Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
16-08-2024, 16:18
Rusiya MN-in iddiası: "Krım körpüsünə ATACMS raketləri atılıb"


Rusiya MN-in iddiası: "Krım körpüsünə ATACMS raketləri atılıb"

Rusiya Müdafiə Nazirliyi Krım körpüsünün gecə saatlarında ATACMS raketləri ilə hücuma məruz qaldığı barədə məlumat yayıb.
Nazirliyin iddiasında yarımadanın ilhaqından sonra inşa edilən Krım körpüsünə ATACMS raket hücumunun dəf edildiyi bildirilib.
“Bu gecə hava hücumundan müdafiə sistemləri Krım körpüsünə ABŞ istehsalı olan 12 ATACMS əməliyyat-taktiki raketi ilə qrup hücumunu dəf edib. Bütün raketlər məhv edilib”, - qurumun məlumatında deyilir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Krım bölgəsində Ukraynaya məxsus 5 PUA vurulduğunu və 2 pilotsuz katerin məhv edildiyini iddia etmişdi.
16-08-2024, 16:12
Putin Azərbaycana gəlir - Tarix açıqlandı


Putin Azərbaycana gəlir - Tarix açıqlandı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfər avqustun 18-19-da baş tutacaq.
Məlumata görə, səfər zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
16-08-2024, 16:06
Rəqəmsal tələbə kartı artıq tələbələrin istifadəsinə verilir


Rəqəmsal tələbə kartı artıq tələbələrin istifadəsinə verilir[/color]

Yeni tədris ilindən AzTU tələbələri “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub.
Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb platforması vasitəsilə yoxlaya biləcək.
Tələbə daha sonra “mygov” mobil tətbiqində “paylaşdığım məlumatlarım” bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.
Qeyd edək ki, “mygov” rəqəmsal hökumət platforması İnnoasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir.
16-08-2024, 15:30
Saakaşvilinin keçmiş silahdaşı siyasi partiya yaradır


[b]Saakaşvilinin keçmiş silahdaşı siyasi partiya yaradır[/b]

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin keçmiş silahdaşı, müxalifətçi Qiqa Bokeriyanın oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə bir ay qalmış yeni “Federalistlər” partiyası yaratması və etiraz aksiyası elan etməsi barədə bəyanat yayılıb.
Bokeriya həyat yoldaşı Tamar Çerqoleyişvili ilə birlikdə seçdiyi kursdan yayındığı üçün ayın əvvəlində Avropa Gürcüstanı Partiyasını tərk edib.
“Federalizm bir dövlət quruluşu deyil, bu, insanın həyatının, onun bacarıqlarının və qabiliyyətlərinin xüsusilə qiymətləndirildiyi bir güc balansı yaradan bir sistemdir”, - Çerqoleyişvili partiyanın təqdimatında deyib.
"Federalistlərin təsis qurultayının sentyabrda keçirilməsi planlaşdırılır. Eyni zamanda, seçkilərlə bağlı suallara cavab veriləcək”, - deyə o əlavə edib.
Qiga Bokeriya 2016-cı ildə eks-prezidentlə fikir ayrılığına görə Vahid Milli Hərəkat Partiyasını tərk edərək həmfikirləri ilə birlikdə “Avropa Gürcüstanı”nı yaradıb.
16-08-2024, 15:09
Tələbələr Bakıya qayıdır: kirayə bahalaşır, yataqxanalar isə...


Tələbələr Bakıya qayıdır: kirayə bahalaşır, yataqxanalar isə...

