Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-08-2024, 13:37
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 25-də Bakıda və Abşeron yarımadasında külək əsəcək, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
24-08-2024, 13:33
600-dən çox bal toplayan 101 abituriyent Qarabağ Universitetini seçib


600-dən çox bal toplayan 101 abituriyent Qarabağ Universitetini seçib

101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub.
Bu barədə Qarabağ Universitetindən məlumat verilib.
Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib.
2024 – 2025-ci tədris ili üzrə Universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub.
I ixtisas qrupunda 6 ixtisas (Riyaziyyat müəllimliyi, Elektrik və elektronika mühəndisliyi, İnşaat mühəndisliyi, Kompüter mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 475,5 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 659,9 balla Riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb.
Olimpiada qalibi olan 1 abituriyent isə Universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.
II ixtisas qrupunda Universitetə 7 ixtisas (Beynəlxalq ticarət və logistika, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Menecment, Mühasibat, Turizm işinin təşkili) üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 641,7 balla Maliyyə ixtisasında qeydə alınıb.
Onu da qeyd edək ki, Universitetdə Maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.
III ixtisas qrupunda 6 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Tarix) üzrə Qarabağ Universitetinə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 531,3 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisasında qeydə alınıb.
Universitetdə Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub.
IV ixtisas qrupunda 1 ixtisas (Psixologiya) üzrə Qarabağ Universitetinə 30 tələbə qəbul olub. Bu ixtisas üzrə isə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə 570,6 bal olub.
Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (Musiqi müəllimliyi (fortepiano, violin, klarnet, tar, kamança, saz, nağara, qarmon), Dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), Dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), İnstrumental ifaçılıq (fortepiano, violin, klarnet), İnstrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), Vokal sənəti (xanəndəlik), Vokal sənəti (milli vokal)) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.
Ümumilikdə, ilk tədris ilində Universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
24-08-2024, 13:21
COP29 zamanı 60 sənəd qəbul ediləcək


COP29 zamanı 60 sənəd qəbul ediləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 60 sənədin qəbul olunması nəzərdə tutulur.
Bu barədə COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “29 İqlim Söhbəti: COP29-a gedən yol”: “COP29 üçün effektiv kommunikasiya strategiyaları” media seminarında jurnalistlərə açıqlamasında deyib.
COP29-un böyükmiqyaslı qlobal proses olduğunu diqqətə çatdıran Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının proqramını açıqlayıb:
“Noyabrın 11-də Bakıda COP29-un açılış mərasimi baş tutacaq. Noyabrın 12-13-də hökumət rəsmilərinin sammiti keçiriləcək. Noyabrın 14-dən 22-dək artıq tematik günlər olacaq. Bu günlərdə mövzular kənd təsərrüfatı, ərzaq və digər sahələrlə bağlı olacaq. Bununla yanaşı, rəsmi və qeyri-rəsmi platformalar yaradılacaq. Dövlətlərin bu məsələdə konstruktiv yanaşması bizi sevindirir. Bu yaxınlarda COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirildi. Belə tədbirlər COP29-dək davamlı olaraq təşkil olunacaq. Ümumiyyətlə, noyabrın 11-dən 22-dək keçiriləcək COP29 çərçivəsində 20-dən çox rəsmi nümayəndə ilə enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənədin qəbul olunması gözlənilir. Bu, baş tutmuş son 5 Tərəflər Konfransı arasında ən çox sənədin qəbul olunacağı COP olacaq”, - deyə Y.Rəfiyev vurğulayıb.
COP29 çərçivəsində maliyyələşmə mövzusunda bir sənədin (Yeni Kollektiv Cəmiyyət Hədəfi) qəbul olunacağını qeyd edən Yalçın Rəfiyev bildirib ki, bu sənəd əksər dövlətlər üçün bir növ Paris Sazişinin əhəmiyyətinin qalıb-qalmaması üçün bir sınaqdır: “Əgər bu sənəd qəbul olunsa, bütün inkişaf etməkdə olan ölkələr zəruri maliyyə ilə təmin olunacaqlar ki, öz iqlim fəaliyyətlərini maliyyələşdirsinlər. Hazırda ambisiyalar böyükdür. Bütün dövlətlər hesab edir ki, 1,5°C hədəfinə nail olmaq üçün ambisiyalı hədəflər seçmək lazımdır, misal üçün emissiyaları azaltmaq və s. Lakin bütün bu ambisiyalı fəaliyyəti reallaşdırmaq üçün maliyyə lazımdır. Buna görə də üç icra forması mövcuddur - maliyyə, texnologiyalar, qabiliyyət quruculuğu”.
24-08-2024, 12:10
Tramp 37 dəqiqədə 48 paylaşım edib - Harrisə cavab


