Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
25-08-2024, 15:30
Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək


Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək


Avqustun 26-da Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Ötən il olduğu kimi Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatının nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd edilir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunub.
25-08-2024, 15:18
Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir


Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir

Xüsusi hərəkət zolağının təşkili Bakının Tbilisi prospektində də həyata keçirilir. Yol boyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Tbilisi prospektinin müxtəlif ərazilərində gün ərzində 6-10 müntəzəm marşrut xətti üzrə 80-150 avtobus fəaliyyət göstərir.
“İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək”, - Agentlikdən bildirilib.
25-08-2024, 13:52
UEFA-dan Azərbaycan klublarına ödəniş


UEFA-dan Azərbaycan klublarına ödəniş

UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) mübarizə aparan Azərbaycanın 3 klubuna ödəniş edib.
Ödənişlər “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.
"Zirə" 349600, "Sabah" 174600 avro qazanıb. "Sumqayıt"a isə 524600 avro ayrılıb.
Qeyd edək ki, ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
25-08-2024, 13:45
DÜNYA BOKS KƏMƏRİNƏ ÖGEY MÜNASİBƏT


DÜNYA BOKS KƏMƏRİNƏ ÖGEY MÜNASİBƏT
və yaxud
GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ BEYNƏLXALQ İDMAN YARIŞLARINDA “HEYDƏR ƏLİYEV ADINA DÜNYA BOKS KƏMƏRİ” TƏŞKİLATINA DİQQƏT VƏ QAYĞINI ARTIRMALIDIR.

Zərdüştlüyün vətəni sayılan Azərbaycan ən qədim dövrlərdən bəri həm də milli oyun rəqsləri ilə də dünyaya öz sözünü demişdir.”Avesta”ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, at çapma, güləş, ox atma və qılınc oynatma yarışlarının tarixi çox qədim dövrlərə gedib çıxır. Eramızdan əvvəl IV-II minillikləri əhatə edən tunc dövrü Azərbaycan idmanının başlanğıc mərhələsi sayılır.
İdman oyunları müqəddəs sayılan “Avesta”da pəhləvanların düşmən üzərində qələbə çalmaq dözümlülüyü, iradəliliyi və qorxmazlığı xüsusi yer tutur.
Zəngin və şərəfli idman tarixi yaşayan xalqımız bu gün də sağlam həyat, gümrah bədən, fiziki kamillik prinsiplərini və milli dəyərləri qürurla qoruyub saxlaya bilmişdir.
Bu gün dünya olimpiadalarında ən yüksək yerlərin qalibi olan idmançılarımız Azərbaycanın milli atributları olan üçrəngli Bayrağımızı başları üzərinə qaldırması və dövlət himnimizi mötəbər arenalarda səsləndirməsi kimi müqəddəs bir işə öz imzalarını atırlar. Əsası Ulu öndər Heydər Əliyevdən başlanan və ölkə prezidenti İlham Əliyevin Azərbaycan idmanına göstərdiy yüksək qayğı bu gün xalqımızın güvənc yeri və qürur mənbəyidir.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri‎, Dünya Taekvondo Çempionatı‎, İdman növlərinə görə keçirilən beynəlxalq yarışlar‎, şahmat üzrə beynəlxalq yarışlar‎, 2002 Güləş üzrə Avropa Çempionatı, 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, 2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı dediklərimizə parlaq sübutdur.
Bu cür uğurlar hər bir Azərbaycanlının qəlbində fərəh hissi oyatmaya bilməz. Axı, İdman təkcə sağlamlıq yox, həm də sağlam düşüncə, sağlam ruh, saf niyyət deməkdir. Bunu ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarında iştirak edən əcnəbi idmançıların və qonaqların gözlərindən və davranışlarından da oxumaq mümkündür.Onlar ölkəmiz haqqında özləri ilə mehribanlıq, səmimiyyət, dostluq, qonaqpərvərlik, mərdlik kimi millətimizə xas olan keyfiyyətləri və keçirdikləri xoş anların xatirələrini də aparırlar.
Bəs, həmişə dövlət rəhbərinin himayəsində olan idmanımıza başçılıq edən bəzi məmurlar, səlahiyyət sahibləri necə, görəsən, müqəddəs sayılan peşə borclarını vicdanla yerinə yetirə bilirlərmi?! Məsul olduqları sahənin cavabdehliyini dərk edirlərmi?! Dövlətə, Prezidentə, milli atributlarımıza sadiq qalırlarmı?!

