"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
30-08-2024, 14:11
Göygöldə 5 nəfər zəhərləndi - İkisi öldü


Göygöldə 5 nəfər zəhərləndi - İkisi öldü

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var.
Hadisə Balçılı kəndində qeydə alınıb.
İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib.
Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olduğu üçün "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.
30-08-2024, 13:30
Ərdoğan Anıtqəbiri ziyarət etdi - FOTO


Ərdoğan Anıtqəbiri ziyarət etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin Zəfər bayramı münasibətilə Atatürkün movzeleyi – Anıtqəbiri ziyarət edib.
Bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilir ki, dövlət başçısı Anıtqəbirdə xatirə dəftərini imzalayıb. O, Türkiyə xalqının müstəqilliyini təmin edən böyük zəfərin 102-ci ildönümünün həyəcan və qürurla qeyd edildiyini söyləyib.




30-08-2024, 13:27
Azərbaycan Şimali Kiprə davamlı dəstək göstərir


Azərbaycan Şimali Kiprə davamlı dəstək göstərir

Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinə davamlı şəkildə dəstək göstərir.
Bu barədə Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin də iştirak etməsinin önəminə toxunub.
30-08-2024, 13:23
Məktəbli ləvazimatları bahalaşıb - Qiymətlər necə tənzimlənir?


Məktəbli ləvazimatları bahalaşıb - Qiymətlər necə tənzimlənir?

Məktəblərin açılmasına az vaxt qalıb. Əvvəllər olduğu kimi, bu il də valideynlər uşaqların məktəb ləvazimatlarının alınması üçün alış-verişlərə başlayıblar.
Bu il də digər illərdən fərqlənmir. Valideynlər qiymətlərdən narazılıq edir, bahalıqdan gileylənirlər.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymətlər bazarda təyin olunur. Yəni bu mövzu ilə bağlı xüsusi meyar yoxdur:
"Sahibkar məhsulu aldıqdan, xərcləri çıxdıqdan sonra üzərinə istədiyi məbləği qoyur. Sahibkarın bu zaman özünün qiymət diapozonu olur. Müəyyən qiymət təyin edir, sonra lazım olduqda müəyyən qədər azalda bilir. Tələbat çox olanda, alış-veriş çox edildikdə təbii ki, güzəşt tətbiq etmir. Bu zaman qiymətlərə nəzarət etmək üçün xüsusi bir orqan yoxdur, olmalı da deyil. Bunlar tənzimlənən qiymət deyil. İşıq, qaz, su, nəqliyyat və digər sahələrdə qiymətlər tənzimlənir, amma bazarda belə bir qayda yoxdur".
Onun sözlərinə görə, tənzimlənən qiymətlər yalnız təbii monopolislərin məhsullarının qiymətləridir:
“Bazar qiymətlərinin tənzimlənən olması üçün gərək sovet dönəminə qayıdaq. Burada monopoliya da yoxdur. Bazarda rəqabət mühiti var ki, qiymətin artıb-enməsini müəyyən edir. Məktəb ərəfəsində alıcı kütləsi artdığı üçün qiymətlər də artır. Bu normal prosesdir. Qiymətlərin qalxmasından əziyyət çəkmək istəməyən şəxslər 2-3 ay əvvəldən hazırlıq görməli, alış-verişlərini etməlidirlər. Dədə-baba qaydası olaraq yayda qışın ehtiyatı görülürdü, indi də bu qayda keçərlidir. Əgər məhsulu istədiyimiz vaxt əldə etmək istəyiriksə, qiymət artımını da qəbul etməliyik”.
30-08-2024, 13:18
“Avroviziya 2025”in keçiriləcəyi şəhər məlum oldu


“Avroviziya 2025”in keçiriləcəyi şəhər məlum oldu


“Avroviziya” beynəlxalq mahnı proqramı 2025-ci
ilin may ayında İsveçrənin Bazel şəhərində mübarizə.
Bu barədə müsabiqənin təşkilatçıları məlumat yayıb.
Məlumata görə, “Avroviziya 2025” mahnı proqramının finalı 17-də, yarımfinalları mayın 13-də və 15-də.
Qeyd etmək lazımdır ki, İsveçrə “Avroviziya-2024”ün qalibi olub.
30-08-2024, 13:10
“Qələbə“ dairəsi bağlandı


“Qələbə“ dairəsi bağlandı

Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, “Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Buna səbəb aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işlərinin aparılması göstərilib.
30-08-2024, 13:02
Ermənistan qəsdən vaxt uzadır! - İlham Əliyev şərtləri elan etdi


Ermənistan qəsdən vaxt uzadır! - İlham Əliyev şərtləri elan etdi

“Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır”.
Bunu Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
İlham Əliyev vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.
Azərbaycan Prezidenti onu da əlavə edib ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir.
Dövlətimizin başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib.
Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!
Prezident deyib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. İlham Əliyev qeyd edib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.
Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlətimizin başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.
30-08-2024, 12:51
İlham Əliyev Lukaşenkoya zəng etdi


İlham Əliyev Lukaşenkoya zəng etdi

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
Dövlətimizin başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.
Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.
Dövlət başçıları əməkdaşlığımızın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.
30-08-2024, 12:46
Ermənistan konstitusiya islahatını 2027-yə saxladı - İrəvan sülh sazişini sabotaj edir


