilərə cəlb etməklə, fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər görülüb. Hazırda həmin yaşayış məntəqələrində elektrik enerjisinin təhcizatı bərpa edilmiş, fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, selin ziyan vurduğu yaşayış məntəqələrində olub, mövcud problemlərlə yerində maraqlanıb.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!