İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 12-10-2024, 12:13
Paşinyan Zəngəzur dəhlizindən danışdı: Rusiya yalnız monitorinq apara bilər!


Paşinyan Zəngəzur dəhlizindən danışdı: Rusiya yalnız monitorinq apara bilər!

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinə nəzarətlə bağlı danışıb.
Nikol Paşinyan İrəvanda keçirilən “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransı zamanı deyib ki, Zəngəzur dəhlizində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız yolun monitorinqi funksiyası verilə bilər.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın heç bir bəndi Ermənistanın suveren hüquqlarının hər hansı məhdudlaşdırılmasını nəzərdə tutmur.
Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndini şərh edərkən bildirib ki, orada nəqliyyat rabitəsinə nəzarətin Rusiya FTX-nin sərhəd xidməti orqanları tərəfindən həyata keçirildiyi qeyd edilib.
"Bunun nə demək olduğu Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında izah olunub. Deməli, Ermənistanın öz öhdəliklərini necə yerinə yetirdiyini görmək üçün Rusiya Federasiyasına bir növ monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!