Yeni tədris ilinin başlamasına 1 ay qalıb. Artıq ali təhsil müəssisələrinin yuxarı kursda oxuyan tələbələri, həmçinin ixtisas seçimində Bakıda yerləşən universitetlərə müraciət edən şəxslər paytaxtda kirayə mənzil və yataqxanalar barədə maraqlanmağa başlayıb.
Kirayə mənzil axtarmaq üçü Bakıya gələn tələbələrin bəziləri qiymətlərin artmasından şikayətlənir. Yataqxanalarda isə vəziyyət ürəkaçan deyil.
Əmlak eksperti Ramil Osmanlı da gələn ay kirayə qiymətlərində artım gözlədiyini bildirib.
Onun sözlərinə görə, sentyabr ayında tələbə axını nəticəsində kirayə evlərdə qiymət artımı gözlənilir:
“Azərbaycan kirayə mənzil bazarında son illərdə daha çox təklif portfelinin məhdudlaşmasını, daralmasını müşahidə edirik. Kirayə mənzil kimi bazara çıxarılan ucuz mənzillərin sayı sürətlə azalır. Şəhərsalma prosesi sürətləndikcə bir və ya iki mərtəbəli yaşayış binaları söküntüyə məruz qalır. Eyni zamanda köhnə mənzil fonduna aid olan bəzi çox mənzilli binalar da söküntüyə məruz qalır. Bu səbəbdən də biz xüsusi ilə kirayə mənzil bazarında təklif portfeylinin məhdudlaşması və daralmasını müşahidə edirik. Bunun müqabilində yeni tikililər inşa olunur və bazara daha bahalı mənzillər daxil olur. Bütün indiki iqtisadi şərtlər kirayə mənzil bazarı üçün qiymət artımını şərtləndirir”.
Bakıda tələbələrin qalmaq üçün üz tutduğu növbəti ünvanlar yataqxanalar olur. Azərbaycanda bir çox universitetin yataqxanalarında keçmiş məcburi köçkünlər yaşayır, ancaq bəzi ali təhsil ocaqlarının yataqxanalarında tələbələr üçün yaxşı şərait var.
Yataqxanaların qiyməti hər universitetə görə fərqlidir. Qiymətlər yataqxananın şəraitinə görə dəyişir.
Bakı Dövlət Universitetinin yeni istifadəyə verilmiş 5 mərtəbəli, 220 yerlik tələbə evində bir nəfər üçün aylıq ödəniş 75 manatdır.
Memarlıq və İnşaat Universitetinin 112 otağı olan və hər il 252 tələbə qəbul edilən təbələ şəhərciyində isə aylıq qiymət 40 manat təşkil edir. Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur. Yataqxanalar oğlan, qız və xarici tələbələr üçün ayrılıqda bölünüb. Tələbənin qalması üçün 968 yer mövcuddur. Qiymətlər 50-80 manat arasında dəyişir. Universitet yataqxanasında otaq tutumu 1 nəfərlik, 2 nəfərlik, 3 nəfərlik və 4 nəfərlik olaraq bölünür.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 320 nəfərlik tələbə şəhərciyi fəaliyyət göstərir. Burada hər otağın qiyməti 100 manatdır. Otaqlar 2, 3 nəfərlikdir.
Bakı Avrasiya Universitetinin yataqxanası isə yalnız qız tələbələrin qalması üçün nəzərdə tutulub. Otaqların aylıq ödənişi 80-100 manat arasında dəyişir. Aztəminatlı tələbələrin burada qalması üçün şərait yaradılacaq və qiymət barəsində müəyyən güzəşt ediləcək.
Ali məktəblərdən bildirilib ki, şəhid və qazi övladlarına, valideynlərini itirmiş və digər həssas qrupa aid olan tələbələrə güzəştlər edilir. İxtisas seçiminin nəticələri bəlli olduqdan sonra yataqxanalarda tələblərin yerləşdirilmə planı daha dəqiq bilinəcək.
16-08-2024, 14:41
Britaniyada fövqəladə vəziyyət - Meymunçiçəyinə görə


Britaniyada fövqəladə vəziyyət - Meymunçiçəyinə görə

Böyük Britaniyanın səhiyyə rəsmiləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada virusun yayılmasını beynəlxalq fövqəladə vəziyyət elan etməsindən sonra yeni “Mpox” ştamının potensial yayılması hallarına hazırlaşırlar.
“Clade 1b” kimi tanınan ştam ötən il Konqo Demokratik Respublikasında peyda olub.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki, hazırda İngiltərədə yoluxma riski aşağı hesab edilsə də, Krallıqda ortaya çıxa biləcək hər hansı hal üçün hazırlıq görülür.
Əvvəllər meymunçiçəyi kimi tanınan “Mpox” yaxın fiziki təmasla ötürülür. Xəstəlik qripə bənzər simptomlara, habelə dəridə irinli yaralara səbəb olur və adətən yüngül keçir, lakin ölümcül də ola bilər. Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsadlar riski daha yüksəkdir.
16-08-2024, 00:55
"Qapıçımız bu gün böyük hünər göstərdi"


"Qapıçımız bu gün böyük hünər göstərdi"

Son ana kimi mübarizə apardıqlarına görə futbolçularımla fəxr edirəm. Azarkeşlərimizə də verdikləri dəstəyə görə minnətdaram.
Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubuna penaltilər seriyasında qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis penaltilər seriyasında 5 topdan 4-nü dəf edən qapıçı Tiaqo Silva barədə danışıb: "Şerif" (Moldova) ilə oyunun penaltilər seriyasında Tiaqonun çıxışından razı qalmamışdım. Amma o, bu gün böyük hünər göstərdi. Bunu bacarmaq elə də asan iş deyil".
O, pley-off mərhələsində qarşılaşacaqları Kiprin "Omoniya" klubu haqqında da fikirlərini bölüşüb: "Düzü, komanda haqqında məlumatım yoxdur. “Fehervar"la (Macarıstan) keçirdikləri matçı izləmişəm. Üstünlük əldə ediblər. Bu da onların güclü rəqib olduğunu göstərir. Müəyyən qədər avrokubok təcrübələri var. Görünür ki, bizim kimi onlar da qrupa düşmək istəyirlər. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!