Ermənistan konstitusiya islahatını 2027-yə saxladı - İrəvan sülh sazişini sabotaj edir

Azərbaycan sülh müqaviləsi ilə bağlı Ermənistanın qarşısında konkret şərtlər qoyub. Əsas şərtlərdən biri də Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsidir. Buna səbəb Ermənistan Konstitusiyasında beynəlxalq hüquqa zidd olaraq, ölkəmizə qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan tərəfi ilk vaxtlarda buna müsbət yanaşırmış kimi görünsə də, sonradan məsələni sabotaj etdilər və yubatdılar.
Nəhayət ötən gün Ermənistanın ədliyyə naziri Qriqor Minasyan ölkədə konstitusiya islahatları ilə bağlı keçiriləcək referendumun tarixini açıqlayıb.
O, bildirib ki, konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, 2027-ci ilədək Ermənistanla Azərbaycan arasında ilkin çərçivə sənədi imzalana bilər:
“İndiki mərhələdə müzakirə olunan sənəd fərqlidir. Bu sənəd prinsiplərdən ibarətdir. Artıq prinsiplərin 90 faizi razılaşdırılıb. Bəzən onu "sülh sazişi" adlandırırlar. Ermənistan beynəlxalq hüquqa zidd olaraq daxili qanunvericiliyində təsbit etdiyi başqa ölkələrin ərazilərinə qarşı iddiaları çıxarmağı öhdəlik kimi götürə bilər. Bir sözlə, ilk olaraq çərçivə sənədi imzalanacaq. Elə 2021-ci ildə də imzalanacaq sənəd çərçivə sənədi adlandırılmışdı. Sadəcə olaraq, bunu sadə dillə "sülh sazişi" adlandırırlar. Hələ ki yekun sülh sazişi ola bilməz. Çünki həllini gözləyən problemlər var. Sərhədlərin, kommunikasiyaların açılması bir-iki aya həll olunacaq məsələ deyil”.
Sabiq xarici işlər naziri 2027-ci ildə sülh sazişinin imzalanmasının gözlənilib-gözlənilmədiyindən də danışıb:
“Onların sülh imzalamaqdan başqa yolu yoxdur. Ermənistan tərəfi ictimaiyyətin buna hazır olmadığını söyləyir. Lakin ictimaiyyətin hazır olub-olmaması bizim yox, Ermənistanın problemidir. Mən necə səninlə sazişə qol çəkim ki, sən səhvlərini düzəltmirsən. Bunlar səhv də deyil. Bu bir başqa ölkəyə qarşı ərazi iddiasıdır ki, beynəlxalq qanunlarda məsələ cinayət kimi qəbul olunur. Bu cinayətləri düzəltmək iqtidarında deyilsənsə, deməli, sənə sülh də lazım deyil”.
T.Zülfüqarov vurğulayıb ki, artıq sülhlə bağlı məsələnin geridönüşü yoxdur:



“Bilirsiniz, baş nazir Paşinyanın əsas marağı Ermənistanın problemlərini həll etmək deyil, müzakirələri uzatmaqdır. Bundan öncəkilər kimi, Ermənistanın indiki rəhbərləri də ölkə üçün əsas olan problemlərinin həllində maraqlı deyillər. Burada ictimai razılığın olmaması bəhanə sayıla bilməz. Özləri yalanı ictimaiyyətə o qədər təbliğ ediblər ki, cəmiyyət də elə bilir həqiqətən də Ermənistan "dənizdən-dənizə" çata bilər.
Paşinyan hökuməti hakimiyyətdən getsə belə, heç nə olmayacaq. Azərbaycanın mövqeyi beynəlxalq qanunlara uyğun olduğundan dəyişən deyil. Bu, artıq Ermənistanın problemidir. Ermənistan sülh istəmirsə, biz onun yerinə sülh istəməyəcəyik ki... Əslinə qalsa, bizim aramızda heç bir sənəd qüvvədə deyil. Sadəcə olaraq, atəşkəs sazişi var ki, 2020-ci ildə ona qol çəkmişik. Onlar deyirlər ki, "bizi vuracaqlar". Vurulmaq istəmirsinizsə, sülhə görə hansısa addımlar atın. Bir tərəfdən guya qorxurlar, digər yandan da normal qanunvericilik yaratmaq istəmirlər. Biz onların yerinə nə edə bilərik? Bizə təhlükə yaransa, yenə də, başlarından "dəmir yumruq"la vuracağıq”.
30-08-2024, 12:45
Boreldən mühüm Gürcüstan açıqlaması


Boreldən mühüm Gürcüstan açıqlaması

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel bildirib ki, Avropa İttifaqı Gürcüstanın məsafəsindən getdikcə daha çox narahatdır. O deyib:
“Avropa İttifaqından uzaqlaşan bu ölkənin trayektoriyası bizi getdikcə daha çox narahat edir".
Daha əvvəl Aİ Gürcüstan hakimiyyətinin parlament seçkilərində qələbə qazanacağı təqdirdə müxalifət partiyalarının fəaliyyətini qadağan etmək planlarının cavabsız qalmayacağını bəyan etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!