Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                        Zaxarova Zelenskini aşağıladı .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi .....                        Masazırda arvad ərini öldürdü .....                       
12-10-2024, 14:37
Ermənistan 44 günlük müharibədə bu qədər hərbçi itirib - Rəsmi İrəvan

Ermənistan 44 günlük müharibədə bu qədər hərbçi itirib - Rəsmi İrəvan

Ermənistan tərəfi 2020-ci il sentyabrın 27-də başlayan və 10 noyabrda bitən 44 günlük İkinci Qarabağ müharibəsinin 4-cü ildönümündə itkilər barədə məlumat açıqlayıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsindən “Sputnik Ermənistan”a bildirilib.
Rəsmi məlumata görə, 44 günlük müharibədə Ermənistan tərəfdən 3822 hərbçi ölüb. Daha 201 nəfər itkin düşüb.
12-10-2024, 14:09
“Azərbaycana qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur” - Paşinyan

“Azərbaycana qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur” - Paşinyan

“Deyə bilərəm ki, Ermənistanın Azərbaycana, ümumiyyətlə, region ölkələrinə qarşı heç bir təcavüzkar niyyəti yoxdur”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Sülh qovşağı” konfransındakı çıxışında deyib.
“Biz bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq”, - Paşinyan əlavə edib.
Baş nazirin sözlərinə görə, Ermənistan faktiki olaraq bu xətti davam etdirəcək:
“Heç bir qonşumuz da bizim aqressiv niyyətlərimizin mövcudluğundan şübhələnməsin”.
Paşinyan bildirib ki, rəsmi İrəvan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırdı.
12-10-2024, 12:22
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Bazar gününə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

12-10-2024, 12:13
Paşinyan Zəngəzur dəhlizindən danışdı: Rusiya yalnız monitorinq apara bilər!

Paşinyan Zəngəzur dəhlizindən danışdı: Rusiya yalnız monitorinq apara bilər!

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinə nəzarətlə bağlı danışıb.
Nikol Paşinyan İrəvanda keçirilən “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransı zamanı deyib ki, Zəngəzur dəhlizində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız yolun monitorinqi funksiyası verilə bilər.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın heç bir bəndi Ermənistanın suveren hüquqlarının hər hansı məhdudlaşdırılmasını nəzərdə tutmur.
Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndini şərh edərkən bildirib ki, orada nəqliyyat rabitəsinə nəzarətin Rusiya FTX-nin sərhəd xidməti orqanları tərəfindən həyata keçirildiyi qeyd edilib.
"Bunun nə demək olduğu Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında izah olunub. Deməli, Ermənistanın öz öhdəliklərini necə yerinə yetirdiyini görmək üçün Rusiya Federasiyasına bir növ monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.
12-10-2024, 11:55
Nazir revanşistlərin bütün təxribatlarına hazır olmaq tapşırığı verdi

Nazir revanşistlərin bütün təxribatlarına hazır olmaq tapşırığı verdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 12-də Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.
Ali Baş Komandanın yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və digər çıxışlarında səsləndirdiyi fikirləri müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri hərbi gücümüzün və döyüş imkanımızın artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca məqsədimiz olduğunu xüsusi vurğulayıb.
Nazir qoşunların xidməti-döyüş fəaliyyətində dövlət başçısının fikirlərindən irəli gələn tapşırıqların icrasının daim diqqət mərkəzində saxlanmasının əhəmiyyətini qeyd edib.
Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib.
Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təşkilatçılığını, ölkəmizdə və digər qabaqcıl dövlətlərdə istehsal edilən müasir silah-texnika nümunələrinin stendlərdə nümayiş etdirilməsini yüksək qiymətləndirib.
Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsinin əsas tələblərdən biri olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.
Hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılmasının, təminat yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu qeyd edən nazir, xüsusilə qış dövründə bölmələrin maddi-texniki və tibb təminatı məsələlərinə diqqət yetirilməsinin zəruriliyini bildirib.
Sonda mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlərin keçirilməsi, şəxsi heyət tərəfindən təhlükəsizlik və nizam-intizam qaydalarına riayət edilməsi, təlim-tədris və təhsil prosesində keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması barədə əlavə göstərişlər verilib.
12-10-2024, 11:44
Ermənistan kommunikasiyaları açmağa hazırdı - Paşinyan

Ermənistan kommunikasiyaları açmağa hazırdı - Paşinyan

İrəvanda “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” forumu keçirilir.
Forumda iştirak edən baş nazir Nikol Paşinyan “Sülh kəsişməsi” layihəsini təqdim edib.
Paşinyan layihəni təqdim etməklə yanaşı, Ermənistanın sabahdan etibarən kommunikasiyaların açmağa hazır olduğunu bildirib.
12-10-2024, 11:22
Avtobuslar sutkanın hansı saatlarında işləməlidir? - AÇIQLAMA

Avtobuslar sutkanın hansı saatlarında işləməlidir? - AÇIQLAMA

Metronun konkret iş saatı olsa da, avtobuslar üçün eyni sözü demək mümkün deyil. Avtobusların konkret fəaliyyət göstərdiyi saat aralığının olmaması ictimai nəqliyyatdan istifadə edən insanlarda çaşqınlıq yaradır. Bununla yanaşı, gec saatlarda bu nəqliyyat vasitəsindən istifadənin mümkünsüzlüyü istər şəhər mərkəzlərində, istərsə də qəsəbədaxili marşrutlarda müəyyən problemlər yaradır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, avtobusların işi hərəkət intervalına uyğun olaraq tənzimlənir.
Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir.
Onu da qeyd edək ki, sərnişinlər qarşılaşdıqları problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə quruma müraciət edə bilərlər.
12-10-2024, 10:45
Deputatlara təzə elektron poçt açıldı

Deputatlara təzə elektron poçt açıldı

VII çağırış Milli Məclisin deputatları ilə əlaqənin daha əlçatan olması üçün onların hər birinə elektron poçt açılıb.
Deputatların elektron poçtları onların seçildikləri dairənin nömrəsi ilə başlayır.

Məsələn, 65 saylı Salyan - Biləsuvar - Neftçala seçki dairəsinin deputatı Günay Ağamalının elektron poçtu belədir: [email protected]

O cümlədən, 70 saylı Neftçala seçki dairəsinin deputatı Tənzilə Rüstəmxanlıya məktub yazmaq istəyən şəxs onu [email protected] e-mailinə göndərə bilər.

Deputatların elektron poçtunda yeganə fərq rəqəmlərlə bağlıdır ki, onlar da qeyd etdiyimiz kimi, parlamentarın mənsub olduğu seçki dairəsinin nömrələrini əks etdirir.
Əldə etdiyimiz məlumata görə, artıq deputat köməkçilərinin təyinatı da başa çatıb. Yaxın günlərdə deputat köməkçilərinin adları və əlaqə nömrələrinin parlamentin rəsmi saytında deputatların siyahısına əlavə olunacağı gözlənilir.
Qeyd edək ki, deputat köməkçisinin təyinatı “Deputatın statusu haqqında” Qanunun tələblərindən irəli gəlir.
Bu qanunun 21-1-ci maddəsində deyilir:
- Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.
Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.
Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!