"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
14-10-2024, 22:38
Parkdan kişi meyiti tapıldı


Parkdan kişi meyiti tapıldı

Sumqayıtda parkda kişi meyiti tapılıb.
Meyit şəhərin Sülh prospektində yerləşən parkların birində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
40-45 yaşlarında(şəxsiyyəti dəqiqləşdirilir) kişinin meyiti aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır.
14-10-2024, 22:21
Rusiya Odessanı vurdu: Ölü və yaralılar var


Rusiya Odessanı vurdu: Ölü və yaralılar var

“Oktyabrın 14-də Rusiya qoşunları yenidən ballistik raketlərlə Odessanın liman infrastrukturuna hücum edib. Bir həlak olan, səkkiz yaralı var”.
Bu barədə Ukraynanın Baş nazirin ərazi bərpası üzrə müavini Aleksey Kuleba “Telegram” kanalında yazıb.
“Rusiya Federasiyası tərəfindən liman infrastrukturuna növbəti hücum: bir nəfər həlak olub, iki mülki gəmi zədələnib. Oktyabrın 14-də Rusiya Odessa limanını növbəti dəfə atəşə tutub. Hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hamısı mülki şəxslərdir”, - deyə Kuleba bildirib.
Bundan əlavə, Palau bayrağı altında üzən OPTIMA quru yük gəmisi artıq ikinci dəfədir zədələnir.
“Bir həftə əvvəl gəmi ballistik hücum nəticəsində artıq zədələnmişdi. O vaxt əcnəbilər - ekipaj üzvləri zərər çəkdi. Bu gün başqa bir gəmi - Beliz bayrağı altında “NS Moon” gəmisi zədələnib”, - deyə Baş nazirin müavini qeyd edib.
Hücum zamanı taxıl anbarına, yük kranlarına, anbarlara, avadanlıqlara, Dəniz Limanları Administrasiyasının filialının binalarına, avtomobillərə ziyan dəyib.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
“Həkimlər bütün lazımi yardımı göstərirlər. Bütün yaralılar və həlak olan liman infrastrukturunun işçiləri, Ukrayna vətəndaşlarıdır”, - deyə Kiper vurğulayıb.
14-10-2024, 21:54
Millətlər Liqası: Millimiz yenə uduzdu


Millətlər Liqası: Millimiz yenə uduzdu

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
C Divizionunda mübarizə aparan yığma I qrupdakı 4-cü matçında Slovakiya seçməsini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 3:1.
Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib. 70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan 5 dəqiqə sonra Slovakiya yığması ikinci topu millimizin qapısından keçirib. Lukaş Haraslin fərqlənib. Oyunda son nöqtəni isə 87-ci dəqiqədə David Duriş qoyub.
Qeyd edək ki, 4 turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 10 xalı olan Slovakiya komandası isə 1-ci pillədə qərarlaşıb.
Qrupun digər matçında İsveç seçməsi Estoniyanı sınağa çəkəcək.
14-10-2024, 21:36
Ermənilər oğlumun cəsədini yalnız benzinin əvəzində verə biləcəklərini dedilər


