"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
15-10-2024, 23:45
Azərbaycanla BMT katibliyi arasında memorandum imzalandı


Azərbaycanla BMT katibliyi arasında memorandum imzalandı

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə COP29-un “X” hesabında paylaşım edilib.
Memorandum Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.
Sənəd həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturunu əks etdirir.
15-10-2024, 23:37
Rusiya Ukraynada bu qədər ərazini ələ keçirib - Şok rəqəmlər


Rusiya Ukraynada bu qədər ərazini ələ keçirib - Şok rəqəmlər

Rusiya ordusu avqust ayında Ukraynanın 351 kv.km, sentyabrda 468 kv.km ərazisini ələ keçirib.
Bu barədə "UA War Infographics" layihəsi məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu ilin ilk yarısında hər ay 200 kvadrat kilometrdən çox olmayan ərazini nəzarət altına alıb.
Qrafikdəki məlumatlardan belə nəticə çıxır ki, 2024-cü ilin doqquz ayı ərzində Rusiya 1559 kvadrat kilometr ərazini ələ keçirib.
Nəşrin müəllifləri qeyd edir ki, bu ilin avqust və sentyabr aylarında Rusiya bütün 2023-cü illə müqayisədə 5,5 dəfə çox Ukrayna ərazisini ələ keçirib. Müəlliflər bunun əsas səbəbini silah çatışmazlığı (Qərb tərəfdaşları Ukraynanın ehtiyaclarına cavab vermir və vədlərinə əməl edə bilmir) və Rusiyanın taktika dəyişdirməsi ilə əlaqələndirir.

15-10-2024, 23:09
Erməni nazir Türkiyədə


Erməni nazir Türkiyədə

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Türkiyəyə səfər edib.
O, İstanbulda Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.
Görüşdə müzakirə olunan məsələlər açıqlanmayıb.
Danışıqlar Beynəlxalq Yol Federasiyasının İstanbul Konqresi çərçivəsində baş tutub.
15-10-2024, 22:41
"Döyüş bölgəsində sursatların 20 faizi yararsızdır"


"Döyüş bölgəsində sursatların 20 faizi yararsızdır"

Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi sursatların bir hissəsi nasazdır.
Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.
"Təxmini hesablamalara görə, döyüş bölgəsindəki döyüş sursatlarının 20%-ə qədəri yararsızdır", - deyə o qeyd edib.
Məlumata görə, yararsız sursatlar döyüş bölgəsində utilizasiya ediləcək.
"Handelsblatt" qəzeti bundan əvvəl mənbələrə istinadən yazıb ki, Qərbin Ukraynaya verdiyi artilleriya sursatlarının bir qismi nasazdır.
15-10-2024, 21:56
"Sözün əsl mənasında çətin durumdayıq"


"Sözün əsl mənasında çətin durumdayıq"

Samir Abasov ikinci dəfə “Neftçi”nin baş məşqçisi təyinatı və görəcəyi işlər haqda danışıb.
O, “Neftçi TV”yə verdiyi müsahibədə özünü evdəki kimi hiss etdiyini bildirib:
“Hisslərimi ifadə etmək çox çətindir. Düzdür, baza təzədir, əvvəl digər bazada idik. Amma elə bil heç buranı tərk etməmişdik, ab-hava eyni qalıb. Buranı tərk etməmiş kimi qayıdırıq. Qayıdanda hiss edirdik ki, öz evimizə qayıdırıq. Çox xoşbəxtəm ki, buraya qayıtmışam”.
46 yaşlı mütəxəssis hədəflərinin böyük olduğunu qeyd edib: “Klubun böyüklüyü haqda danışmaq artıqdır. Baxmayaraq ki, indi sözün əsl mənasında çətin durumdayıq, bura gələn məşqçinin qarşısında klubun hədəfləri yüksək olub. Gətirilən məşqçilərin uğurlu və ya uğursuz olması başqa mövzudur. Amma özümüz də bura gələndə bilirik, nəyə görə gəlmişik. Həm azarkeşi, həm klubda işləyən insanları onu göstərir ki, hədəflərə çatmaq üçün hər bir şey edilir. Ən pik hədəflərə çatmağa çalışacağıq. Bu klubun hədəfləri heç vaxt enməyib, daha da yüksəlib”.
S.Abasov köklü dəyişikliklərin qısa bir vaxtda edilməsinin riskli olduğunu deyib: “Bu gün dəyişikliklərdən danışmaq tezdir. İki-üç oyun içində köklü dəyişikliklər etmək özü bir riskdir. Çünki futbolçular da insandılar. Onlara da yeni məşqçi və ideyalara adaptasiya olmağa vaxt lazımdır. Vaxt deyəndə istəyirəm, düz yozulsun. Dəyişikliklər, əlbəttə ki, olacaq. İnanıram ki, yaxşı tərəfə olacaq”.
O, komandada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayıb: “Dünənki məşqdən sonra mən çox yaxşı hisslərlə buranı tərk etdim. Çünki futbolçularda çox yüksək əvhal-ruhiyyə gördüm. İnşallah, inanıram ki, bu əhval-ruhiyyə ilə yanaşı, bizim dediklərimizi də tez qavrayacaqlar və ən yaxşısını meydanda göstərəcəklər”.
Mütəxəssis özünün məqsədləri haqda da söz açıb: “İşlədiyim hər bir yerdə futbolçulardan gözləntilərim yüksək olub. Həmişə çalışmışam ki, futbolçular həm qabaqlarına qoyduqları məqsədlərə çata bilsin, həm də oynadığı kluba xeyir versin. Bu, prioritet olaraq yenə məndə qalacaq. Oyunçular işə düzgün yanaşsalar, bu hədəfə tez bir zamanda çatacağıq. Ümumiyyətlə, “Neftçi” kimi klubda zamandan danışmaq yersiz olar. Çünki bugünkü məqsədimiz bacardığımız qədər tez bu durumdan çıxmaqdır”.
15-10-2024, 21:16
İrəvandan təzadlı sülh açıqlamaları