Təəssüflər olsun ki, bu sahədə də müəyyən boşluqlar və öz həllini tapmayan nöqsanlar hələ də mövcuddur.
Dünyanın bir çox inkişaf etmiş Avropa ölkələrində Azərbaycan Evlərinin nəzdində idman və “Ana dili” məktəblərinin, Koordinasiya Şuralarının açılması xaricdə yaşayan həmvətənlərimizin öz milli dəyərlərini qoruyub saxlanılması və onların təbliğ olunması istiqamətində aparılan məqsədyönlü işlərin ən qısa sübutudur.
1997-ci ildə Ukraynaya rəsmi səfər edən Prezident Heydər Əliyev orada yaşayan azərbaycanlılarla görüşdə demişdi:
“Harada yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz Vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır”.
Ölkədaxili İdman yarışlarına ev sahibliyi eləmək nə qədər çətin və məsuliyyətlidirsə, xaricdə yaşayan həmvətənlərimizin bu sahədə apardıqları korporotiv işlər ondan da ikiqat artıqdır.Yaşadıqları ölkənin konstitutsiya qanunları çərçivəsində fərdi və ictimai fəaliyyət vərdişlərinə yiyələnmək, məşğu olduqları sahənin məsuliyyətini dərk etmək, maddi-mənəvi dəyərlərimizi saxlamaq şərti ilə qeyri millətlərlə qaynayib qarışmaq, qarşılıqlı hörmət və ən əsası ümum Avropa dəyərləri kontekstində ortaq və beynəlmiləl mədəniyyətə yiyələnmək kimi funksional həyat tərzi ilə barışıb öz mili-mənəvi dəyərləri çərçivəsində hərəkət etmək, duruş gətirmək, əlbəttə ki, asan iş deyil. Bu baxımdam soydaşlarımızın vətənçilik və Azərbaycançılıq kimi müqəddəs hisslərini qoruyub saxlamaq və dövlətçilik istiqamətində vahid ideya ətrafında birləşib irəlləyişlər qazanməq hər birimizdən böyük məsuliyyət tələb edir.
2023-cü ildə Almaniyanın Maqdeburq şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bazar İqtsadiyyati İnstitunun rəhbəri Rolf Kunş və Maqdeburq şəhərinin deputatı Bernd Heyneman və başqa tanınmış şəxslərin iştirakı ilə Azərbaycan Evinin möhtəşəm açilişı yuxarıda dediklərimizin əyani sübutu kimi dəyərləndirilməlidir.Bu cür mötəbər insanların xeyir-duası ilə açılıb fəaliyyətə başlayan Azərbaycan Evinin və onun nəzdində “Ana dili” məktəbinin Heydər Əliyev adına və Diaspora Boks Liqasının fəaliyyətinin genişlənməsi ümumu məqsədlərimiz naminə daha böyük imkanlar yaradır.
2007-ci ildə LBN Boks adlı təsis etdilən klub Azərbaycanın tanıdılmasında böyük rol oynadı. Almaniya idman ictimaiyyətinin böyük marağına səbəb olan bu kilub öz nüfuzunu artıraraq 2012-ci ilin may ayında Heydər Əliyev adına olan böyük bir Dünya Boks Təşkilatına çevrilmiş oldu. Yarandığı gündən fəaliyyətə başlayan təşkilat təkcə Almaniyada deyil, dünyanın bütün ölkələrində fəaliyyət göstərməyə başladı.Təskilatın nəzdində təsis edilən Azərbaycan idmançıları ilə yanaşı müxtəlif ölkələrin idmançıları da bu Ali mükafat uğrunda peşəkar rinqdə mübarizə aparırlar. Təşkilatın əsas məqsədi Azərbaycan boksçları ilə yanaşı əcnəbi boksçları da bu təşkilata cəlb etməklə beynəlxalq arenalarda üçrəngli bqayrağımızı dalğalandırmaq , himnimizi səsləndirmək, Ulu Öndərin idmana olan tövsiyyələrinə sadiq qalmaq və təsis olunan “Heydər Əliyev adına Dünya Boks Kəməri” ali mükafatını əsrlər boyu əbədiləşdirmək misiyasını həyata keçirməkdən ibarətdir. Çünki bu böyük layihənin və böyük uğurun ölkəmiz üçün hansı şan-şöhrət və xeyir gətirəcəyini elə indidən də təsəvvür eləmək çətin deyil.
Boks dili ilə desək, rəqibi nokauta salana bu Kəmərin təqdim olunmasının çox böyük siyasi mənası var. Şahmat oyununa bərbər sayılan bu uzaqgörənlik və uzun gedişli dünyəvi mükafat Azərbaycana və onun idmanına həmişə başucalığı gətirəcəkdir. Rinqdə çoxlu xallar qazanan oyunçunun bu mükafata layiq görülməsi təkcə fiziki deyil, həmçinin mənəvi və coğrafi anlamda qalib olmasını da lazımınca şərtləndirəcək.Necə deyərlər, onun siyasi dünyagörüşünə və mənəvi zənginliyinə də müsbət təsir göstərəcək, eyni zamanda, bütöv bir məmləkətin-Azərbaycanın mənəvi gücünə söykənəcəyini öz üzərində daima hiss edəcək. Ümid edirik ki, Gənclər və İdman Nazirliyi bu möhtəşəm Ali mükafatın dünyanın idman arenasında əbədiləşdirilməsində öz diqqət və qayğısını əsirgəməyəcəkdir.
Əlbəttə, bu taleyüklü və böyük miqyaslı möhtəşəm layihənin başa çatdırılmasının çətinliyi və ağırlığı dərk ediləndir.Bu böyük zəhmət, gərgin fəaliyyət və böyük iradəli işçi qrupunun zəhmətləri hesabına reallaşa bilər. Əsas məsələ odur ki, bu böyük iş çoxdan başlayıb və bir çox uğurlara imza atmaqda davam etməkdədir. Yalnız və yalnız irəli getmək lazımdır.
Almaniyada lobbiçilik fəaliyyətini artırmaq, eləcə də digər Avropa ölkələrində yaşayan gənclərimizin sistemli həyat və peşə fəaliyyətlərini müəyyənləşdirməkdə, Azərbaycan Evinin və onun nəzdində Koordinasiya Şuralarının, idman və “Ana dili”məktəblərinin fəaliyyətlərini gücləndirməkdə Diasporla İş üzrə Dövlət Komitəsinin göstərdiyi qayğını görəsən, cavabdeh dövlət qurumları niyə göstərmir?!
Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü Yaşar Niftəliyev Gənclər və İdman Nazirliyinə etdiyi müraciətləri nə üçün cavabsız qalmalıdır?!

