Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-08-2024, 19:50
Azərbaycanda pensiyaçıların sayı azalıb? - Rəsmi


Azərbaycanda pensiyaçıların sayı azalıb? - Rəsmi

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1.1 milyon pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.
Bəzi media qurumları və sosial şəbəkə səhifələrində son illər pensiyaçı sayında azalma olduğunu bildirib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili bidirib ki, Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, son illərdə xeyli genişlənib.
Nazirlik rəsmisi bildirib ki, DSMF tərəfindən müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 60 faizə yaxın və ya 310 min nəfər artaraq 850 mini ötüb.
“O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,3 dəfə artım baş verib. Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar həm pensiya təminatı proqramına əlçatanlığın artırılmasına, həm də daha erkən dövrdə yaşa görə pensiya hüququ olan kateqoriyaların sırasının daha da genişlənməsinə imkan verib.
Pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlilliyin təkrar qiymətləndiriilməsi zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.
Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 milyon 700 min şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir”, - açıqlamada deyilir.
24-08-2024, 18:45
Türkiyə-Azərbaycan Universitetində 87 tələbə oxuyacaq - Ballar açıqlandı


Türkiyə-Azərbaycan Universitetində 87 tələbə oxuyacaq - Ballar açıqlandı

2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində 87 tələbə təhsil alacaq.
Bu barədə Türkiyə Ali Təhsil Qurumu məlumat yayıb.
Universitetə kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə 30, qida mühəndisliyi ixtisası üzrə 27 tələbə qəbul olub.
Kompüter mühəndisliyində oxuyacaq tələbələrin topladığı ballar 641.6 - 684.9, sənaye mühəndisliyi üzrə 544.4- 663.7, qida mühəndisliyi ixtisası üzrə isə 452.1 - 632.8 aralığında olub.
Türkiyə–Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisasın üzrə Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU) qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Xatırladaq ki, bu ilin fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
24-08-2024, 18:26
29 yaşlı şəxs dənizdə batdı


29 yaşlı şəxs dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Nəlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan Astara rayonu Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırlatmış və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırmışdı.
24-08-2024, 17:45
Ukraynanın Kurska girməkdə məqsədi - Zelenski AÇIQLADI


Ukraynanın Kurska girməkdə məqsədi - Zelenski AÇIQLADI

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Kursk vilayətində keçirilən əməliyyatın məqsədini açıqlayıb.
Tapşırıqlardan biri Ukrayna bölmələrinin mühasirəyə alınmasının və Sumı şəhərinin işğalının qarşısını alan profilaktika keçirmək olub.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, əməliyyat nəinki valyuta fondunun artırılmasına kömək edib, həm də Rusiya cəmiyyətinə "Putin üçün nəyin daha vacib olduğunu - Ukrayna ərazilərinin işğalını və ya öz əhalisinin müdafiəsini" - göstərib.
Zelenski Kursk vilayətinə hücumun məqsədinin Rusiya danışıqlarda mövqeləri gücləndirmək olduğu barədə təklifləri də rədd edib.
24-08-2024, 16:59
Mirzoyan qazax həmkarı ilə müzakirə apardı


Mirzoyan qazax həmkarı ilə müzakirə apardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
Bu barədə "Armenpress" məlumat yayıb.
"Ermənistan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın gündəliyi, o cümlədən tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş cari işlər müzakirə olunub, nazirlər regional sabitlik və təhlükəsizlik məsələləri, eləcə də regional logistika əlaqələrinin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar, beynəlxalq gündəmə də toxunulub", - məlumatda deyilir.
24-08-2024, 16:44
Paşinyana alma atan 71 yaşlı erməni saxlanıldı


Paşinyana alma atan 71 yaşlı erməni saxlanıldı

Yaşayış binasının eyvanından Ermənistan baş naziri Nikol Paşinyana alma atılıb.
Bunu edən 71 yaşlı sakin tapılaraq saxlanılıb.
Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (“Xuliqanlıq”) ilə cinayət işi açılıb.
Mətbuat Paşinyanın velosipedlə gedərkən baş naziri görən yaxınlıqdakı evlərin sakinlərindən biri 9-cu mərtəbənin eyvanından ona alma atıb. Paşinyanın və ya onun kortejindən kiminsə zədə alması barədə məlumat verilmir.
24-08-2024, 16:07
ATƏT müşahidəçiləri Baş Prokurorluqda


ATƏT müşahidəçiləri Baş Prokurorluqda

Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ilin sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində qanunvericiliyin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təmin edilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən Elçin Məmmədov İşçi qrupun səmərəli fəaliyyəti və prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən bəhs edib.
Ditmir Buşati ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
24-08-2024, 15:48
Rusiyanın istənilən nöqtəsinə hücum edə biləcəyik - Zelenski


Rusiyanın istənilən nöqtəsinə hücum edə biləcəyik - Zelenski

"Ukrayna tezliklə Rusiyanın istənilən hissəsinə hücum edə biləcək".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukraynanın Müstəqillik Günü üçün Kiyevin Rusiyaya qəfil işğalına başladığı sərhəd zonasında qeydə alındığı bildirilən 13 dəqiqəlik videomüraciətdə Zelenski Rusiyanın Ukraynanı “məhv etmək” istədiyini, lakin müharibənin “evinə qayıtdığını” söyləyib:
“Düşmənimiz Ukraynanın cavab üsulunun nə olduğunu biləcək... O biləcək ki, gec-tez Ukraynanın cavabı Rusiya Federasiyasında dövlətimizin və ya xalqımızın həyatı üçün təhlükə mənbəyi olan istənilən nöqtəyə çatacaq”.
“Və kim bizim torpağımızı bufer zonaya çevirmək istəyirsə, öz ölkələrinin bufer federasiyaya çevrilməsinin qarşısını almağı düşünməlidir”, - deyə Zelenski əlavə edib.
"Solğun gözləri bütün dünyanı boz zona kimi qəbul edir, lakin biz mavi-sarı bayrağın haqlı olaraq boz zonaya çevrilməsinə icazə verməyəcəyik, hər kəsi daim təhdid edən xəstə baba qırmızı düymə ilə bizə necə yaşayacağımızı, hansı yolla getməli olduğumuzu və hansı seçimləri edəcəyimizi diktə etməyəcək”, - deyə prezident yekunlaşdırıb.
24-08-2024, 15:37
Ukrayna ilk dəfə yerli raket-dronundan istifadə edib


Ukrayna ilk dəfə yerli raket-dronundan istifadə edib

Bu gün Ukrayna ilk dəfə olaraq yeni yerli “Palyanitsya” raket-dronundan istifadə edib.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Prezident bu silahın Rusiya hərbçilərini vurduğunu deyib, lakin dəqiq harada vurulduğunu açıqlamayıb:
“Məhz bu gün bizim yeni silahımızdan ilk və uğurlu döyüşdə istifadə edildi - bu, bizim düşmənə qarşı yeni cavab üsulumuzdur".
24-08-2024, 14:14
Məktəbli formaları ucuzlaşdı


Məktəbli formaları ucuzlaşdı

Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları ucuzlaşacaq.
Bu barədə "Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.
O bildirib ki, hazırda BTE yeni tədris ilinə tam hazırdır:
"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manat salınıb. Sabahdan (bu gündən) isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir”, - deyə BTE şöbə müdiri qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!