Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                        Böyük Britaniya İrana yeni səfir təyin etdi .....                        Antarktida sürətlə yaşıllaşır .....                        Zaqatalada mağaza yandı .....                       
31-07-2024, 15:11
Laçında meyiti tapılan hərbçilər bu rayonlardandır


Laçında meyiti tapılan hərbçilər bu rayonlardandır

Xəbər verdiyimiz kimi, Laçın rayonunda Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib. Onların kükürd qazlı termal sularda çimərkən zəhərləndikləri bildirilir.
Həlak olan hərbçilərdən Emin Şahmarlı Füzuli rayonunun Əhmədbəyli kəndindəndir.
Kapitan Asif Emnalıyev isə Şamaxanın Ovçulu kəndindəndir. O, 1996-cı ildə anadan olub.
Fərid Cəbrayılovun Kürdəmir rayonundan oluğu bildirilir.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

Kapitan Asif Emnalıyev



Gizir Cəbrayılov Fərid Famil oğlu



çavuş Şahmarlı Emin Oqtay


31-07-2024, 15:06
Məhkəmə İlkin Süleymanovla bağlı qərar verdi


Məhkəmə İlkin Süleymanovla bağlı qərar verdi

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovla bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə İlkin Süleymanovun vəkilləri çıxış edib. Vəkillər məhkəmədən İlkin Süleymanova bəaraət istəyiblər. Sonra İlkin Süleymanov çıxış edib.
İlkin Süleymanov çıxışında günahsız olduğunu vurğulayaraq bəraət istəyib.
Daha sonra qərar elan olunub.
Məhkəmə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsindəki hökmün ləğv edilməsi və bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayəti verilib. Bununla bağlı avqustun 8-də Gəncə Apellyasiya Məhkəməsində proses başlayıb, iş apellyasiya baxışına təyin edilib. Baxış iclasında zərərçəkən tərəfin - Nərminin atası Şərif Quliyevin də hökmdən apellyasiya şikayəti verdiyi məlum olub. Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdığından şikayət verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəməsində baxılması zərurəti yaranıb. Bu səbəbdən proses təxirə salınıb və iş yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
31-07-2024, 14:50
ABŞ Haniyənin öldürülməsində iştirak etməyib - Blinken


ABŞ Haniyənin öldürülməsində iştirak etməyib - Blinken

ABŞ Dövlət Katibi Antoni Blinken HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən danışıb.
Bu barədə o, CNA-ya bildirib.
Blinken deyib ki, ABŞ HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində iştirak etməyib.
Xatırladaq ki, Haniyə İran prezidenti Məsud Pezeşkianın andiçməsinə qatılmaq üçün səfər etdiyi Tehranda qaldığı evə raket atılması nəticəsində ölüb.
31-07-2024, 14:37
Prokurorluq meyiti tapılan hərbçilərlə bağlı məlumat yaydı


Prokurorluq meyiti tapılan hərbçilərlə bağlı məlumat yaydı

“Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun- Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub”.
Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.
“Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluq və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Allah hərbçilərimizə rəhmət eləsin”, - məlumatda deyilir.
31-07-2024, 14:18
Laçında 4 hərbçimiz həyatını itirdi


Laçında 4 hərbçimiz həyatını itirdi

İyulun 30-u Laçında 4 hərbçimiz həyatını itirib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
31-07-2024, 13:51
Azərbaycanda deputatlığa namizəd adam bıçaqladı


Azərbaycanda deputatlığa namizəd adam bıçaqladı

Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Cavadov Nazir Ağacavad oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Qeyd olunub ki, T.Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.
31-07-2024, 13:24
İranda üçgünlük matəm elan edildi


İranda üçgünlük matəm elan edildi

Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.
Bu barədə İran KİV-i məlumat yayıb.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
31-07-2024, 13:04
“Evimizdə törədilən bu hadisənin qisasını alacağıq!” - Xameneidən mesaj


“Evimizdə törədilən bu hadisənin qisasını alacağıq!” - Xameneidən mesaj

İran İslam Respublikasının ali rəhbəri ayətullah Xamenei HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehrandakı hücum nəticəsində öldürülməsinə münasibət bildirib.
Xamenei İsmayıl Haniyəni Fələstinin cəsur və görkəmli lideri adlandırıb.
Ali rəhbər İslam ümmətinə, Fələstin müqavimət cəbhəsinə, Fələstin xalqına, Haniyənin ailəsinə başsağlığı verib.
Xamenei daha sonra bu hadisədə İsraili günahlandırıb və sərt mesaj göndərib:
“Cinayətkar və terrorçu sionist rejim dəyərli qonağımızı evimizdə şəhadətə çatdırmaqla bizi kədərləndirdi, eyni zamanda, özü üçün ağır bir cəza hazırladı...
...İslam Respublikası ərazisində baş vermiş bu ağrılı hadisənin qisasını almağı özümüzə borc bilirik”.
31-07-2024, 12:46
Sabahın havası


Sabahın havası

Avqustun 1-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 31-dən avqustun 01-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
31-07-2024, 12:29
Ərdoğan Haniyənin öldürülməsi barədə: Rüsvayçılıqdır...


Ərdoğan Haniyənin öldürülməsi barədə: Rüsvayçılıqdır...

"Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəyə qarşı həyata keçirilən xain sui-qəsdi şiddətlə qınayıram".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bu, Fələstin davasını, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmağa yönəlmiş bir rüsvayçılıqdır”, - o əlavə edib.
Qeyd edək ki, Haniyə Pezeşkianın andiçməsinə qatılmaq üçün səfər etdiyi Tehranda qaldığı evə raket zərbəsi endirilməsi nəticəsində ölüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!