Ermənilər oğlumun cəsədini yalnız benzinin əvəzində verə biləcəklərini dedilər

“Oğlum İlham Dadaşov 1992-ci ildə itkin düşüb.
Ermənilər meyiti vermədilər. Sonra onlar məndən meyiti qaytarmaq üçün bir ton benzin istədilər. Ermənilər oğlumun cəsədini yalnız benzin qarşılığında verə biləcəklərini dedilər. Lakin mən başqa ailələrin gözü yaşlı qalmasın deyə təklifdən imtina etdim. Mən övladımdan keçdim. Ancaq benzin vermədim”.
Bunu “Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşəbbüsü ilə itkin düşmüş hesab edilən 40 şəxsin ailə üzvlərinin Bakı-Ağdam-Xocalı-Şuşa-Xankəndi-Bakı marşrutu üzrə səfərində iştirak edən Elmira Dadaşova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, oğulları cəbhədə döyüşən anaların övlad itkisi ilə üzləşməməsi üçün erməni quldur birləşmələrinin təklifi ilə razılaşmayıb: “Digər anaların da mənim kimi əzab çəkməsini istəmədim. Səfər zamanı oğlumun uğrunda canını fəda etdiyi Vətən torpağını qucaqladım, balamın ətrini həmin torpaqlardan aldım”.
Elmira Dadaşova başqa ailələr gözüyaşlı qalmasın deyə ermənilərin istəklərini rədd edib: “Mənim, bütün itkin ailələrinin tələbi budur ki, Ermənistan məzarların yeri barədə məlumat versin. Bu gün məzarlığa gələndə torpağı qucaqladım. Elə bildim balamın iyi burnuma gəlir. Mən 34 ildir bala deyib ağlayıram”.
Qeyd edək ki, Elmira Dadaşova 1992-ci ildə itkin düşən İlham Dadaşovun anasıdır.
Otuz ilə yaxın davam edən torpaq həsrəti bitsə də, 4 minə yaxın ailənin gözü yollardan çəkilmir. Elə bu məqsədlə də "Qarabağ İtkin Ailələri" İctimai Birliyi bir qrup itkin ailəsinə az da olsa təskinlik vermək üçün onların işğaldan azad edilmiş ərazilərə səfərini təşkil edib. Səfər zamanı onlar Xankəndi və Şuşa şəhərlərində yaradılan şərait və aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. İtkin ailələrinin üzvləri Ağdam və Xocalıda yerləşən Şəhidlər xiyabanlarını da ziyarət ediblər.
14-10-2024, 20:55
Kurtulmuş erməni həmkarı ilə görüşdü


Kurtulmuş erməni həmkarı ilə görüşdü

Türkiyə Böyük Millət Məclisinin sədri Numan
Kurtulmuş erməni həmkarı Alen Simonyanla görüşüb.
Bu barədə, o, "X" hesabında məlumat paylaşıb.
Görüşün Cenevrədə, Parlamentlərarası Birliyinin (İPU) 149-cu Baş Assambleyası çərçivəsində baş tutub.
14-10-2024, 20:19
COP29 çərçivəsində parlament görüşü təşkil ediləcək


COP29 çərçivəsində parlament görüşü təşkil ediləcək

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışında cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə geniş məlumat verib.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Tədbirə hazırlığın intensiv şəkildə həyata keçirildiyini vurğulayan spiker qeyd edib ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək ki, bu da öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrin səviyyəsinin artırılması üçün platforma rolunu oynamış olacaq. Elə həmin gün yüksək səviyyəli xüsusi dəyirmi masa təşkil olunacaq, müvafiq Bəyannamə təqdim ediləcək.
Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Diqqətə çatdırılıb ki, tərəflər artıq tədbirə hazırlıq prosesinə yekun vurmaq üzrədirlər.
14-10-2024, 20:03
Parisin növbəti cılızlığı: Bakıya qarşı təxribat


Parisin növbəti cılızlığı: Bakıya qarşı təxribat

Bu il sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransını pozmaq üçün Fransanın Xarici İşlər Nazirliyi səviyyəsində təxribata əl atıbmış.
Tədbirdə Fransadan 10-a yaxın nümayəndənin iştirakı nəzərdə tutulsa da, Fransanın Xarici İşlər Nazirliyi onlara yazılı şəkildə xəbərdarlıq edərək, Azərbaycana səfər edəcəkləri təqdirdə guya Bakıda həbs təhlükəsi ilə üzləşə biləcəklərini iddia edib. Bu iddianı əsas gətirən Fransa XİN onlara Azərbaycana getməməyi tövsiyə edib.
Nəticədə, Fransadan cəmi 3 nəfər - bu ölkənin baş prokurorunun müavini Gilles Charbonnier, Frankofoniya Assosiasiyasının katibi İvanni Bulvar və Sirakuza Beynəlxalq İnsan Hüquqları Universitetinin prezidenti Jan-Franko Toni tədbirdə iştirak edib, səfərdən də məmnun qalıblar.
Həmçinin, məlum olub ki, Fransa XİN konfransda iştirak üçün qeydiyyatdan keçmiş fransızdilli ölkələrin nümayəndələrinə də ölkəmizə səfər etməməyi tövsiyə edibmiş.
Bu, Fransada ən yüksək dövlət səviyyəsində Azərbaycana qarşı nə qədər cılız təxribatlara əl atdığına növbəti sübutdur.
14-10-2024, 19:52
AzTV-nin keçmiş redaktoru vəfat etdi


