Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
18-09-2024, 17:10
Pezeşkianın kürəkəninə yüksək vəzifə verildi


[b]Pezeşkianın kürəkəninə yüksək vəzifə verildi[/b]

İran prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə yüksək vəzifə verib.
Məcidi İran Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib.
Məcidi bir neçə gün əvvəl Pezeşkianla birgə İraqa səfər edib.
18-09-2024, 17:00
Sülh müqaviləsi Ermənistan hökuməti ilə deyil, xalqla imzalanmalıdır!


Sülh müqaviləsi Ermənistan hökuməti ilə deyil, xalqla imzalanmalıdır!

Ermənistan tərəfi əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə həqiqətən maraqlıdırsa təkliflərə 70 gün ərzində cavab verilməsi özlüyündə müəyyən suallar doğurur. Yəni, sülh müqaviləsinin əksər bəndləri üzrə tərəflər arasında müəyyən razılıqlar vardır, amma hələ də aparılmalı olan işlər göz qarşısındadır. Bu, ilk növbədə, Ermənistanın Konstitusiyası ilə əlaqədar olan məsələlərdir.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.
“Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalıdır. Ermənistanın Konstitusiyasına dəyişikliyi məsələsi onun daxili işi sayılsa da, orada Azərbaycana qarşı ərazi iddialarının olması, təbii ki, Azərbaycanı narahat edən bir məqamdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Sülh müqavilələrinin hər hansı bir hökumətlə deyil, xalqla imzalandığını diqqətə çatdıran Azərbaycan Prezidentinin köməkçisi əlavə edib: “Bizim də gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olunması üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməlidir. Erməni xalqı da nəhayət ki, öz mövqeyini bildirərək məlum Miatsum, yəni, Qarabağı Ermənistanla birləşdirmək kimi utopik iddialarına, bütün ərazi iddialarına, irtica siyasətinə son qoyulduğunu və Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusion əsasda ifadə etməlidir və ümumxalq referendumunda öz mövqeyini bildirməlidir. Hesab edirik ki, bundan sonra proses irəliyə doğru daha sürətlə gedə bilər”.
18-09-2024, 16:59
Ermənistan hərbi əməkdaşlıq üçün yeni ölkələr axtarır - Qriqoryan


Ermənistan hərbi əməkdaşlıq üçün yeni ölkələr axtarır - Qriqoryan

Ermənistanın əsas təhlükəsizlik və xarici siyasət prioriteti diversifikasiyadır və onun əsas məqsədi ən azı 2020-ci il müharibəsi və ondan sonrakı dövrlərdə yaşadığımız problemləri idarə edilə bilən etmək, həmçinin Ermənistanın imkanlarını artırmaqdır.
Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 18-də II Dünya Erməni Sammitində bildirib.
Qriqoryanın sözlərinə görə, uğurlardan biri də hərbi-texniki əməkdaşlıqdır
“Keçmişdə Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıq 96 faizə çatıb. İndi 10-dan azdır. Bu, son 3-4 ilin siyasi uğurudur. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşımız var. Biri Hindistan, digəri Fransa və biz başqa tərəfdaşlar axtarırıq”, - deyə o bildirib.
Armen Qriqoryanın sözlərinə görə, hakimiyyət hərbi-texniki istehsalın təqribən 25-30 faizinin Ermənistan daxilində yerləşməsinə, yəni hərbi sənayenin Ermənistanın ehtiyaclarını ödəməsinə çalışır:
“Bu, bizim strateji hədəfimizdir və biz də istəyirik 4-5 tərəfdaş var, onların hər biri ilə əməkdaşlıq həcmi 20 faizi keçməyəcək”.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistan həm də iqtisadi məsələlərdə diversifikasiya üçün tərəfdaşlar axtarır.
“İqtisadi diversifikasiya da vacibdir. Bu gün dünyanın demək olar ki, hər bir ölkəsi şaxələndirməyə çalışır.
Ermənistan üçün strateji prioritetlər suverenliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması və demokratiyanın gücləndirilməsidir. Bizim məqsədimiz həm də diversifikasiya prosesinin bu strateji məqsədlərə uyğun olmasını təmin etməkdir”, - deyə Armen Qriqoryan vurğulayıb.
18-09-2024, 16:54
Kreml sarayı yaxınlığında atışma - Ölən və yaralananlar var


Kreml sarayı yaxınlığında atışma - Ölən və yaralananlar var

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində, Kreml sarayının yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma olub.
Şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən silahlı insident yaşanıb.
Nəticədə biri polis əməkdaşı olmaqla üç nəfər yaralanıb.
Şirkətdən bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı "Wildberries" ofisinə qanunsuz daxil olmağa cəhd edib. Rəsmi qurumları məlumatına görə, silahlı atışma ilə bağlı 28 nəfər saxlanılıb. Şirkətin yerləşdiyi Romanov Dvor biznes mərkəzinə giriş bağlanıb, həmin küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
"Wildberries"dəki mənbə şirkətin Romanov Dvor biznes mərkəzindəki ofisinin təhlükəsizlik xidmətinin əməkdaşının ofisi ələ keçirmək cəhdi zamanı öldürüldüyünü açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.
18-09-2024, 16:33
Polis Binəqədidə əməliyyat keçirdi - 40-dan çox şəxs saxlanıldı


Polis Binəqədidə əməliyyat keçirdi - 40-dan çox şəxs saxlanıldı

Bakının Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son bir ay ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb:
"Ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı 2 "Kalaşnikov" avtomatı, 2 "Makarov" tapançası və 21 ədəd patron aşkarlanıb."