İrəvandan təzadlı sülh açıqlamaları

Ermənistan rəsmiləri İrəvan və Bakı arasında müzakirə edilən sülh sazişi layihəsi üzrə təzadlı açıqlamalar veriblər.
Ermənistan parlamentinin sədri Alen Simonyan iki ölkənin sülh müqaviləsi layihəsinin 16 bəndi üzrə razılığa gəldiyini iddia edib.
O, bu barədə Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu assambleyasında danışıb.
"Bir neçə ay öncə sülh prosesi başlayanda, Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş maddə üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik", – Simonyan qeyd edib.
Spikerin sözlərinə görə, Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır.
Bunun ardınca Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli KİV-lərə bildirib ki, Azərbaycan avqustun sonunda İrəvanın sülh müqaviləsi layihəsi (saziş layihəsinə 10-cu təkliflər) ilə bağlı irəli sürdüyü təklifə hələ cavab verməyib.
Yeri gəlmişkən, "Caliber" nəşri diplomatik mənbələrə istinadən yazır ki, Simonyanın sülh razılaşmasının 16 bəndi üzrə qarşılıqlı anlaşma əldə olunması barədə bəyanatı tamamilə yalandır və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə dezinformasiya təşkil edir.
"Ermənistan tərəflərin razılığa gələ bilmədiyi problemli maddələrin istisna edildiyi qüsurlu sülh müqaviləsi bağlamaqda israr etməkdə davam edir", - nəşr qeyd edib.
Xatırladaq ki, Ermənistan tərəfi sülh sazişini razılaşdırılan maddələrlə imzalamağı təklif edib.
Prezident İlham Əliyev ötən gün Belçika səfirini qəbul edən zaman qeyd edib ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Dövlət başçısı bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.
15-10-2024, 20:52
Şah İsmayıl Xətainin fərmanı Bakıda - FOTO


Şah İsmayıl Xətainin fərmanı Bakıda - FOTO

Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi və ilk hökmdarı Şah İsmayıl Xətainin 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.
Şah İsmayıl Xətainin sağlığında yazılmış və dövrümüzə qədər gəlib çatmış 20 sənəddən biri olan bu fərman 2024-cü ilin aprel ayında Azərbaycan vətəndaşı tərəfindən “Christie's” hərracında satın alınıb və Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov muzey fondlarının zənginləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Nazir müavini bir azərbaycanlı vətəndaşın bu tarixi sənədi hərracdan alaraq Vətənə gətirməsini əlamətdar hadisə kimi qiymətləndirib. Fərid Cəfərov tarixi-maddi faktların toplanılması ənənəsinin davam etdirilməsinin müsbət hal olduğunu bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli paytaxta gətirilən sənədin siyasi və tarixi əhəmiyyətindən söhbət açıb. O bildirib ki, böyük tarixi şəxsiyyət olan Şah İsmayıl Xətainin möhürü olan fərmanın Milli Azərbaycan Tarix Muzeyinə təqdim olunması muzeyin fondu üçün çox qiymətlidir. İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, Mədəniyyət Nazirliyinin bu təqdimat mərasimini təşkil etməsi dövlətçilik tariximizə töhfədir.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı çıxışında 500 yaşlı sənədi xaricdəki hərracdan satın alıb Azərbaycana gətirən həmvətənimizə dərin minnətdarlığını bildirib. O bildirib ki, fərman farsca yazılsa da, tuğranın içində “sözümüz” kəlməsi türkcə yazılıb.
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru professor Kərim Şükürov bu sənədin elmi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu fikirlərin fonunda Şah İsmayıl Xətainin hökmdarlıq dövrü, dövlətçilik tariximizdəki əhəmiyyətli addımlarına nəzər salıb.
Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli sənədin mətni, məzmunu barədə danışıb. O, gələcəkdə də xaricdə olan bu tip qiymətli sənədlərin Azərbaycana gətirilməsini zəruri hesab edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Şah İsmayıl Xətainin yaradıcılıq xüsusiyyətləri, əsərlərinin bədii keyfiyyətləri barədə söhbət açıb.
Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim musiqi alətləri ansamblının, ansamblın solisti Əməkdar artist Nuriyyə Hüseynovanın ifaları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri — Rahib Allahverdiyev və Firuzə İsmayılın qiraətində Xətainin poeziyasından nümunələr səsləndirilib.

15-10-2024, 19:52
Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi


Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.
Sübhan Kazımov 04.09.2024-cü il tarixindən İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
"Azərpoç" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova xəbəri təsdiqləyib.
Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvlüyündən azad edilib. O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra İdarə Heytənin üzvü olub.
Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.
15-10-2024, 19:35
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.
Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ Biləsuvarda da hiss olunub.
15-10-2024, 19:27
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni qərar


Türkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni qərar

Elm və Təhsil Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayı barədə təkliflərini hər tədris ili üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu barədə “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 sentyabr tarixli Sərəncamının icrasının təmin edilməsinə dair Nazirlər Kabinetinin Sərəncamında bildirilir.
Sərəncama əsasən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları beş aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!