AzTV-nin keçmiş redaktoru vəfat etdi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, uzun illər AzTV-nin redaktoru vəzifəsində çalışmış teatrşünas Yaqub Əlioğlu vəfat edib.
Bu barədə mərhumun dostları məlumat veriblər.
Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Orta məktəb dövründən mütəmadi olaraq mətbuatda yazıları çap olunub. Yüzlərlə publisistik məqalənin və 8 kitabın müəllifidir. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli televiziya filminin redaktoru olan Yaqub Əlioğlu “Qızıl qələm”, “Qızıl dərviş” və “Nailiyyət” mükafatlarının laureatıdır. 10 ildən artıqdır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın “Qızıl fond”una daxil edilib. Bu filmlər əsasən görkəmli elm, mədəniyyət xadimlərinə və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına, yurdumuzun dilbər guşələrinə həsr olunub.
Allah rəhmət eləsin.
14-10-2024, 19:32
Ombudsmandan mina ilə bağlı çağırış


Ombudsmandan mina ilə bağlı çağırış

Azərbaycan Ombudsmanı Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində baş vermiş mina partlayışına münasibət bildirib.
Ombudsman Qazaxda mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
"Belə ki, cari ilin 14 oktyabr tarixində Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxs piyada əleyhinə minaya düşərək yaralanıb.
Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsindən bugünədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika davam etməkdədir.
Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə ekoloji böhranın yaranması ilə də nəticələnir.
Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir", - Ombudsmanın bəyanatında deyilir.
14-10-2024, 17:57
Sahibə Qafarova Kurtulmuşla Zəngəzur dəhlizini müzakirə edib


Sahibə Qafarova Kurtulmuşla Zəngəzur dəhlizini müzakirə edib

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova orada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimiayyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisə növbədənkənar seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edən Numan Kurtulmuş, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluğunu bildirib. Ölkələrimizin bütün məsələlərdə ortaq mövqe nümayiş etdirdiyini söyləyən TBMM sədri 44 günlük Vətən müharibəsindən sonra regionda yeni şəraitin yarandığını, bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işlərinin, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına və türkdilli ölkələrə böyük imkanlar yaradacağını bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə təşəkkürünü bildirərək, qeyd edib ki, bu vəzifəyə yenidən seçilməsindən sonra onu ilk təbrik edən TBMM sədri olub. O, seçkilərdə Türkiyə Böyük Millət Məclisinin ən böyük heyətlə müşahidələr aparmasına görə minnətdarlığını ifadə edib.
Spiker Sahibə Qafarova qardaş ölkələrimiz arasında Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı əsasında möhtəşəm inkişaf yolu keçən münasibətlərimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, qardaş ölkələrimiz bütün məsələlərdə ortaq mövqedən çıxış edir, o cümlədən beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərirlər.
Görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyi və qarşıdakı dövrlərdə də bu istiqamətdə fəaliyyətin davamlı olacağı vurğulanıb. Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların ümumi münasibətlərimizə mühüm töhfələri təqdir edilib. Parlamentlər müstəvisində də üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkələrimizin regionda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdikləri ifadə olunub.
Görüşdə parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti də qeyd edilib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!