Diasporla İş üzrə Dövlət Komitəsi hər ilin may ayında -- Ulu Öndərin doğum günündə bu kəmərlərin geniş miqyasda təbliğatına geniş yer ayırır.Gənclər və İdman Nazırlıyinin dəstəyi də hiss edilsə və birlikdə hərəkət istiqamətləri müəyyənləşsə, təbii ki, ali məqsədlərə doğru böyük addımlar atılmış olardı.Komitə 12 illik gərgin iş fəaliyyətinin göstəricisi kimi 2023-cü ilin sentyabr ayında dünyanın “BoxRec” sıralarına daxil olmağına baxmayaraq Gənclər və İdman nazirliyindən quruca təbrik məktubu da almayıb.

Boks iki adamın müəyyən qaydalar içində, hücum və müdafiə məqsədiylə yumruqlarını istifadə edərək döyüşdüyü bir idmandır.
Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Beş min il bundan əvvəl Misir və Babilistanda mövcüd olan yumruq döyüşü bu idman növünün əsasını qoyub. Boks eramızdan əvvəl 688-ci ildə antik Olimpiya oyunlarının proqramına daxil edilmişdi.
Bunları xatırlatmaqla heç də yazı ilə boks “manej”ində yox, yazı “maneyi”ndə söz zərbələrinin gücünü əsla nümayiş etdirmək fikrində deyiləm. Məqsəd hədəfə atılan söz “zərbə”lərindən Boks idmanımızın gələcəyi namınə real nəticələr və uğurlar əldə etməkdir. İnanıram ki, kim olur-olsun - hər bir vətəndaş, məmur və o cümlədən, hər bir idmançı Vətənimiz, Dövlətimiz və İdmanımız namınə daha böyük qələbələrə imza atmalıdır.
Əmir Pəhləvan
Yazıçı-dramaturq,
“İlham” qəzetinin redaktoru

25-08-2024, 13:37
Bakıda ilk velosiped kirayəsi xidməti işə başladı


Bakıda ilk velosiped kirayəsi xidməti işə başladı

Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində 10 km-dən artıq velisoped yolu salınıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.
“Artıq ilk velosiped kirayəsi xidməti – “bike-sharing” işə başlayıb. Bu səmərəli fəaliyyətin iştirakçılarına uğurlar arzu edirik”, - R.Nəbiyev qeyd edib.
25-08-2024, 13:21
İsraildə həyacan təbili - 240 bomba sığınacağı açıldı


İsraildə həyacan təbili - 240 bomba sığınacağı açıldı

Təl-Əvivdə İsrailin Arxa Cəbhə İdarəsinin göstərişi ilə ictimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb.
Bu barədə şəhər merinin müşaviri İlana Mixaeli bildirib.
“Şəhərdə 240 bomba sığınacağı açılıb, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib. Lazım gəlsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”, - o deyib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.
25-08-2024, 12:49
Sabahın havası


Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
25-08-2024, 12:03
İşğaldan azad olunan bölgələrdə sanitariya tədbirləri


İşğaldan azad olunan bölgələrdə sanitariya tədbirləri

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.
“Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır”, - nazirlikdən bildirilib.




25-08-2024, 11:49
Siyəzəndə əməliyyat - Çətənə kolları aşkarlandı


Siyəzəndə əməliyyat - Çətənə kolları aşkarlandı

Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.
Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
25-08-2024, 11:06
Pavel Durovu azadlığa buraxın - İlon Maskdan çağırış


Pavel Durovu azadlığa buraxın - İlon Maskdan çağırış

Amerikalı iş adamı, "X" sosial şəbəkəsinin sahibi İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan "Telegram" messencerinin təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.
Bu barədə Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl "Telegram" sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılmışdı. Yerli mətbuatın yazdığına görə, Fransa vətəndaşlığı olan Durovun adı ölkədə axtarışa verilənlər siyahısında olub. Məlumata görə, Fransa hüquq-mühafizə orqanları Durovu bir sıra səbəblərə görə, o cümlədən teleqramın ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtinasına görə cinayətlərdə iştirak etdiyini hesab edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!