18-09-2024, 16:25
Ceyhun Bayramov ABŞ rəsmisi ilə sülh sazişini müzakirə edib - FOTO


Ceyhun Bayramov ABŞ rəsmisi ilə sülh sazişini müzakirə edib - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.
İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb. Bu xüsusda, 16 sentyabr tarixində Ermənistanın ABŞ-dəki səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb.
Görüş zamanı post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə qarşı tərəfə məlumat verilib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəyi mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib.
Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


18-09-2024, 16:14
Kitabxanaya “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur” adlı məqalə təqdim olunub


Kitabxanaya “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur” adlı məqalə təqdim olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu Cavanşir Feyziyev “Üzeyir Hacıbəyli Azərbaycan milli bəstəkarlıq məktəbinin təməl sütunudur” adlı məqaləni oxuculara təqdim edib.
Üzeyir Hacıbəyliyə həsr olunan məqalədə onun həyat və fəaliyyəti, çoxşaxəli yaradıcılığı və ərsəyə gətirdiyi sənət inciləri barədə məlumat verilib.
Aşağıdakı keçidə daxil olaraq məqalə ilə tanış ola bilərsiniz:

//drive.google.com/file/d/1Jd0TIDC2hW7vgCAoK9RRYZuSpIiRuvfF/view
18-09-2024, 16:08
ABŞ Rusiya və Çinlə əməkdaşlıq etməlidir - Tramp


ABŞ Rusiya və Çinlə əməkdaşlıq etməlidir - Tramp

ABŞ Rusiya və Çinlə əməkdaşlıqdan imtina etməməlidir.
Bunu Respublikaçılar partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp bildirib.
“Çin ilə iş görmək yaxşıdır, sadəcə ədalətli şərtlər lazımdır. Rusiyanın çoxlu mineral ehtiyatları var. Biz əməkdaşlıq edə bilərik”, - Tramp Miçiqan ştatının Flint şəhərində tərəfdarları ilə görüşü zamanı deyib.
Tramp əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə yaxşı münasibətləri var.
18-09-2024, 15:27
Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTO


Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTO

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
"Kəpənək" məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün geniş imkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahat inteqrasiyasına dəstək göstərməkdir.
“Kəpənək” uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsi ilə tanışlıq zamanı bildirilib ki, yüksəkkeyfiyyətli təhsillə yanaşı, uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. “Kəpənək” bağçası uşaqlar üçün təhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəf götürüb. Həmçinin uşaqların həm əqli, həm də kreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki mərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələr verib.
Qeyd olunub ki, burada uşaqların təlim-tərbiyəsinə cəlb olunan heyətin davamlı peşəkar inkişafına, müxtəlif təlimlərdə iştirakına xüsusi önəm veriləcək. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, o cümlədən Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayn təlimlərə qoşulmağı da planlaşdırır.












18-09-2024, 15:03
Prezidentin köməkçisi: “Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”


Prezidentin köməkçisi: “Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”

“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”.
H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”.
H.Hacıyev əlavə edib ki, sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməli və erməni xalqı da öz mövqeyini bildirməlidir:
“Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu, Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusional əsasda ifadə etməlidir.
Bundan sonra proses irəliyə doğru daha da sürətli şəkildə gedə bilər. Sülh müqaviləsinin mətni üzrə Ermənistanın təklifləri bu yaxınlarda Azərbaycan tərəfinə təqdim olunub və həmin təkliflərin göndərilməsi 70 gündən çox vaxt alıb. Bu, çox böyük bir vaxtdır. Ermənistan əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə maraqlıdırsa, 70 gün ərzində cavab göndərilməsi özlüyündə sual doğurur”.
Prezidentin köməkçisi vurğulayıb ki, sülh müqaviləsinin əksər hissələri üzrə müəyyən razılıqlar var, amma hələ də görülməli işlər var: "Bu ilk növbədə Ermənistan Konstitusiyası ilə bağlı olan məsələlərdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycana qarşı ərazi iddialarının olması Azərbaycanı narahat edən bir məsələdir. Sülh müqavilələri, adətən, təkcə hansısa hökumətlə yox, eyni zamanda xalqla da imzalanır. Gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilsin və erməni xalqı da öz mövqeyini bildirsin".
H.Hacıyev, həmçinin bildirib ki, Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər:
“Belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır. Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!