Tramp 37 dəqiqədə 48 paylaşım edib - Harrisə cavab

“O, mənim haqqımda danışır?”.
ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Kamala Harrisin çıxışına 37 dəqiqə ərzində 48 paylaşımla cavab verib.
"Onlar üzərində Kamala Harrisin adı olan kamuflyaj şlyapaları geyinirlər. Kamuflyaj bizimdir! Dünən gecə onun çıxışı zamanı onun yanında iki Amerika bayrağı var idi. Orada Qürur bayraqları yox idi. Bunu yenidən düşünürlər, gedirlər. Müstəqil seçicilərimizdən sonra, yeri gəlmişkən, Demokratlar, Demokratlar, Demokratlar nə baş verir?", - Tramp paylaşımlarından birində yazıb.
24-08-2024, 11:48
İlham Əliyevdən Zelenskiyə təbrik məktubu


İlham Əliyevdən Zelenskiyə təbrik məktubu

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bugünkü səviyyəsi, bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur.
Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik.
Bu yaxınlarda Birləşmiş Krallıqda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm".
24-08-2024, 11:29
Bakıda velosipedlərlə bağlı yenilik


Bakıda velosipedlərlə bağlı yenilik

Bakı şəhərində ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Məlumata görə, velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır. Velosiped kirayəsi xidməti istifadəçiləri tıxac və parkinq kimi qayğılardan da azad edir.
Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib.
Parklanma məntəqələri yaradılarkən onların metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssilərinə və iri ticarət mərkəzlərinə yaxın olması nəzərə alınıb. Məlumat lövhələri üzərində QR-kodlar təsvir edilib. Mobil cihazlarda həmin QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək velosipedlərin aktiv və deaktiv olması prosesini yerinə yetirmək mümkündür. Tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini görmək də olar.
24-08-2024, 11:29
Bakıda velosipedlərlə bağlı yenilik


Bakıda velosipedlərlə bağlı yenilik

Bakı şəhərində ilk “bike-sharing” (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Məlumata görə, velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır. Velosiped kirayəsi xidməti istifadəçiləri tıxac və parkinq kimi qayğılardan da azad edir.
Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib.
Parklanma məntəqələri yaradılarkən onların metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssilərinə və iri ticarət mərkəzlərinə yaxın olması nəzərə alınıb. Məlumat lövhələri üzərində QR-kodlar təsvir edilib. Mobil cihazlarda həmin QR-kodlar vasitəsilə proqram təminatına keçid edərək velosipedlərin aktiv və deaktiv olması prosesini yerinə yetirmək mümkündür. Tətbiq vasitəsilə ən yaxın parklanma yerlərini görmək də olar.
24-08-2024, 01:31
Polkovnik 39 yaşında vəfat etdi


Polkovnik 39 yaşında vəfat etdi

Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı, polkovnik Nurəddin Rəcəbov vəfat edib.
Məlumata görə, 39 yaşlı N.Rəcəbovun qəfil halı pisləşib və o, dünyasını dəyişib.
Onun bir müddət əvvəl FHN-dən təqaüdə çıxdığı bildirilir.
24-08-2024, 00:39
İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO


İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola saldılar.


24-08-2024, 00:10
"Qarabağ"ın 1 milyon avroluq yeni transferi


"Qarabağ"ın 1 milyon avroluq yeni transferi

"Qarabağ” yeni transferini açıqlayıb.
Ağdam klubu Emmanuel Addaini heyətə cəlb edib.
İspaniyanın “Alkorkon” klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Emanuel Addai üçün klubuna 1 milyon avro ödənilib. Hücumameylli yarımmüdafiəçinin son klubu “Alkorkon” olub.
O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!